16 oktyabr 2018, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Müdrikliyin özü və sözü - İsa Həbibbəyli yazır
Müdrikliyin özü və sözü - İsa Həbibbəyli yazır
12.03.2018, 11:27

                                                                     

                                                                               

 

Azərbaycan cəmiyyəti Milli Məclisin deputatı, yazıçı-publisist, Əməkdar jurnalist və bir neçə kitabın müəllifi İmamverdi İsmayılovu, hər şeydən əvvəl, özünəməxsus vətəndaşlıq mövqeyinə malik yaradıcı ziyalı kimi qəbul edir. 

Mətbuatda az yazıb, xitabət kürsülərindən az danışmasına baxmayaraq, ictimai-siyasi və ədəbi mühitdə onun sabit, dəyişməz mövqeyi hər kəsə bəllidir. Bu tanınmış Azərbaycan ziyalısı ölkəmizdə dövlət müstəqilliyinin bu günü və gələcəyinin xalqımızın taleyində xüsusi rolu olan Heydər Əliyev - İlham Əliyev milli dövlətçilik təlimi və strategiyası ilə üzvi surətdə bağlı olduğunu dərindən bilir və bu idealın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinə ürəkdən dəstək verir.

Bu mənada cəmiyyətdə gedən proseslərə təmkinli və məsuliyyətli münasibəti İmamverdi İsmayılovun obyektiv azərbaycançı mövqeyinin ifadəsidir.

5 çağırış ardıcıl Milli Məclisin deputatı kimi İmamverdi İsmayılov ictimai-siyasi mühitdə sabit mövqe nümayiş etdirməklə proseslərin irəli aparılmasına təkan verir.

Onun həmkarları və dostları arasında mehriban və səmimi dialoq qurmaq istedadı Milli Məclisdə iclasdankənar faydalı və səmərəli ünsiyyətin formalaşdırılmasına, həyat və cəmiyyətlə bağlı işgüzar müzakirələrə şərait yaradır.

İmamverdi İsmayılov Milli Məclisin daxili ictimai mühitində həmişə ön mövqedə dayanır. Onun obyektiv münasibətləri ifadə edən fikirləri, yığcam və sərrast sözləri plenar iclaslardakı müzakirələrin əsas tezislərini tamamlamağa və daha da möhkəmləndirməyə xidmət edir.

Hamı etiraf edir ki, Milli Məclis mühiti üçün çox zəruri, aktual olan gündəmi dərhal və dərindən hiss etməkdə, tənzimlənməyə köklənməkdə də deputat kimi İmamverdi İsmayılovun özünəməxsus yeri vardır.

Həmkarları yaxşı bilirlər ki, onun yarızarafat-yarıciddi dediyi sözlərin, açdığı dialoqun arxasında açıq və gerçək, həm də sərt bir baxış var. İmamverdi İsmayılovun ətrafında cərəyan edən dialoq mühiti adamların açıq ürəklə, səmimi şəkildə özünüifadəsinə ton verir. Bu isə son nəticədə ictimai-mənəvi mühitdə sabit mövqeyin formalaşmasına, qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edir.

İmamverdi İsmayılov ictimai-siyasi arenaya ədəbi-maarifçi mühitdən, söz dünyasından gəlmişdir. Onun Azərbaycan Dövlət Universitetini, Bakı Ali Partiya Məktəbini bitirdikdən sonra elm və maarifçilik, dil və ədəbiyyat sahəsindəki fəaliyyəti yeni cəmiyyət quruculuğu məsələləri ilə əlaqədar olub, regionda ictimai-siyasi proseslərin inkişaf etdirilməsi qayğılarını əhatə etmişdir. Lap gənclik illərindən rayon və ölkə mətbuatındakı dərin həyati məzmunlu cəlbedici, düşündürücü yazıları ilə o, ictimai-mənəvi münasibətlərin tarazlı inkişafına, ziyalı sözünün xalqa çatdırılmasına əmək sərf etmişdir.

Bu, İmamverdi İsmayılovun maarifçilik ağırlıqlı siyasi baxışlara malik ziyalı kimi formalaşmasında mühüm rol oynamışdır.

Maarifçi və ədəbi mühitdə olduğu kimi, ictimai-siyasi düşərgədə də onun hadisələrə, proseslərə təmkinli münasibəti və hazırcavab ziyalı kimi yanaşması həmişə ümumi gedişatın xeyrinə olmuşdur.

Ümumiyyətlə, xeyirxahlıq və bütövlük İmamverdi İsmayılovun özünəməxsus simasını müəyyən edir.

İmamverdi İsmayılovun dövri mətbuatı, gündəlik qəzet və jurnalları ardıcıl olaraq mütaliə etməsinin, bədii ədəbiyyata maraq göstərməsinin də cövhərində maarifçilik dayanır. O, həyatda da, mətbuatda da günün son xəbərlərinin fonunda imkan daxilində ən azı yaxın ətrafında süni sensasiyalara və şayiələrə aydınlıq gətirməyə, mühitin obyektiv reallıqlarının diqqət mərkəzinə çəkilməsinə səy göstərir.

Maarifçilik istiqamətindəki fəaliyyətində İmamverdi İsmayılov jurnalistika ilə yanaşı, bədii yaradıcılığa da xüsusi üstünlük verir. Müşahidə olunan əsas cəhət odur ki, o, özünəməxsus qəzetçilik, jurnalistika məşqləri, televiziya və radio dərsləri - həm də böyük həyat məktəbi keçdikdən sonra daha çox publisistika yaradıcılığı ilə məşğul olmuşdur.

İmamverdi İsmayılovun imzası Azərbaycanda müasir publisistikanı yaradanların ön sıralarındadır.

Onun publisistikasında hadisələrin və faktların təqdimatı yox, analitik şərhlərin və qiymətləndirmənin xüsusi çəkisi var.

Bundan başqa, İmamverdi İsmayılovun publisistikası obrazlı cümlə quruluşu, bədii təsvir vasitələrindən yaradıcı istifadə kimi fərqli sənətkarlıq xüsusiyyətlərinə malikdir.

Bu o deməkdir ki, İmamverdi İsmayılov Azərbaycan bədii publisistikasının inkişaf yollarında ardıcıl olaraq təmkinlə yol gedən müəlliflərdəndir.

Sovet dövrünün özünəməxsus stereotipləri, keçilməz sədləri mühitində hər əlinə qələm alan öz yazılarını qəzet və jurnallarda dərc etdirə, hər jurnalist tanına, jurnalistika sahəsində qəbul oluna, respublikada məşhurlaşa bilməzdi. Bədii yaradıcılığa tələbkarlıq o qədər yüksək idi ki, gənc yaşlarında respublika mətbuatına çıxanlar barmaqla sayılacaq qədər olardı.

İmamverdi İsmayılov da həmin dövrün yaradıcı istisnalarından sayılmışdır. Hələ tələbəlik illərində - Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Jurnalistika fakültəsinin II kursunda oxuyarkən qələmə aldığı “Təqaüd” hekayəsi ilə az vaxtda tələbələrin sevimlisinə çevrilmişdi. “Əzrayıl” povesti isə dövrün ədəbi mühitində böyük rezonans doğurmuşdu. Ədəbi fəaliyyətinin lap başlanğıcından tənqidin diqqətini cəlb etmiş, neçə-neçə tanınmış tənqidçi onun yaradıcılığına toxunaraq haqqında xoş sözlər, təriflər səsləndirmişdir.

“Azərbaycan”, “Ulduz” jurnallarında müntəzəm şəkildə bədii-publisistik yazıları çıxmış, jurnalistika sahəsindəki uğurları da diqqətçəkən olmuşdur. Sovet Azərbaycanında cəmi bir televiziya kanalının - indiki AzTV-nin fəaliyyət göstərdiyi illərdə böyük yaradıcı kollektivi olan bu mötəbər qurumda İmamverdi İsmayılovun bu yaşında “Gənclik” Baş Redaksiyasının Baş redaktoru vəzifəsinə irəli çəkilməsi, dövrün qaydalarına görə, qeyri-adi təyinat kimi sensasiya doğurmuşdu.

Bu sadə və müdrik ziyalının bütün uğurlarının mayasında zəhmətkeşliklə bərabər, çox mühüm bir amil də dayanır: İmamverdi İsmayılovun istedadı, dərin müşahidə qabiliyyəti və sarsılmaz iradəsi vardır. Bunlardır dünən gənc, bu gün oturuşmuş qələm sahibini sevdirən və məşhurlaşdıran əsas amillər.

İmamverdi İsmayılovun bədii əsərlərində - hekayə və povestlərində də publisistikanın özünəməxsus yeri vardır.

Daha doğrusu, İmamverdi İsmayılov publisistika ağırlıqlı hekayəçidir.

Publisistikaya üstünlük vermək jurnalistikadan gəlməklə bərabər, həm də İmamverdi İsmayılovun xarakterindəki həyat hadisələrinə obyektiv münasibət bəsləmək, gündəmə müdaxilə etmək kimi xasiyyətlərin də əks-sədasıdır. Publisistikasında günün ovqatını zamanın nəbzi kimi, özünəməxsus fərdi bir obrazlı üslubla ifadə etməyi bacaran İmamverdi İsmayılov oxucunun üfüqlərini açır, onu reallıqlara doğru çəkməyə işıq salır.

Bədiilik onun publisistikasının emosional səviyyəsini qüvvətləndirir, cəlbedici, oxunaqlı edir və təsir gücünü artırır. Bədii əsərlərindəki dərin müşahidə, incə ştrixlər, oxunaqlı axıcı dil və yumor notları isə təxəyyülün məhsulu olan hekayələrinə həyatilik gətirir. Buna görədir ki, İmamverdi İsmayılovun ən yaxşı publisistik məqalələri də bədii əsər, lirik hekayə təsiri bağışlayır. Onun konkret fəaliyyət sahəsinin aparıcı simalarına həsr edilmiş hekayələri oçerk təəssüratı yaradır.

Düşünürəm ki, bu xüsusiyyətlərə malik olan bədii publisistika və publisistik hekayəçilik orijinal yoldur və İmamverdi İsmayılovun üslubunun fərdi özünəməxsusluğunu şərtləndirir.

Son illərdə ön mövqeyə çıxmış siyasi publisistikasında da İmamverdi İsmayılov bədiilik xüsusiyyətlərinə əməl etmək məharəti nümayiş etdirir. Siyasi publisistikada bədiilik keyfiyyətinə nail olmaq mənasında xüsusi professionallıq göstərən İmamverdi İsmayılov müraciət etdiyi mövzunu və şəxsiyyəti daha aydın və cazibəli, parlaq və dərindən əks etdirməyə nail olur.

Onun Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş silsilə publisistik əsərləri siyasi proseslərin reallıqlarının və perspektivlərinin obyektiv inikası ilə birlikdə, həm də təsirli təsvirləri və oxunaqlı üslubu ilə yaddaşlara dərin iz salır.

Tərəddüd etmədən demək mümkündür ki, İmamverdi İsmayılov ən yeni dövr Azərbaycan siyasi publisistikasının yaddaqalan, uğurlu nümunələrini yaradan yazıçılarımızdan biridir.

Son illərin bir çox orijinal siyasi publ

isistika nümunələri məhz İmamverdi İsmayılovun qələmindən çıxmışdır. Siyasətçi-publisistin bir neçə məqaləsi müsbət mənada ictimai-siyasi və ədəbi mühitdə ciddi əks-səda doğurmuşdur. Bir çox hallarda o, parlamentdə deməyə borclu olduğu sözü siyasi publisistikası vasitəsilə geniş oxucu auditoriyasına çatdıra bilmişdir.

Fikrimizcə, çoxcəhətli fəaliyyətindəki maarifçi mövqe, publisistikasında və hekayələrindəki obrazlı düşüncə, xarakterindəki hazırcavablıq və yumor, habelə zəngin həyat təcrübəsi İmamverdi İsmayılovun müdrik düşüncələrinin formalaşmasında mühüm rol oynayır.

Həyat məktəbi olan publisistika və hikmət xəzinəsi sayılan bədii yaradıcılıq, həmçinin, içərisində olduğu mühitə ayıq-sayıq münasibət onun müdrik aforizmlərinin əsas ilham mənbəyidir.

Ona görə də, Məntiqi ardıcıllıqla oxuculara təqdim olunan aforizmlər İmamverdi İsmayılovun zəngin həyat təcrübəsi ilə yanaşı, həm də publisistikası və hekayələrində səslənən müdrik düşüncələrinin məntiqi davamı kimi meydana çıxır.

Bu aforizmlər - yazıçı-siyasətçinin cəmiyyətə dərk olunmuş münasibətinin ümumiləşdirilmiş ifadəsidir...

Bu düşüncələr - keşməkeşli həyat yolundan, yazıçı-publisist müşahidələrindən doğan hikmətamiz aforizmlərdir...

Təsadüfi deyil ki, İmamverdi İsmayılovun müdrik düşüncələrinin bir çoxu həyatda yaşamış real insanların - atası, anası, babası, əmisi, dayısı kimi yaxın adamlarının adından “onlar deyərdi ki” təhkiyəsi əsasında formalaşdırılaraq yaşanmış həyati proseslərin ümumiləşdirilmiş ifadəsinə çevrilir.

Məsələn: “Anam deyərdi ki, kəsiyin çörəyini kəsməzlər...”

“...Dədəm qonşusuyla deyib-gülərdi: Sən elə tərsməssəb adamsan ki, hər şeyin tərsinədir. Pul verəndə canın çıxır, danışanda da pulun...”

“...Əmimin sözləridir: həpənd köpəkoğlu, dalıma minməyin cəhənnəm, ta ürəyimdən niyə sallanmısan?!”

“Nənəm ölə bilməyən, ağır can verən insanı görəndə deyərdi ki, zalımın balasının dalında çox qarğış var deyən belə zillət çəkir...”

“...Əmim deyərdi ki, sən elə bir nəsildənsən ki, yaxşısından yaxşısı, pisindən də pisi yoxdur...”

“...Bir dostum yaxşı deyir: “Yeznə - əlavə dəyər vergisidir...”

İmamverdi İsmayılovun bəzi müdrik düşüncələri həm də miniatür hekayələridir:

“Qonşu kəndin bir toyunda bərk dava düşür. Bir mərdimazarın sol gözünü vurub çıxarırlar. Bunu görən əmim başını yelləyib gülür: - İki gözünlə bu dünyanı yaxşı görə bilmirdin, ay yazıq, di get, bir gözün də bəsindir...”

Və yaxud:

“Mən səni sevmək istədim, bir ömrə çatdıra bilmədim. Kaş bunu biləydin. Gəlib qəbrimin üstündə tökəydin göz yaşlarını...”

İmamverdi İsmayılovun atalar sözləri kimi sərrast səslənən fikirlər də vardır. Bu aforizmlər folklordan yox, həyatdan, təcrübədən gəlir:

Tumurcuqlamayan ağac - odundur...”

“...Çörəyini böl, özünü bölmə!”

“...Ağıl - ətraf ağıllı olanda görünər...”

“...Etdiyin yaxşılıqlar rəfə yığılan kitab kimidir: vədəsi gələndə oxunacaq...”

“...Dağın dərəsi olmasa, yelini kim çəkər?”

“...Qisməti axtarmırlar...”

“...Ölüm ayağındakı müdriklik kimə lazımdır?”

“...Sədaqət - sədəqə deyil...”

İmamverdi İsmayılovun aforizmlərlə zəngin bu düşüncələrində, demək olar ki, həyatın bütün sahələrinə aid müdrik sözləri verilib.

Aforizmlər onun müəllifinin müdrik düşüncələrinin ümumiləşdirilmiş toplusudur.

Yeri gəlmişkən, burada bir kiçik haşiyə çıxmaq istəyirəm.

İmamverdi İsmayılov şəxsi ünsiyyət yaradanda duzlu söhbət edir və  belə söhbətlər zamanı da aforizmlərdən, müdrik sözlərdən çox ustalıqla  istifadə etməyi bacarır. Xalqımıza məxsus belə deyimlər, əslində, fikrin daha dəqiq və sərrast ifadəsinə kömək edir. Fərq ondadır ki, - o, daha çox məhz özünün müdrik deyimlərinə üstünlük verir. Hərdən elə təsəvvür yaranır ki, bəzi fikirlər İmamverdi İsmayılovun dilində daha hikmətamiz səslənir, yaxud o, sözün mahiyyətindəki müdrik mənanı başqalarından daha yaxşı tapıb qabardır.

Qiymətli kəlamların bir qismi İmamverdi İsmayılovun dostlarının əhatəsində, konkret hadisələrlə bağlı meydana gəlmiş və həm də çox dəqiqliklə yerinə düşmüşdür.

Fikir vermişəm ki,  həmkarımız mübahisə edən tərəfləri sərrast və məqamında söylənmiş fikirlərlə “barışdırmağı”, sülh yaratmağı da yaxşı bacarır.

Ona görədir ki, çoxumuz onu “barışıq simvolu” kimi dəyərləndirir və sevirik.

Görünən odur ki, müdriklik onun təkcə sözündə deyil, özündə, rəftarında və münasibətlərində də vardır...

Proloq kimi düşündüyü “Öncə söz qalandır” başlanğıc sözü İmamverdi İsmayılovun sadəcə müqəddiməsi deyil, proqramıdır.

“İllər... Fəsillər... İnsanlar...” İmamverdi İsmayılovun müdriklik xəzinəsinin xalqa, oxucuya açılan pəncərəsidir: “Evindəki səmimiyyəti işinə də gətirsən, yaxşı olar”; “Hər qapını açana ürəyini açma!”; “Yollar qovuşanda ümid artır”; “Eynin açılmasa, dilin də açılmaz”; “Nə gözünü döy, nə özünü öy...”

İmamverdi İsmayılovun  “Sədaqət - sədəqə deyil...” fəlsəfəsi “qalan söz”ün qalın bir fəslidir.

“Yetkinlik yaşda, müdriklik başda” - müasir düşüncələr serialının dərin və hikmət dolu əlavəsidir.

“Ölümün vədəsi gələndə...” fəsli “qalan söz”ün kulminasiya nöqtəsidir: “Küləklər əsməsə, kainat səslənməz, dünya kar olar”; “Mühit - qorxulu müəllimdir”; “Zamanın ölçüləri dünyanı ovutmaq üçündür”; “Dünyanın ən təlatümlü zəlzələsi insanın içində olur...”; “Qabaqda getmək heç də hamını və hər şeyi qabaqlamaq demək deyil”; “Pulu kim verirsə, şərtləri də o diktə edir”; “Yerdə yeriyərlər, göydə uçarlar...”

Bu müdrik kəlamlar toplusunda “Tanrı hüzurunda” motivi bəxtlə, tale ilə yanaşı, həm də haqqa çağırışdır: “Kimsəni endirirsənsə, özünü qaldıra bilməyəcəksən”; “Dualarının eşidilməsi üçün əməlin düz olmalıdır”; “Qalx ki, qaldırasan...”

“İmanım... Gümanım... İnamım...” müdrik düşüncələrin mükəmməl finalıdır: “Hünərini vaxtında və yerində göstər”; “Savab işin qapısını dualar döyər...”

Bütün bunlarla bərabər, eyni zamanda, aforizmlər yazıçı İmamverdi İsmayılovun özünün müdrük sözün əbədiyyətinə qəti inamını ifadə edir: “Ən böyük təam - sözdür”; “Ağıllı adamın özü uzağa gedə bilməsə də, fikirləri gedər...”; “Ümid bir dərmandır, söz bir dərman...”

Belə bir sanballı, yüksək zövqlə hazırlanmış və peşəkar tərtibatla işlənmiş bu kitabdakı çox çətinliklə araya-ərsəyə gələn şəkillər oxuculara təqdim olunan aforizmlərə həyatilik gətirir, müdrik kəlamları aydınlaşdırır və tamamlayır. Eyni zamanda, müxtəlif mənbələrdən toplanmış bu fotoşəkillər kitab müəllifinin yüksək zövqünü, bənzərsiz romantik-fəlsəfi baxışlarını da oxucuya çatdırır. Sərrast müdrik kəlamları kimi, bu şəkillərin də mütləq əksəriyyəti yaradıcılıq axtarışları nəticəsində tapılıb, peşəkarlıqla seçilib paylanmışdır.

İmamverdi İsmayılov yüksək zövqlə tərtib olunan aforizmlərinə özü də çox uğurlu yekun vurur: “Yetkinlik yaşda, müdriklik başda!..”

Fikrimin sonunda deyim ki, təqdim olunan aforizmlər çələngi İmamverdi İsmayılovun formalaşdırdığı müdrik fikirlərin geniş dünyasında əlaqələndirici funksiya daşıyır və müəyyən boşluqları doldurmağa kömək edə bilir.

Bəli, əminliklə deyə bilərəm ki, İmamverdi İsmayılovun “Sonuncu fəsil” aforizmlər toplusu müdrikliyin özü və yaddaqalan təsirli sözüdür!..

Ömrünün bu ucalıq çağında millət vəkili, yazıçı-publisist İmamverdi İsmayılovun müdriklik və müasirlik ruhu ilə yaşayıb-yaratmaq yolunu ürəklə davam etdirməsi ibrətamiz örnəkdir.

Ömrün də sözün kimi həmişə belə NURLU olsun, əziz qələm dostum!..

 

İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik 

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Manatın kursu dəyişir? - MƏZƏNNƏ
16.10.2018, 07:56

Manatın kursu dəyişir? - MƏZƏNNƏ

Qarabağ qazisi Etimad Əsədov vəfat etdi   
16.10.2018, 07:55

Qarabağ qazisi Etimad Əsədov vəfat etdi  

Azərbaycanla İrlandiya arasında əməkdaşlıq müzakirə edilib
16.10.2018, 01:00

Azərbaycanla İrlandiya arasında əməkdaşlıq müzakirə edilib

İŞİD 700 dinc sakini girov götürüb
16.10.2018, 00:37

İŞİD 700 dinc sakini girov götürüb

Prezident jurnalistin qətlindən danışdı
16.10.2018, 00:27

Prezident jurnalistin qətlindən danışdı

Bu ölkə Avroviziyadan imtina etdi
16.10.2018, 00:09

Bu ölkə Avroviziyadan imtina etdi

Bu vulkan kül püskürməyə başlayıb
15.10.2018, 23:51

Bu vulkan kül püskürməyə başlayıb

Turistlər Azərbaycanda bank kartları ilə 1 milyard manat xərcləyiblər
15.10.2018, 23:42

Turistlər Azərbaycanda bank kartları ilə 1 milyard manat xərcləyiblər

ABŞ Xarici işlər naziri Türkiyəyə gəlir
15.10.2018, 23:27

ABŞ Xarici işlər naziri Türkiyəyə gəlir

Azərbaycan nefti ucuzlaşıb
15.10.2018, 23:09

Azərbaycan nefti ucuzlaşıb

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil oldu
15.10.2018, 22:53

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil oldu

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
15.10.2018, 22:40

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Meyvezer Həbibin çağırışına cavab verdi
15.10.2018, 22:23

Meyvezer Həbibin çağırışına cavab verdi

Sürüşmə zonasında gərginlik qalmaqdadır
15.10.2018, 22:12

Sürüşmə zonasında gərginlik qalmaqdadır

İsrail əsgərləri Qəzzada 80 fələstinlini yaralayıb
15.10.2018, 21:59

İsrail əsgərləri Qəzzada 80 fələstinlini yaralayıb

“Ermənistanın sülhə nəcə hazır olduğu seçkilərdən sonra aydın olacaq” – Elmar Məmmədyarov
15.10.2018, 21:46

“Ermənistanın sülhə nəcə hazır olduğu seçkilərdən sonra aydın olacaq” – Elmar Məmmədyarov

Fırtına nəticəsində 17 nəfər xəsarət aldı
15.10.2018, 21:31

Fırtına nəticəsində 17 nəfər xəsarət aldı

Əsgərləri daşıyan mikroavtobus aşıb
15.10.2018, 21:19

Əsgərləri daşıyan mikroavtobus aşıb

QHT Şurası Şəkidə ictimai müzakirə təşkil etdi - FOTOLAR
15.10.2018, 21:05

QHT Şurası Şəkidə ictimai müzakirə təşkil etdi - FOTOLAR

Cüdo üzrə səkkizinci “World Masters” turniri bu şəhərdə keçiriləcək
15.10.2018, 20:53

Cüdo üzrə səkkizinci “World Masters” turniri bu şəhərdə keçiriləcək

HTC yeni model telefonunu istifadəçilərə təqdim edəcək
15.10.2018, 20:41

HTC yeni model telefonunu istifadəçilərə təqdim edəcək

Qanunsuz yolla satışı planlaşdırılan 30 tarixi əsər aşkarlandı
15.10.2018, 20:27

Qanunsuz yolla satışı planlaşdırılan 30 tarixi əsər aşkarlandı

Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib
15.10.2018, 20:13

Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib

Bu il 60 min ton pambığın yığılması planlaşdırılır
15.10.2018, 20:01

Bu il 60 min ton pambığın yığılması planlaşdırılır

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı
15.10.2018, 19:40

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
15.10.2018, 19:21

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Azərbaycanda kriptoqrafiya açarları uğurla dəyişdirildi
15.10.2018, 19:10

Azərbaycanda kriptoqrafiya açarları uğurla dəyişdirildi

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri ilə görüşdü
15.10.2018, 18:58

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri ilə görüşdü

Ölkə başçısı körpələr evi-uşaq bağçasının açılışında   
15.10.2018, 18:50

Ölkə başçısı körpələr evi-uşaq bağçasının açılışında  

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ 
15.10.2018, 18:45

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ 

İçməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı oldu
15.10.2018, 18:42

İçməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı oldu

Astara üçün 10 milyon manat ayrıldı
15.10.2018, 18:35

Astara üçün 10 milyon manat ayrıldı

Lerikdə Bayraq Muzeyi istifadəyə verildi
15.10.2018, 18:34

Lerikdə Bayraq Muzeyi istifadəyə verildi

Prezident Lerikdə bina tikintisinə pul ayırdı
15.10.2018, 18:29

Prezident Lerikdə bina tikintisinə pul ayırdı

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM
15.10.2018, 18:28

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü
15.10.2018, 18:26

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü

Ağcabədidə piyada ölümü
15.10.2018, 18:17

Ağcabədidə piyada ölümü

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı
15.10.2018, 18:14

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı

73 dövlət əmlakı özəlləşdirilir 
15.10.2018, 18:09

73 dövlət əmlakı özəlləşdirilir 

Prezident yol tikintisinə 9.2 milyon manat ayırdı
15.10.2018, 18:08

Prezident yol tikintisinə 9.2 milyon manat ayırdı

İlham Əliyev Lerikdə yol açılışında
15.10.2018, 18:03

İlham Əliyev Lerikdə yol açılışında

Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq   
15.10.2018, 18:02

Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq  

Türklər Belçikadakı seçkilərdə üstünlük qazandılar
15.10.2018, 17:59

Türklər Belçikadakı seçkilərdə üstünlük qazandılar

İran Ankaradakı səfirliyi ilə bağlı xəbəri təkzib etdi
15.10.2018, 17:56

İran Ankaradakı səfirliyi ilə bağlı xəbəri təkzib etdi

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayəti üzə çıxdı
15.10.2018, 17:55

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayəti üzə çıxdı

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib - FOTO
15.10.2018, 17:49

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib - FOTO

Lerikdə elektrik stansiyasının açılışı oldu
15.10.2018, 17:48

Lerikdə elektrik stansiyasının açılışı oldu

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı
15.10.2018, 17:44

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı

Tramp Dövlət katibini təcili Səudiyyə Ərəbistanına yolladı
15.10.2018, 17:32

Tramp Dövlət katibini təcili Səudiyyə Ərəbistanına yolladı

Koçaryan Ermənistandakı seçkilərə hansı formatda qatılacaq?
15.10.2018, 17:29

Koçaryan Ermənistandakı seçkilərə hansı formatda qatılacaq?

ARXİV