Türkiyənin Ərzurum şəhərində iki ailə arasında baş tutan silahlı atışmada 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iki ailə arasında uzun müddətdir ki, ədavət olub. Silahlı atışmada 9 nəfər yaralanaraq xəstəxanaya çatdırılıblar. Ancaq onlardan dördünün həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralıların müayinəsi davam edir.