Modern.az

Alpinistlərin axtarışları dayanıb? - AÇIQLAMA  

Alpinistlərin axtarışları dayanıb? - AÇIQLAMA   

7 Mart 2018, 15:02

2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir.

“Gilavar” hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı Modern.az saytına deyib ki, axtarışlarla bağlı dəyişən bir şey yoxdur:


“Axtarışlar  hələ ki eyni istiqamətdə, eyni yerdə davam edir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, o cümlədən könüllülər prosesdə  iştirak edir və ərazidən heç çıxmayıblar. Daim ordadırlar”.


Z.Qasımlı axtarışların hansı formada aparıldığından da söz açıb:


“Hava şəraitindən asılı olaraq axtarışların forması dəyişir. Buna baxmayaraq qeyd etdiyim kimi, alpinistlərin axtarışı  dayanmayıb və davam edir”.


Rəsmi məlumata görə, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib.

İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir