Modern.az

Deputatlarımız finalda qalib gəldi - YENİLƏNİB

Deputatlarımız finalda qalib gəldi - YENİLƏNİB

11 Mart 2018, 13:25

“İnter Arena”da keçirilən Azərbaycan-Ukrayna parlamentlərinin komandaları arasındakı final oyunu başa çatdı. Modern.az saytı xəbər verir ki, oyunun son dəqiqlərində Ukrayna hesabı bərabərləşdirib - 1:1.

Lakin son saniyələrdə yekun nöqtəni Azərbaycan komandası qoyub. Komandamız qələbə topunu vuraraq qalib gəlib - 2:1. 

***

“İnter Arena”da keçirilən parlament komandalararası beynəlxalq futbol turnirinin finalında ikinci hissə başlayıb. Azərbaycan və Ukrayna parlamentlərinin qarşılaçmasında ilk qol vurulub. Azərbaycan komandası hazırda rəqibini 1:0 hesabı ilə məğlub edir.

***

Hazırda “İnter Arena”da keçirilən parlament komandalararası beynəlxalq futbol turnirinin finalında Azərbaycan və Ukrayna parlamentlərinin komandaları üz-üzə gəlir. Oyunun birinci hissəsi 0:0 hesabı ilə başa çatıb.


***

Bu gün Bakıda Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunmuş   keçirilir.

Modern.az saytı xəbər verir ki, “İnter Arena”da keçirilən final olununda Azərbaycan və Ukrayna parlamentlərinin komandaları üz-üzə gəlir. Oyun saat 12.00-da başlayıb.

Azərbaycan Milli Məclisinin komdası Ukrayna parlamentinin komandası qarşısına aşağıdakı heyətlə çıxıb:

 

Fuad Muradov (kapitan – Milli Məclisin Gənclər və İdman komitəsinin sədri), Elşad Həsənov (deputat), Ülvi Quliyev (deputat), Kamran Nəbizadə (deputat), Tahir Mirkişili (deputat), Mahir Abbaszadə (deputat), Fazil Mustafa (deputat), Azər Badamov (deputat), Emin İmanov (Milli Məclis Aparatının işçisi), Adil Vəliyev (Milli Məclis Aparatının işçisi).


Xatırladaq ki, Azərbaycan komandası Latviyanı 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Ukrayna deputatları isə türkiyəli həmkarlarını 4:2 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, turnir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətiili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi