20 aprel 2018, Cümə
Ana Səhifə - TƏHSİL - Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...  
Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...  
07.03.2018, 13:21

Bakıdakı bəzi məktəblərdə fəaliyyət göstərən “Valideyn-Müəllim Assosiasiyası”nın işinə birmənalı münasibət yoxdur. Əksər valideynlər deyirlər ki, guya uşaqların  təlim-tərbiyə prosesində maraqlı olan bütün tərəfləri bir araya gətirərək onların səylərini təhsilin keyfiyyətinin artırılmasına, təhsil sisteminin təkmilləşdirilməsinə və  məktəblərin inkişafına yönəltməli olan bu qurumlar əslində başlarını girləməklə məşğuldurlar.

Vaxtilə keçmiş təhsil naziri Misir Mərdanovun xeyir-duası  ilə yaradılmış “Valideyn-Müəllim Assosiasiyası” bəzi məktəblərdə yalnız 8 mart, Müəllimlər günü və bəzi digər əlamətdar tarixlərdə “dirçəlir”. Bir sıra məktəblərdə isə həmin qurumlar direktorlara necə deyərlər, “ayı xidməti” göstərməklə məşğuldur.

Ümumiyyətlə bu qurumların gərəksizliyini başa düşən bir sıra qabaqcıl məktəblər eks-nazirin dövründən qalma mirasdan tamamilə imtina edib, onların işinə son veriblər.

Amma  “Valideyn-Müəllim Assosiasiyası”ndan öz maraqları naminə istifadə edən direktorlar da var ki, onlar həmin qurumlara məktəblərdə “at oynatmağa” əməlli-başlı şərait yaradırlar. Məhz həmin məktəblərdə bu asossiasiyaların möhürlü, ştamplı rəhbərləri özlərini az qala direktor səviyyəsində aparırlar.

Bu isə təhsilə, məktəblərdə təlib-tərbiyənin səviyyəsinin aşağı düşməsinə, digər xoşagəlməz hallara və qanunsuz ödənişlərin toplanmasına gətirib çıxarır.

Bu gün həmin assosiasiyaların adı çəkiləndə valideynlərdən pul yığılması halları gündəmə gəlir.


O zaman bu assosiasiyaya nəzarət olunurmu?


Digər tərəfdən  bu assosiasiyalar niyə bütün məktəblərdə yoxdur. Gələcəkdə onların ləğvi gözlənilirmi?


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti Modern.az-ın suallarını cavablandırıb. Rəsmi cavabdan belə məlum olur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi də eks-nazirin dövründən qalma Valideyn-Müəllim Assosiasiyasının gərəksizliyini başa düşüb.


“Məktəb-valideyn əməkdaşlığının inkişafında, şagirdlərin təhsil nailiyyətlərinin yüksəldilməsində valideynlərlə işin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə olan təcrübəni inkişaf etdirmək, məktəb-valideyn əlaqələrini daha müasir səviyyədə genişləndirmək məqsədilə hazırda “Məktəb icmaları” layihəsi həyata keçirilməkdədir”,-deyə idarə bəyan edib.

Bildirilib ki, Təhsil İdarəsinin tabeliyindəki 150 ümumi təhsil müəssisəi yeni “Məktəb icmaları” layihəsinə qoşulub.

“Məktəb icması – məktəb həyatını birlikdə daha maraqlı etmək üçün yaradılmış müəllim, valideyn və şagird birliyidir. “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına sədr və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.

“Məktəb icmaları” layihəsinin məqsədi  ümumi təhsil müəssisələrində işləyən direktor, müəllim, valideyn və şagirdlər arasında sıx əməkdaşlıq və birgə kreativ layihələrin həyata keçirməsinə stimul yaratmaqdır.

İcmaların təşkil edildiyi məktəblərdə valideynlər övladlarının təhsili ilə yaxından tanış olmaq imkanı qazanır və bu prosesdə fəal iştirakçıya çevrilir. Şagirdlər isə müstəqil şəkildə araşdırmalar, mülahizələr edir, fərdi və yaşıdları ilə birgə komandada işləmək bacarığı qazanır, əylənir və öyrənir. Həmçinin, şagirdlər layihələrin həyata keçirilməsi prosesində yaxından iştirak edir və birgə qərar qəbuletmə bacarıqlarına yiyələnirlər. Müəllimlər isə öyrətməklə kifayətlənməyərək şagirdlərə və valideynlərə lazımi pedaqoji, texniki və mənəvi dəstək göstərir, bələdçilik edir.

Hər tədris ilində layihəyə cəlb olunmuş məktəblərin iştirakı ilə görüşlər keçirilir və layihənin fəaliyyətinin müsbət nəticələri ətrafında müzakirələr aparılır. Görüşlərdə “Məktəb icmaları” layihəsinin daha da genişləndirilməsi, icma özünüidarəetmə strukturunun səmərəli təşkili və valideynlərlə əməkdaşlığın artırılması haqqında tövsiyələr verilir”.

Mətbuat xidmətinin məlumatına görə, artıq “Valideyn-Müəllim Assosiasiyası”  sıradan çıxmaq üzrədir:

“Son zamanlar məktəb-valideyn əlaqələrinin səmərəliliyini artırmaq məqsədilə əvvəllər yaradılmış “Valideyn-Müəllim Assosiasiyası” valideynlərin təşəbbüsü ilə tədricən məktəb icmaları ilə əvəz olunmaqdadır”.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azarkeşlər futbolçunun boğazını kəsdilər
20.04.2018, 00:16

Azarkeşlər futbolçunun boğazını kəsdilər

Lənkəranda evdə partlayış: ağır yaralı var
20.04.2018, 00:03

Lənkəranda evdə partlayış: ağır yaralı var

Məşhur aktyor Ermənistana səfər edəcəyi ilə bağlı xəbərləri inkar etdi
19.04.2018, 23:58

Məşhur aktyor Ermənistana səfər edəcəyi ilə bağlı xəbərləri inkar etdi

Azərbaycanın bu bölgəsi silkələndi: Əhali təşviş içində   
19.04.2018, 23:37

Azərbaycanın bu bölgəsi silkələndi: Əhali təşviş içində  

Neftin qiyməti 100 dolları ötəcəkmi? - PROQNOZ
19.04.2018, 23:26

Neftin qiyməti 100 dolları ötəcəkmi? - PROQNOZ

İlon Mask planetləri axtarmaq üçün kosmosa peyk göndərdi
19.04.2018, 23:15

İlon Mask planetləri axtarmaq üçün kosmosa peyk göndərdi

Şenol Günəşin başı yarıldı - Derbi yarımçıq qaldı 
19.04.2018, 23:13

Şenol Günəşin başı yarıldı - Derbi yarımçıq qaldı 

Türkiyə parlamenti erkən seçkilərin keçirilməsi haqqında qərarı təsdiqlədi
19.04.2018, 22:57

Türkiyə parlamenti erkən seçkilərin keçirilməsi haqqında qərarı təsdiqlədi

İraq Suriyanı bombaladı
19.04.2018, 22:45

İraq Suriyanı bombaladı

Erməni əsgərləri maykasız və tumansızdır - Paşinyan ordunu ifşa etdi
19.04.2018, 22:34

Erməni əsgərləri maykasız və tumansızdır - Paşinyan ordunu ifşa etdi

Almaniyada azərbaycanlı iş adamının bank hesabına səhvən 128 milyon avro köçürdülər -  Amma görün,  o, nə etdi...
19.04.2018, 22:20

Almaniyada azərbaycanlı iş adamının bank hesabına səhvən 128 milyon avro köçürdülər -  Amma görün,  o, nə etdi...

Nüfuzlu elmi mükafatın builki laureatlarının adları açıqlanıb
19.04.2018, 21:58

Nüfuzlu elmi mükafatın builki laureatlarının adları açıqlanıb

Bakıda ən yaxşı tələbələrə Moskva merinin təqaüdü təyin edilib
19.04.2018, 21:51

Bakıda ən yaxşı tələbələrə Moskva merinin təqaüdü təyin edilib

Azərbaycanın ali məktəblərində gürcü dili mərkəzi yaradıla bilər
19.04.2018, 21:42

Azərbaycanın ali məktəblərində gürcü dili mərkəzi yaradıla bilər

Azərbaycanlı məşqçilər dünya reytinqində irəlilədi
19.04.2018, 21:26

Azərbaycanlı məşqçilər dünya reytinqində irəlilədi

"Vüqar Həşimov mənə heç-heçə təklif etmişdi" - Şəhriyar Məmmədyarov
19.04.2018, 21:20

"Vüqar Həşimov mənə heç-heçə təklif etmişdi" - Şəhriyar Məmmədyarov

Bakıda tozun miqdarı normadan 26 faiz yuxarıdır- NAZİRLİK
19.04.2018, 20:50

Bakıda tozun miqdarı normadan 26 faiz yuxarıdır- NAZİRLİK

Avropa Komissiyasının rəhbəri Azərbaycan prezidentini təbrik etdi
19.04.2018, 20:25

Avropa Komissiyasının rəhbəri Azərbaycan prezidentini təbrik etdi

Yaponiya Rusiyadan 4 adanı tələb edir 
19.04.2018, 20:18

Yaponiya Rusiyadan 4 adanı tələb edir 

Keçmiş MTN generalının apellyasiya şikayəti təmin edilməyib
19.04.2018, 20:07

Keçmiş MTN generalının apellyasiya şikayəti təmin edilməyib

Beynəlxalq Sərgilər Bürosunun missiyasının Bakıya səfəri YEKUNLAŞDI
19.04.2018, 20:07

Beynəlxalq Sərgilər Bürosunun missiyasının Bakıya səfəri YEKUNLAŞDI

““Expo 2025”-ə ev sahibliyi etmək Azərbaycana 765 min avroya başa gələcək”
19.04.2018, 19:49

““Expo 2025”-ə ev sahibliyi etmək Azərbaycana 765 min avroya başa gələcək”

Ermənistanda polis xalq tərəfə keçir
19.04.2018, 18:57

Ermənistanda polis xalq tərəfə keçir

19.04.2018, 18:47

"Xalqımız son 15  ildə görülən işlərə öz yüksək qiymətini verdi"

Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib
19.04.2018, 18:44

Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib

XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır
19.04.2018, 18:39

XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır

Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - FOTO
19.04.2018, 18:32

Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - FOTO

Sumqayıtda mənzildən qadın meyiti tapılıb
19.04.2018, 18:18

Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Kubada Kastro erası başa çatdı
19.04.2018, 18:07

Kubada Kastro erası başa çatdı

Səlim Müslümov şəhid və itkin ailələrinə 11 minlik ödənişlərdən danışdı
19.04.2018, 17:53

Səlim Müslümov şəhid və itkin ailələrinə 11 minlik ödənişlərdən danışdı

Dünyanın ən yaşlı kişisi çarpayıdan yıxılıb öldü
19.04.2018, 17:49

Dünyanın ən yaşlı kişisi çarpayıdan yıxılıb öldü

Vikipediya-da “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb
19.04.2018, 17:34

Vikipediya-da “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb

Azərbaycanda 66 tibb işçisi məsuliyyətə cəlb edilib
19.04.2018, 17:31

Azərbaycanda 66 tibb işçisi məsuliyyətə cəlb edilib

Erməni əsilli milyarder həbs olundu
19.04.2018, 17:27

Erməni əsilli milyarder həbs olundu

Gürcüstan Prezidentindən İlham Əliyevə TƏBRİK
19.04.2018, 17:12

Gürcüstan Prezidentindən İlham Əliyevə TƏBRİK

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(11.7%)
İmtahan qiymətləri normalıdr(5.88%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70.5%)
İmtahan qiymətləri azaldılmalıdır(2.94%)
İmtahan qiymətləri artırılmalıdır(8.82%)