24 may 2018, Cümə axşamı
Ana Səhifə - PARLAMENT - “Bu yarış AXC ilə bağlı dünyaya bir mesaj idi” - Deputatlar beynəlxalq futbol turnirinin siyasi əhəmiyyətindən danışdılar
“Bu yarış AXC ilə bağlı dünyaya bir mesaj idi” - Deputatlar beynəlxalq futbol turnirinin siyasi əhəmiyyətindən danışdılar
12.03.2018, 18:31

Martın 9-11-i arasında ilk dəfə olaraq Bakıda 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçirilib. Turnir Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub və  Milli Məclisin Gənclər və idman komitəsinin təşəbbüsü ilə gerçəkləşib.

“İnter Arena”da keçirilən Azərbaycan-Ukrayna parlamentlərinin komandaları arasındakı final oyunu 2:1 hesabı ilə deputatlarımızın xeyrinə başa çatıb.


Milli Məclisin deputatları bu dəfə Modern.az saytına beynəlxalq futbol turnirinin siyasi və idman sahəsindəki əhəmiyyətindən danışıblar.


Parlamentin Regional məsələlər üzrə komitəsinin üzvü, tarixçi deputat Fəzail İbrahimli:

“Bilirsiniz, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər proqramı var. Bu proqram Cümhuriyyətin 100 illiyinə həsr olunmuş ayrı-ayrı sahələri əhatə edir. Bu sistemə elmi-tədqiqat işlərinin yazılması, böyük konfransların təşkili,  dövlət səviyyəsində tədbirlərin keçirilməsi  daxildir.  Deputatların futbol turnirini isə idman sahəsində həyata keçirilən tədbirlərdən biri hesab etmək olar. Demək olar ki, bu yarışın AXC-nin yüzilliyinə həsr olunması dünyaya bir mesajdır. Yəni bizim 100 il bundan qabaq demokratik ruhlu , digər ölkələrə nümunə ola biləcək bir dövlətimiz olub.  Bu mənada turnirin çox böyük əhəmiyyəti var”.

Deputat deyib ki, yarışda  təmsil olunan  dövlətlər Azərbaycan parlamentinin öz dövlətçilik tarixinə  hörmətinin şahidi oldular:

“Digər tərəfdən, o vaxt Cümhuriyyət liderlərinin  əsas arzusu,  dövlətimizin bütün sahələrdə dünya səviyyəsinə çıxması, beynəlxalq müstəvidə  işlərin görülməsi  idi. Eyni zamanda, yarışı Cümhuriyyətin idman sahəsində olan arzularının ifadəsi kimi başa düşmək olar. Bundan başqa, burada bir neçə ölkə iştirak etdi və bu da böyük təbliğat xarakteri daşıyır. Yarışda  təmsil olunan  dövlətlər Azərbaycan parlamentinin öz dövlətçilik tarixinə, ənənələrinə, Cümhuriyyət lidelərinin ruhuna nə qədər hörmət etdiyinin də şahidi oldular.

Azərbaycanın taleyüklü məsələlərində parlament hər zaman öz sözünü deyib və həlledici rol oynayıb. Bu mənada da yarış əhəmiyyət kəsb edir. Nəhayət beynəlxalq turniri Azərbaycan prezidentinin AXC-nin 100 illiyi ilə bağlı sərəncamının icrasında parlamentin atdığı addımlardan biri kimi dəyərləndirmək olar”.

Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini  Ülvi Quliyev:


“Milli Məclisin Gənclər və idman Komitəsinin fəaliyyəti tək qanunvericilik sahəsi ilə məhdudlaşmır. İndiyə kimi müəyyən normativ qanunların yaradılması, bu sahənin inkişaf etdirilməsi ilə bağlı müxtəlif işlər görülüb. Əsas qanunumuz “Bədən tərbiyəsi və idman haqqında” qanundur. Antidopinqlər, idmanda monopoliyanın qarşısının alınması ilə bağlı qanunvericilik istiqamətində də işlər görülüb. Eyni zamanda, komitəmiz qanunvericiliklə yanaşı, ictimaiyyətlə, əsasən də gənclərlə ünsiyyətdə, idman sahələrinin təbliği  və kütləviliyinə nail olunmasında fəal iştirak edir.

Bakıda ilk  dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçirilməsi də görülən işlər sırasında ən əhəmiyyətlisidir. Yaşından asılı  olmayaraq, Azərbaycan millət vəkillərinin yarışlara qoşulması idman sahəsinin təbliğatına verilən töhfədir. Baxmayaraq ki, biz parlamentin üzvləyirik, ancaq bu cür yarışların birbaşa iştırakçısı olduq. Belə bir tədbirin Bakıda və məkz bizim təşəbbüslə keçirilməsi idmana dəstək və bu sahəyə həqiqi mənada çağırışdır. Bu, həm də Azərbaycanın idman ölkəsi olduğunun bariz nümunəsidir. Dörd ölkədən Azərbaycana gələn əcnəbi deputatlar bunu praktiki olaraq gördülər.

Hesab edirəm ki, bu yarış idmanla yanaşı dünyaya tariximizlə bağlı da bir mesaj idi. Əminəm ki, çox uzun illər bu tədbir yaddaşlarda qalacaq və cənab Prezident İlham Əliyevin Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı imzaladığı sənədlərə beynəlxalq səviyyədə dəstək kimi tarixə düşəcək".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib ki,  deputatlar arasında keçirilən futbol turniri  siyasi baxımdan vacib oyun olub:

“Şərqdə ilk demokratik respublikanın, AXC-nin 100 illiyinə həsr olunan yarışlar ciddi əhəmiyyətə malik idi. Digər tərəfdən, 5 dövlətin bu turnirə qatılmasının önəmini vurğulamaq lazımdır. Düşünürəm ki, bunun həyata keçirilməsində Azərbaycan parlamenti çox böyük işlər gördü. Beynəlxalq turnir ölkəmizin  idman sahəsində, o cümlədən digər sahələrdə uğurlarının, parlamentlərarası münasibətlərin daha sıx olmasının göstəricisidir.

Hesab edirəm ki, tədbir öz işini görə bildi və hər şey qaydasında idi.  Milli Məclisin deputatı Fuad Muradov, o cümlədən  parlamentin Gənclər və idman komitəsinin digər üzvləri  turnirlə bağlı əhəmiyyətli işlər gördü, deputat həmkarlarımız yarışları dəyərləndirdi.

Həmçinin, futbol yarışısının siyasi vacibliyini də vurğulamaq lazımdır. Çünki bilirsiniz, bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağdır. Turnirdə 5 dövlətin iştirakı və həqiqətlərin bir daha turnir vasitəsilə  həmin ölkə nümayəndələrinə çatdırılması ciddi addımdır”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
AXC parlamentinin baş tutmayan iclasları – Maraqlı səbəblər və müəmmalar
24.05.2018, 00:42

AXC parlamentinin baş tutmayan iclasları – Maraqlı səbəblər və müəmmalar

Pompeo: Rusiyanı yeni sanksiyalar gözləyir
24.05.2018, 00:12

Pompeo: Rusiyanı yeni sanksiyalar gözləyir

Səddamın yaxtası otelə çevrildi – VİDEO
24.05.2018, 00:05

Səddamın yaxtası otelə çevrildi – VİDEO

ABŞ-da məhkəmə Trampa "Twitter"də onu tənqid edənləri bloklamağı qadağan edib
24.05.2018, 00:00

ABŞ-da məhkəmə Trampa "Twitter"də onu tənqid edənləri bloklamağı qadağan edib

Xərçəng epidemiyasının əsas səbəbi açıqlandı
23.05.2018, 23:45

Xərçəng epidemiyasının əsas səbəbi açıqlandı

İki milyarda yaxın insan kökələcək – PROQNOZ
23.05.2018, 23:37

İki milyarda yaxın insan kökələcək – PROQNOZ

Ramazanın 8-ci günü: dua, imsak və iftar vaxtı
23.05.2018, 23:27

Ramazanın 8-ci günü: dua, imsak və iftar vaxtı

Azərbaycan neftinin qiyməti qalxdı - bir barel 81 dollar 
23.05.2018, 23:13

Azərbaycan neftinin qiyməti qalxdı - bir barel 81 dollar 

Spiker institut direktorunu təltif etdi
23.05.2018, 23:00

Spiker institut direktorunu təltif etdi

İrana gedən azərbaycanlıların sayı artıb
23.05.2018, 22:58

İrana gedən azərbaycanlıların sayı artıb

Evin tək oğlu əsgər getməlidir? - Rəsmi 
23.05.2018, 22:46

Evin tək oğlu əsgər getməlidir? - Rəsmi 

İspaniyada partlayış olub, ölənlər və yaralananlar var
23.05.2018, 22:38

İspaniyada partlayış olub, ölənlər və yaralananlar var

Oğuzda Meşə təsərrüfatı idarəsinin ərazisində yanğın olub
23.05.2018, 22:35

Oğuzda Meşə təsərrüfatı idarəsinin ərazisində yanğın olub

Sabah bu ölkədə nüvə poliqonu söküləcək
23.05.2018, 22:28

Sabah bu ölkədə nüvə poliqonu söküləcək

Bərdədə 18 yaşlı qız intihar edib
23.05.2018, 22:25

Bərdədə 18 yaşlı qız intihar edib

Skripal ilk müsahibəsini verdi
23.05.2018, 22:20

Skripal ilk müsahibəsini verdi

Nazir Avropa İttifaqını qarğadı 
23.05.2018, 22:13

Nazir Avropa İttifaqını qarğadı 

Sosial şəbəkələrin  məşhur müəllimi polisə çağırıldı
23.05.2018, 21:58

Sosial şəbəkələrin  məşhur müəllimi polisə çağırıldı

Dünya çempionu həbs oluna bilər
23.05.2018, 21:49

Dünya çempionu həbs oluna bilər

Bakıda intiharın qarşısı alınıb
23.05.2018, 21:39

Bakıda intiharın qarşısı alınıb

Modemləri sıradan çıxaran yeni virus yayılıb
23.05.2018, 21:29

Modemləri sıradan çıxaran yeni virus yayılıb

ABŞ ordusunun təyyarəsi qəzaya uğrayıb
23.05.2018, 21:17

ABŞ ordusunun təyyarəsi qəzaya uğrayıb

Çingiz Qənizadə: “Rüstəm İbrahimbəyov böyük qardaşların yanında yaxşı olmaq üçün öz xalqını aşağılayır”
23.05.2018, 20:51

Çingiz Qənizadə: “Rüstəm İbrahimbəyov böyük qardaşların yanında yaxşı olmaq üçün öz xalqını aşağılayır”

Dövlət Komitəsinin sədri  Türkiyə parlamentinin spikeri  ilə  görüşdü 
23.05.2018, 20:37

Dövlət Komitəsinin sədri  Türkiyə parlamentinin spikeri  ilə  görüşdü 

Akif Çovdarov çıxış üçün məhkəmədən vaxt istəyib​​​
23.05.2018, 20:23

Akif Çovdarov çıxış üçün məhkəmədən vaxt istəyib​​​

İŞİD Suriyada Bəşşar Əsədə bağlı silahlılara hücum edib, 26 hərbçi ölüb
23.05.2018, 20:11

İŞİD Suriyada Bəşşar Əsədə bağlı silahlılara hücum edib, 26 hərbçi ölüb

Rəhmon Azərbaycan xalqını təbrik etdi
23.05.2018, 20:05

Rəhmon Azərbaycan xalqını təbrik etdi

Çində ABŞ diplomatına “akustik hücum”
23.05.2018, 20:02

Çində ABŞ diplomatına “akustik hücum”

Fuad Muradov Dövlət Komitəsinin sədri  kimi  ilk  rəsmi səfərini Türkiyəyə etdi
23.05.2018, 18:58

Fuad Muradov Dövlət Komitəsinin sədri  kimi  ilk  rəsmi səfərini Türkiyəyə etdi

İnam Kərimov Yevlaxda vətəndaşların şikayətlərini dinlədi
23.05.2018, 18:56

İnam Kərimov Yevlaxda vətəndaşların şikayətlərini dinlədi

Sumqayıtda 30-dan çox ev işıqsız qaldı
23.05.2018, 18:49

Sumqayıtda 30-dan çox ev işıqsız qaldı

Şura “Müsəlman Şərqində ilk demokratik respublika” adlı konfrans keçirib
23.05.2018, 18:37

Şura “Müsəlman Şərqində ilk demokratik respublika” adlı konfrans keçirib

Prezident təhsil müəssisələrinə 40 milyon manat ayırdı - SİYAHI
23.05.2018, 18:30

Prezident təhsil müəssisələrinə 40 milyon manat ayırdı - SİYAHI

Azərbaycanın müdafiə naziri Anjey Kaspşiklə görüşüb
23.05.2018, 18:26

Azərbaycanın müdafiə naziri Anjey Kaspşiklə görüşüb

Azərbaycanda 200 manatlıq yeni əsginas dövriyyəyə buraxılacaq - FOTO
23.05.2018, 18:23

Azərbaycanda 200 manatlıq yeni əsginas dövriyyəyə buraxılacaq - FOTO

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.0%)
Meral Akşener (12.0%)
Rəcəb Tayyip Ərdoğan (59.3%)
Selahattin Demirtaş (2.25%)
Temel Karamollaoğlu (0.75%)
Doğu Perinçek (4.51%)