Modern.az

Azərbaycanda gündə 156, ayda 4759 adam ölür

Azərbaycanda gündə 156, ayda 4759 adam ölür

Ölkə

12 Mart 2018, 13:18

Ötən il ölkə əhalisinin sayı 88104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9898085 nəfərə çatıb.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür.

 

Bildirilib ki, ötən il ölkədə 57109 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

 

Modern.az-ın kiçik araşdırması zamanı bəlli olub ki, orta hesabla bir ay ərzində Azərbaycanda təxminən 4759 adam dünyasını dəyişir. Hesablamalara görə, orta hesabla gün ərzində ölənlərin sayı 156 nəfər təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir