Modern.az

Sumqayıtda dəm qazından boğulan ailənin şəkli yayıldı - FOTO

Sumqayıtda dəm qazından boğulan ailənin şəkli yayıldı - FOTO

Hadisə

6 Mart 2018, 22:19

Xəbər verdiyimiz kimi, Sumqayıtda bir mənzildən 6 nəfərin meyiti tapılıb. Bir ailədən olanların hamısı dəm qazından boğulub.

Sumqayıt Şəhər Prokurorluğunun məlumatına görə, Sumqayıt şəhərində yaşayanlar - 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.

 
Modern.az-ın məlumatına görə, ölənlər ata, ana, onların qızları və 3 nəvədir.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Sumqayıt şəhərindən olan Facebook Zöhrab Süleyman bu gün istifadəçisi dəm qazından boğulan ailənin şəklini paylayışıb. Modern.az şəkli sizlərə təqdim edir:

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür