Modern.az

Türkiyə mətbuatı Münhen danışıqlarının təfərrüatları barədə məlumat yayıb

Türkiyə mətbuatı Münhen danışıqlarının təfərrüatları barədə məlumat yayıb

25 Noyabr 2009, 18:51

Türkiyə mətbuatı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın Münhen görüşündə əldə edilən danışıqların detalları barədə məlumat yayıb. Yayılan məlumata görə, dövlət başçıları qəti bir nəticə əldə edə bilməsələr də, ancaq problemin həlli üçün daha əvvəl ATƏT-in Minsk Qrupunun (ABŞ, Rusiya və Fransa) təklif etdiyi Madrid Prinsipləri ilə Helsinki İnsan Haqqları Bəyannaməsi çərçivəsində irəliləyiş əldə edilməyə çalışılıb.
Münhen görüşündə iki prezidentin prinsip baxımından müvafiq hesab etdikləri irəliləyişlər aşağıdakılardır:

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son razılığa təməl kimi bir çərçivə sazişi ilə bağlı fikir mübadiləsi aparılıb.

- Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan 7 rayondan (Kəlbəcər, Laçın, Qubadlı, Füzuli, Zəngilan, Ağdam, Cəbrayıl) 5-nin boşaldılması ilə bağlı razılıq əldə edilib.

- Boşaldılacaq 5 rayonun hansılar olacağı dəqiqləşməyib.

-İrəvan rəhbərliyi, bu mərhələdə Ermənistan ilə Dağlıq Qarabağ arasındakı əlaqəni təmin edən Laçın Dəhlizinin boşaldılmasının gündəmə gətirilməsinə qətiliklə qarşı çıxıb.

-Dağlıq Qarabağın son statusuna dair qərarın referendum nəticəsində təyin olunması prinsipi müvafiq hesab edilib.

Türkiyə mətbuatının məlumatına görə, Türkiyə xarici işlər naziri Liviyaya səfərindən öncə Azərbaycan xarici işlər naziri Elmar Məmmdəyarovla telefonla danışaraq, Münhen görüşünün nəticələri ilə bağlı ətraflı məlumat alıb.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?