Modern.az

Quba soyqırımı məzarlığının tədqiqatçısından ETİRAZ:Məzarlığı o cür görmək istəmirəm”  

Quba soyqırımı məzarlığının tədqiqatçısından ETİRAZ: “Məzarlığı o cür görmək istəmirəm”   

9 Mart 2018, 15:53

“Quba məzarlığının yerinə qara mərmərdən daş qoyulacaq”.

Bunu Quba soyqırımı məzarlığının tədqiqatçısı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qəhrəman Ağayev Modern.az saytına açıqlamasında deyib.


“Soyqırımı abidəsi ilə bağlı eşitdiklərimi deyə bilərəm. Çünki martın 10-na qədər həmin yerə heç kimi qoymurlar. Eşitdiyimə görə, martın 10-da Quba məzarlığının yerində  qoyulacaq olan soyqırımı abidəsinin açılışı olmalıdır”.


Q.Ağayev martın 31-də açılışın geniş şəkildə baş tutacağını təxmin edir:

“Artıq Quba məzarlığı mənə yaddır. Çünki məzarlığın şüşə altında olmaması  mənə pis təsir etdi. Hər halda məzarlığın müsəlman qaydalarına görə  basdırılması məsləhət imiş. Hazırda mən oradan kənaram. Açığı, məzarlığı o formada görmək istəmirəm”.

Quba Rayon İcra Hakimiyyəti ilə əlaqə yaradıb məlumatı dəqiqləşdirmək istəsək də, qurumdan  rəsmi məlumat olmadığını bildirdilər.

Qeyd edək ki, Quba memorial kompleksi ilə bağlı yaradılan komissiya müxtəlif təkliflər irəli sürmüşdü. Komissiya Quba məzarlığına baxandan sonra qərara gəliblər ki, müsəlman adət-ənənəsi ilə məzarlığı basdırsınlar. Bu baxımdan axund və mollaların iştirakı ilə Quba məzarlığını torpağın altına basdırıblar. Eyni zamanda,  komissiya qərar verib ki, həmin yerdə böyük bir abidə ucaldılsın. Abidə artıq sifariş edilib. 31 marta kimi Quba məzarlığının yerində Soyqırımı abidəsi ucaldılacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır