Modern.az

Nadir Şəfiyev: “24 saatlıq yeni xəbər kanalımız üçün işçi heyəti müəyyənləşdirmişik”

Nadir Şəfiyev: “24 saatlıq yeni xəbər kanalımız üçün işçi heyəti müəyyənləşdirmişik”

Media

6 Mart 2018, 11:14

“Türkel TV” hələ ki, fəaliyyətə başlamayıb. Hazırda Bakıdakı ofisini hazırlayırıq”. Bunu Modern.az-a açıqlamasında “Türkel TV” MMC-nin rəsmisi - “ARB 24” telekanalının baş direktoru Nadir Şəfiyev deyib.

Onun sözlərinə görə, işlər yekunlaşmaq üzrədir.

“Təxminən bir, ya da iki aya işləri yekunlaşdırmağı düşünürük. Təxminən işçi heyətini də müəyyənləşdirmişik”.

Qeyd edək ki, dekabrın 28-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda Milli Televiziya və Radio Şurasının 2017-ci il 14 noyabr tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 2017-ci il 16 noyabr tarixdən 2017-ci il 16 dekabr tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş “BAKU ART LAB” MMC, “Türkel TV” MMC, “MEDİA MASTER” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.

Nəticədə digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında) müsabiqənin qalibi elan edilib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir