Modern.az

Hər il 12 milyon qız zorla ərə verilir  

Hər il 12 milyon qız zorla ərə verilir   

Dünya

6 Mart 2018, 14:34

UNİCEF son 10 il ərzində 25 milyon uşaq evliliyinin qarşısını aldığını açıqlayıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, UNİCEF-in yeni hesabatında uşaq yaşında evləndirilən qızların sayının 15 faiz azaldığı qeyd olunub. Ancaq Afrika ölkələrində bu say daha da artıb.

Qeyd edilib ki, dünyada uşaq yaşlarında ailə həyatı qurmuş 650 milyon qadın yaşayır. Hesabatda bildirilib ki, uşaq evliliklərinin ən çox azaldığı ölkələr arasında  Cənubi Asiya, Hindistan yer tutur. Buna səbəb qızların təhsil səviyyəsinin artması, tez-tez ictimaiyyətə bu addımın nə qədər zərərli olduğuna dair məlumatların  çatdırılmasıdır.

UNİCEF-in açıqlamasında bildirilib ki, dünyada hər il 12 milyon qız zorla ərə verilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı