18 dekabr 2018, Çərşənbə
Ana Səhifə - CƏMİYYƏT - Elçibəyin oğlundan Siyavuş Novruzova CAVAB: “Hakimiyyət heç vaxt bizim ailəni təhqir etməyib”
Elçibəyin oğlundan Siyavuş Novruzova CAVAB: “Hakimiyyət heç vaxt bizim ailəni təhqir etməyib”
09.03.2018, 14:22

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin onun, ayrı-ayrı YAP funksionerlərinin, həmçinin dövlətin rəhbərliyində olan şəxslərin özü, yaxınları barədə səsləndirdiyi fikirlərə etiraz məqsədi daşıyan sensasion müraciət yayıb.

YAP funksioneri musavat.com vasitəsilə Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak etmiş müxalifət liderlərinə - Etibar Məmmədov, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Nemət Pənahlı, Cəmil Həsənli, Əli Kərimli, Arif Hacılı, Sərdar Cəlaloğlu, habelə, Əbülfəz Elçibəyin ailəsi, eks-prezident Ayaz Mütəllibov, hüquq müdafiəçisi Novella Cəfəroğlu və digərlərinə müraciətində Vidadi İsgəndərlini nəzərdə tutaraq, deyib:

“Mən Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak edənlərə müraciət edirəm, desinlər, görək bu adamı o proseslərdə görüblər? Azərbaycanın müstəqilliyi, ya Qarabağ uğrunda mübarizədə onun iştirak etdiyini görən olubmu? Mən müraciət edirəm, Əbülfəz Elçibəyin ailə üzvlərinə! Allah onun özünə qəni-qəni rəhmət eləsin! Ailə üzvləri desin, bir dəfə bizim onlar haqqında təhqiramiz ifadə işlətdiyimizi eşidiblər?

 Ayaz Mütəllibova müraciət edirəm. Etibar Məmmədova, İsa Qəmbərə, Sabir Rüstəmxanlıya müraciət edirəm. Milli azadlıq hərəkatında olanlara bir-bir müraciət edirəm. Heç o, bunların ad-familiyasını da yaxşı bilmir, amma mən adbaad hər birinə müraciət edirəm. Onu bu hərəkatda görmüsünüzsə, deyin! Yaxud sizin haqqınızda, ailə üzvləriniz haqqında bir kəlmə söz deyilibsə, deyin! Nemət Pənahlıya müraciət edirəm. Cəmil Həsənliyə müraciət edirəm, indi onun adından müraciət edirlər, sənin ailən, uşaqların, qohumların haqqında Yeni Azərbaycan Partiyası, yaxud dövlət tərəfindən bir kəlmə söz deyən olub? Heç kəs heç nə deməyib. Kimsə deyib, o, özü bilər, özü aydınlaşdırsın, bu, dövlətin fikri deyil”.

...Milli Azadlıq Hərəkatında, Qarabağın azad olunmasında, döyüşlərdə bu adamı görmüsünüz, yoxsa görməmisiniz? 
...başda Novella Cəfəroğlu olmaqla müraciət edirəm. Novella xanım, sənin ailən, uşaqların, nəslin-nəcabətin haqqında mən – neçə ildir mübarizə aparırıq - bir kəlmə demişəm? Sən hüquq müdafiəçisi olanda o, adamları tutub dama qoyurdu, prokurorluq orqanlarında işləyirdi. Xahiş edirəm, mövqeyinizi bildirin! Mənə mövqe lazımdır!
... Həm də mənim əxlaqım, tərbiyəm ona yol vermir ki, kimisə söyəm. Cəmil Həsənliyə, Əli Kərimliyə, digərlərinə müraciət edirəm, biri desin ki, bəli, Siyavuş Novruzov bizi söyüb. Bəli, tənqid eləmişəm, biz siyasi mübarizə aparırıq”.


S.Novruzov açıqlamasında deyib ki, onu bu müraciəti etməyə vadar edən səbəb V.İsgəndərlinin onun, dövlət başçısının və digər şəxslərin ünvanına həqarətlər səsləndirməsidir.

 
Modern.az saytı S.Novruzovun çağırışına mərhum eks-prezident Əbülfəz Elçibəyin ailəsindən münasibət öyrənməyə çalışıb. Elçibəyin xanımı Türkiyədə olduğundan  oğlu Ərturqut  Əliyev məsələyə dair mövqeyini açıqlayıb.

“Azərbaycan hakimiyyəti tərəfindən bizim ailəmiz, ailə üzvlərimiz təhqir olunmayıb. Kimsə kiminsə fikirlərinə etiraz edə bilər. Lazım gəlsə, kimisə tənqid də etmək olar. Amma təhqir yolverilməzdir. Mənim ailəmə qarşı təhqir olmayıb və ola da bilməz”.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanla Gürcüstan arasında enerji sahəsində memorandum imzalandı
18.12.2018, 19:19

Azərbaycanla Gürcüstan arasında enerji sahəsində memorandum imzalandı

Tanınmış klarnet ifaçısı vəfat etdi - FOTO
18.12.2018, 19:12

Tanınmış klarnet ifaçısı vəfat etdi - FOTO

Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib - FOTO
18.12.2018, 19:01

Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib - FOTO

Azərbaycan xarici ölkələrlə yorulmadan işləyəcək - Hikmət Hacıyev
18.12.2018, 18:53

Azərbaycan xarici ölkələrlə yorulmadan işləyəcək - Hikmət Hacıyev

Elmar Məmmədyarov səfirləri bir araya topladı - FOTOLAR
18.12.2018, 18:40

Elmar Məmmədyarov səfirləri bir araya topladı - FOTOLAR

Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLAR
18.12.2018, 18:30

Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLAR

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİ
18.12.2018, 18:26

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİ

Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD
18.12.2018, 18:20

Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD

Abel Məhərrəmovun səfir oğlu mükafatlandırıldı - FOTOLAR
18.12.2018, 18:08

Abel Məhərrəmovun səfir oğlu mükafatlandırıldı - FOTOLAR

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb
18.12.2018, 18:04

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb

Rövşən Rzayev köçkünləri qəbul etdi
18.12.2018, 17:53

Rövşən Rzayev köçkünləri qəbul etdi

Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: “…dərhal ölçü götürülməlidir!”   
18.12.2018, 17:45

Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: “…dərhal ölçü götürülməlidir!”  

Manatın sabahkı MƏZƏNNƏSİ
18.12.2018, 17:16

Manatın sabahkı MƏZƏNNƏSİ

Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı   
18.12.2018, 17:05

Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı  

2018-ci ilin ən yadda qalan HADİSƏLƏRİ
18.12.2018, 16:53

2018-ci ilin ən yadda qalan HADİSƏLƏRİ

Gənclər Evində Avropa Həmrəylik Korpusunun açılış tədbiri oldu
18.12.2018, 16:39

Gənclər Evində Avropa Həmrəylik Korpusunun açılış tədbiri oldu

Azərbaycanın qətnaməsi BMT-də qəbul edildi 
18.12.2018, 16:38

Azərbaycanın qətnaməsi BMT-də qəbul edildi 

Masallıda “Mercedes” yandı
18.12.2018, 16:36

Masallıda “Mercedes” yandı

ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü
18.12.2018, 16:21

ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü

Tahir Salahovun əsərləri dünya inciləri sırasında yer alır
18.12.2018, 16:08

Tahir Salahovun əsərləri dünya inciləri sırasında yer alır

Bu il sahibkarlara 145 milyon manat güzəştli kredit verilib 
18.12.2018, 16:06

Bu il sahibkarlara 145 milyon manat güzəştli kredit verilib 

XXI əsrin qadını ilk kitabını Azərbaycana həsr edib   
18.12.2018, 16:04

XXI əsrin qadını ilk kitabını Azərbaycana həsr edib  

Prezident: “5 milyondan çox vətəndaş hər il pulsuz tibbi müayinədən keçir”
18.12.2018, 15:55

Prezident:5 milyondan çox vətəndaş hər il pulsuz tibbi müayinədən keçir

Daha 263 şəhidin vərəsəsinə birdəfəlik ödəniş verildi
18.12.2018, 15:43

Daha 263 şəhidin vərəsəsinə birdəfəlik ödəniş verildi

Bakıda avtomobillə vurulan piyada digər avtomobilin altında qaldı
18.12.2018, 15:37

Bakıda avtomobillə vurulan piyada digər avtomobilin altında qaldı

Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb 
18.12.2018, 15:21

Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb 

AQTA media nümayəndələri üçün təlimə start verib
18.12.2018, 15:20

AQTA media nümayəndələri üçün təlimə start verib

Ermənistan ordusunun zabiti əsgəri güllələdi
18.12.2018, 15:16

Ermənistan ordusunun zabiti əsgəri güllələdi

Bu il 151 fermerə 10 milyon manat aqrar kredit verilib
18.12.2018, 15:15

Bu il 151 fermerə 10 milyon manat aqrar kredit verilib

Prezident və birinci xanım Milli İncəsənət Muzeyindəki açılışda - YENİLƏNİB  
18.12.2018, 15:14

Prezident və birinci xanım Milli İncəsənət Muzeyindəki açılışda - YENİLƏNİB  

Deputat və tarixçidən Araz Əlizadəyə CAVAB: “Əhməd Cavadla bağlı bu müzakirə yersizdir!”   
18.12.2018, 15:08

Deputat və tarixçidən Araz Əlizadəyə CAVAB: “Əhməd Cavadla bağlı bu müzakirə yersizdir!”  

Çöl quşlarını kənd toyuğu kimi satmaq istəyən saxlanıldı
18.12.2018, 15:05

Çöl quşlarını kənd toyuğu kimi satmaq istəyən saxlanıldı

Bu il dünyada 80 jurnalist öldürülüb - HESABAT   
18.12.2018, 14:56

Bu il dünyada 80 jurnalist öldürülüb - HESABAT  

Orta məktəbdən yeniyetmələr arasındakı bıçaqlanma ilə bağlı AÇIQLAMA
18.12.2018, 14:53

Orta məktəbdən yeniyetmələr arasındakı bıçaqlanma ilə bağlı AÇIQLAMA

Şaxta baba uşaq bağçasında öldü   
18.12.2018, 14:49

Şaxta baba uşaq bağçasında öldü  

“BP-Azerbaijan” Energetika Nazirliyi ilə Memorandum imzaladı
18.12.2018, 14:44

“BP-Azerbaijan” Energetika Nazirliyi iMemorandum imzala

“…müəllimlərin maaşı artırılmalıdır!” - TƏKLİF
18.12.2018, 14:38

“…müəllimlərin maaşı artırılmalıdır!” - TƏKLİF

“Şagirdləri bu qədər yükləmək olmaz!” - Milli Məclisdə təhsil PROBLEMLƏRİ qaldırıldı   
18.12.2018, 14:28

“Şagirdləri bu qədər yükləmək olmaz!” - Milli Məclisdə təhsil PROBLEMLƏRİ qaldırıldı  

İki nəfəri xəncərlə hədələyib pullarını aldılar - BAKIDA
18.12.2018, 14:27

İki nəfəri xəncərlə hədələyib pullarını aldılar - BAKIDA

“Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşdan keçdi
18.12.2018, 14:25

“Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşdan keçdi

Səməd Seyidov Avropa Parlamentinin qətnaməsini şərh etdi
18.12.2018, 14:16

Səməd Seyidov Avropa Parlamentinin qətnaməsini şərh etdi

Joze Maurinyo “Mançester Yunayted”dən qovuldu
18.12.2018, 14:12

Joze Maurinyo “Mançester Yunayted”dən qovuldu

Qənirə Paşayeva himn müzakirələrinə etiraz etdi   
18.12.2018, 14:03

Qənirə Paşayeva himn müzakirələrinə etiraz etdi  

Azərbaycanlı qız dünyaca məşhur piano müsabiqəsində qalib oldu
18.12.2018, 14:03

Azərbaycanlı qız dünyaca məşhur piano müsabiqəsində qalib oldu

Himnlə bağlı qanun layihəsi 1-ci oxunuşda təsdiqləndi
18.12.2018, 13:58

Himnlə bağlı qanun layihəsi 1-ci oxunuşda təsdiqləndi

Dövlət Gerbi ilə bağlı sənəd birinci oxunuşdan keçdi
18.12.2018, 13:55

Dövlət Gerbi ilə bağlı sənəd birinci oxunuşdan keçdi

Dilim-dilim olmuş dilim
18.12.2018, 13:54

Dilim-dilim olmuş dilim

Milli Məclisin komitələrinin səlahiyyəti artırıldı
18.12.2018, 13:52

Milli Məclisin komitələrinin səlahiyyəti artırıldı

Azərbaycanda yeni medal təsis edildi
18.12.2018, 13:44

Azərbaycanda yeni medal təsis edildi

Tahir Kərimli: “Azərbaycanın himni yenidən aranjiman olunacaq”
18.12.2018, 13:42

Tahir Kərimli: “Azərbaycanın himni yenidən aranjiman olunacaq”

ARXİV