Modern.az

Bakıda eksklüziv Hindistan məhsulları nümayiş etdiriləcək

Bakıda eksklüziv Hindistan məhsulları nümayiş etdiriləcək

12 Mart 2018, 17:33

“13-16 mart tarixlərində Hindistanın Ticarət və Sənaye palataları (PHD, CCD) tərəfindən Bakıda “Amay” Ticarət Mərkəzində “Hindistanın ən yaxşıları - eksklüziv Hindistan məhsulları” adlı sərgi keçiriləcək”.

Modern.az xəbər verir ki, bu sözləri Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana mətbuat konfransında deyib.

 

 

Səfir bildirib ki, sərgidə Hindistanın 100-ə yaxın şirkəti şirkəti tərəfindən yüksək keyfiyyətli məhsul və xidmətlər nümayiş etdiriləcək.

 

“Ticarətlə yanaşı, tədbir Hindistan mətbəxi, də təbliğ olunacaq. “Bollywood” festivalı  "Ən yaxşı Hindistan" təcrübəsinə rəng qataraq Hindistanın zəngin mədəni irsini təsvir etməyə yönələcək”.

 

O bildirib ki, sabah iki ölkənin biznes qurumları arasında Hindistan-Azərbaycan biznes-forumu keçiriləcək.

 

“Forum çərçivəsində Hindistan Ticarət və Sənaye palataları ilə Azərbaycanda İxracın və İnvestisiyalarının Təşviqi Fondu (AZPROMO) arasında ayrılıqda Anlaşma Memorandumu imzalanacaq".

 

Konfransda çıxış edən PHD-nin Avrasiya üzrə beynəlxalq məsələlər komitəsinin sədri Purrshottam Bhaggeria bildirib ki, Hindistan və Azərbaycan tarixi əlaqələrə və ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq əlaqələrindən bəhrələnir: “Hər iki ölkə rəhbərliyi birbaşa əlaqələrin inkişafında maraqlıdır. Hər iki ölkənin mədəni qrupları, biznes cəmiyyətləri arasında daimi mübadilələr həyata keçirilir. Biznes cəmiyyətləri mövcud əlaqələrin gücləndirilməsi üçün daha çox səy göstərir. Əməkdaşlığın yeni sahələrinin aşkarlanması üçün cəhdlər göstərilir. Bu sərgi hər iki tərəfdən olan səhmdarlar üçün mühüm platforma rolunu oynayacaq və biznes əməkdaşlığının inkişafına töhfə verəcək”.

 

Palatanın baş katibi Saurabh Sanyal deyib ki, son statistik rəqəmlərə görə, Hindistan və Azərbaycan arasında xarici ticarətin həcmi 2017-ci ilin yanvar-dekabr aylarında 463 milyon olub ki, bu da azdır:

 

“Bunu nəzərə alaraq sərgini təşkil etdik. Bu, ikitərəfli, eləcə də turizm əlaqələrinin inkişafına, ixracatın artmasına kömək edəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir