Modern.az

ABŞ-ın bu ştatı silah satışına qarşı çıxır

ABŞ-ın bu ştatı silah satışına qarşı çıxır

9 Mart 2018, 12:10

ABŞ-ın Florida ştatında silah satışına yeni məhdudiyyətlər qoyan layihə qəbul edilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ştatda silah satışna nəzarət daha da gücləndirilib.  Florida ştatında bəzi müəllim və məktəb işçilərinin silah gəzdirməsinə icazə veriləcək. Eyni zamanda silah almaq üçün minimum yaş 18-dən 21-ə qaldırılıb.

 

Affekt halı və bu kimi bəzi səbəblərə qarşı da tədbir alınıb. Belə ki, silah almaq üçün müraciət edən şəxslər qeydiyyatdan keçdikdən sonra 3 gün gözləməlidir.

Qanun layihəsinin tezliklə qüvvəyə minəcəyi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu