Modern.az

Azərbaycanlı deputatlar latviyalı həmkarları ilə üz-üzə gəldilər: 3-0 - YENİLƏNİB

Azərbaycanlı deputatlar latviyalı həmkarları ilə üz-üzə gəldilər: 3-0 - YENİLƏNİB

9 Mart 2018, 16:56

Hesab 3:0 olub. 3-cü qolu Emin İmanov vurub. 

***

Azərbaycan komandası hesabı 2-0 çatdırıb. İkinci qolu 28 nömrəli oyunçu Musa Qurbanov vurub. 

***

 

Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri başlayıb.

 

Modern.az saytının məlumatına görə, turnirdə A qrupunda Azərbaycan və Latviya komandaları üz-üzə gəlib.

 

Milli Məclis Aparatının əməkdaşı Emin İmanov Fuad Muradov matçın ilk hissəsində hesabı açıb.

 

Qeyd edək ki, B qrupunda Polşa və Türkiyə qərarlaşıb. Beş komanda olduğu üçün püşkə əsasən, Ukrayna birbaşa yarımfinala vəsiqə qazanıb.

 

B qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna ilə qarşılaşacaq. A qrupunun qalibi isə birbaşa finala çıxacaq. Bu gün saat 16:00-da Azərbaycan-Latviya oyunu ilə turnirə start veriləcək.

 

Oyunun ardınca isə Polşa və Türkiyə qarşılaşacaq.

 

Qeyd edək ki, turnir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətiili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu