Modern.az

Avropa siyasətinin qadın liderləri - SİYAHI

Avropa siyasətinin qadın liderləri - SİYAHI

8 Mart 2018, 14:36

Hazırda Avropada 9 xanım prezident və ya baş nazir vəzifəsini yerinə yetirir. Avropa İttifaqının xarici siyasətini də bir qadın müəyyənləşdirir.

Modern.az Avropanın qadın liderlərini təqdim edir:

 

Angela Merkel

Angela Merkel Avropanın  "dəmir lady”si  adlandırılır. 64 yaşlı fizik xanım 2005-ci ildən bəri Almaniyanın kansleri vəzifəsini yerinə yetirir, bununla bərabər, Aİ-da aparıcı rol oynayır və təşkilatın siyasətinə istiqamət verir. Forbes jurnalında onun adı 12 dəfə dünyanın ən güclü qadınları siyahısında qeyd olunub.

 

 Teresa May

Teresa May Marqaret Tetçerdən sonra İngiltərənin ikinci qadın baş naziridir. Oksford Universitetinin Coğrafiya Fakültəsini bitirən 62 yaşlı xanım 11 iyul 2016-cı ildən bu vəzifəni yerinə yetirir.

 

Federika Mogerini

İtaliyanın keçmiş xarici işlər naziri Federika Mogerini  Avropanın ən qabaqcıl qadın siyasətçilərindən sayılır. 45 yaşlı xanım Avropa Birliyinin diplomatiyasının başçısı vəzifəsini yerinə yetirir. O, İtaliya tarixinin ən gənc baş naziri hesab olunur.

 

Erna Solberq

Norveçin ikinci qadın baş naziridir. 2013-cü ildən bu yana vəzifədə olan 57 yaşlı  Solberq miqrant siyasətində çıxışları ilə diqqəti çəkib. Miqrantların ölkəyə girişinə mane olmaq  üçün Rusiya sərhədinə inşa etdirdiyi divar ilə tanınır.

 

Kersti Kalyulayd

 Estoniyanın ilk qadın prezidenti olan 49 yaşlı Kersti Kalyulayd liberal siyasəti ilə diqqət çəkir.  Prezident olmzda əvvəl Avropa Palatasında Estoniyanı təmsil edib. Prezident olana qədər ölkə daxilində çox da tanınmayıb.

 

Dalya Qribauskayte

Ardıcıl olaraq iki dəfə Litvanın prezidenti seçilən 62 yaşlı Dalya daha çox Rusiya əleyhinə mövqeyi ilə tanınır. Onun dövründə Litvanın iqtisadiyyatı xeyli inkiaf edib .

 

Maria Louise Kolerio Presa

2014-cü ildən Maltanın prezidentidir. 60 yaşlı qadın prezidentin 2019-cu ildə Avropa Parlametinin sədrliyinə namizəd olacağı ehtimal olunur. Presa 16 yaşından bəri siyasətlə məşğul olur və ölkənin ən gənc prezidenti sayılır.

 

Viorika Dançila

55 yaşlı Dançila bu ilin yanvar ayında  Rumıniyanın ilk qadın baş naziri seçilib. O,2009-cu ildən bu günə kimi AP-də deputat olduğu üçün Aİ Komissiyası ilə yaxın əlaqələrə malikdir.

 

Ana Brnabic

Brnbic Serbiyanın baş naziridir. Ölkənin ilk qadın baş naziri olmaqla yanaşı homoseksual olması ilə də müzakirələrə səbəb olub. 2017-ci ildən bəri vəzifəsini yerinə yetirir, AB tərəfdarı mövqeyini açıq nümayiş etdirir.

 

 Banderol Qrabar Kitaroviç

2015-ci ildən bəri Xorvatiyanın prezidenti seçilən 50 yaşlı qadın həmçinin ölkənin ilk qadın prezidenti kimi tanınır.  Vyana Diplomatiya Akademiyasının məzunudur, prezident olmazdan əvvəl səfir kimi də çalışıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür