Modern.az

İnfiniti QX56 “İlin tam həcmli offroad avtomobili” seçildi (FOTOLAR)

İnfiniti QX56 “İlin tam həcmli offroad avtomobili” seçildi (FOTOLAR)

29 İyul 2011, 15:51

İyulun 22-dən 24-dək Nabranda 8-ci “Caspian Motor Show” avtomobil sərgisi keçirildi. İnfiniti Azərbaycan bu möhtəşəm tədbirdə 3 modellə təmsil olunurdu. Sərgi ziyarətçiləri İnfiniti QX56, FX35 və M37 modelləri ilə daha yaxından tanış olmaq şansını qazandılar.

Sərgi çərçivəsində “Qızıl çarx” mükafatı qaliblərə təqdim olundu. Belə ki, “İlin tam ölçülü offroad avtomobili” nominasiyasında İnfiniti QX56 modeli ən iddialı namizədlərdən biri idi. Qaliblər iki mərhələdə müəyyənləşdi. Birinci mərhələdə internet istifadəçiləri səsvermə yolu ilə liderləri müəyyənləşdirdi. İnternet səsverməsi zamanı İnfiniti QX56 rəqiblərini xeyli üstələyərək birinci yeri tutdu. Bundan sonra isə müstəqil ekspertlər avtomobilləri dəyərləndirdilər. Bu mərhələdə də İnfiniti QX56 bütün rəqiblərini geridə qoyaraq “Qızıl çarx” mükafatına layiq görüldü və “İlin tam ölçülü offroad avtomobili” adını qazandı.

İnfiniti QX56 bütün yenilikləri ilə sahibinin əzəmətini və xarakterini bəyan edir. Bu möhtəşəm avtomobil dinamik dizaynı və başgicəlləndirici genişliyi ilə 8 nəfərə incə və bir o qədər də güclü səyahət zövqü yaşatmaq iqtidarındadır.

Bu avtomobilin salonu xüsusi incəliklə hazırlanmışdır. İnfiniti QX56-nın salonu sizə ən azı sevimli otağınız qədər rahat gələcək. Xüsusi naviqasiya sistemi, ətrafı daha rahat görmək üçün yan və arxa kameralar, 13 ədəd yüksək keyfiyyətli səs dinamikləri, DVD sistemli, eyni vaxtda bir-birindən müstəqil şəkildə işləyən 7 düymlük rəngli monitorları, oturacaqların qatlanıb yığılma xüsusiyyətinə görə onsuz da geniş olan salonun daha da genişlənməsi ilə İnfiniti QX56 sizə unudulmaz səfər təəssüratları vəd edir.

İnfiniti QX56 ciddi görkəmli, möhkəm bir avtomobildir. Səs izolyasiyası sistemi, vibrasiya hiss etdirməməyi sizə unudulmaz avtomobil zövqü bəxş edəcək.

Yeni 5.6 litr həcmli mühərrik, 7 pilləli avtomat transmissiya, 400 at gücü, sələfindən 12% daha qənaətcil yanacaq sərfiyyatı bu modeli öz sinfində lider edir.

Ünvan: Bakı şəh., Salamzadə küç. 2
Əlaqə telefonu:  (+994 12) 430 81 41



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir