Modern.az

Bu gün Çempionlar Liqasında daha iki 1/4 finalçı bilinəcək  

Bu gün Çempionlar Liqasında daha iki 1/4 finalçı bilinəcək   

Aktual

7 Mart 2018, 12:33

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin 2 cavab oyunu keçiriləcək.

Modern.az xəbər verir ki, keçiriləcək görüşlərin hər ikisinə ingilis klubları ev sahibliyi edəcək.

“Mançester Siti” - “Bazel” cütünün taleyinə ilk oyundaca aydınlıq gəlib. Səfərdə 4-0 hesabı ilə qalib gələn ingilislər demək olar ki, məsələyə aydınlıq gətiriblər.


Əsas diqqətlər “Tottenhem” - “Yuventus” oyununa yönəlib. İtaliyada keçən ilk  görüş 2-2 hesabı ilə başa çatmışdı. İngiltərədə də oyunun sona kimi dramatik məcrada keçəcəyi ehtimal olunur.

Xatırladaq ki, görüşlər saat 23:45-də start götürəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?