Modern.az

Prezident onların da maaşını artırdı - SİYAHI  

Prezident onların da maaşını artırdı - SİYAHI   

10 Mart 2018, 18:14

Azərbaycan prezidenti İlham Əliyev bu gün imzaladığı sərəncamlarla bir sıra dövlət təşkilatlarında işləyənlərin maaşı 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Modern.az xəbər verir ki, həmin təşkilatlar aşağıdakılardır:

- Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları;

- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları;


- Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları;

Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir