16 noyabr 2018, Cümə
Ana Səhifə - MÜSAHİBƏ - “Azərbaycanlı kişilərdə xərçəng riski çoxdur” - Türk həkimlə MÜSAHİBƏ
“Azərbaycanlı kişilərdə xərçəng riski çoxdur” - Türk həkimlə MÜSAHİBƏ
13.03.2018, 08:42

Türkiyədəki LIV Hospitalın uzman uroloq cərrahı Orxan Tanrıverdi  Uroloji xəstəlik və xərçənglərdə son robotik cərrahiyyəsi və yeniliklər barədə Medicina.az-a geniş müsahibə verib.

 

Modern.az xəbər verir ki, müsahibədə böyrək, uroloji problemləri olanlar üçün çox vacib informasiyaları bölüşüb: 

 

-Doktor, Azərbaycan böyrək xəstəlikləri, prostat problemləri üzrə əhalisi risk altında olan ölkələrdəndir. Sovetlər dövründən bizdə urologiya üzrə böyük xəstəxanalar yaradılıb, Cavadzadə kimi uzman cərrahlarımız olub. Türkiyədə də bildiyim qədəri ilə böyrək, sidik kisəsi, prostatit problemləri çoxdur. Bir həkim olaraq insanlarımızın bu xəstəliklərə çox tutulmasının səbəbini nədə görürsüz?

 

-Prostat xəstəlikləri bütün dövrlərdə aktual olub. Prostatın 3 patologiyası olur:  iltihabi xəstəliklər, prostatın böyüməsi və xərçəngi. Bəli, prostat xərçənginin geniş yayıldığı bölgələr də var, az yayıldığı  bölgələr də.  Məsələn, Yaponiyada çox az rast gəlinir.  Səbəb: qidalanma. Yaponlar daha çox bitki, tərəvəzlə, balıqla qidalanır.  ABŞ-da isə çox yüksək yayılıb, çünki insanları qızartma yeməklər, ətlə bəslənir, daha çox protein alır.  Çox protein qəbul edən toplumlarda prostat şişi və xərçəngi yaranması riski artıb. Azərbaycan da, Türkiyədə ət yeməkləri, unlu məmulatlar, yağlı, qızartma yeməklər çox qəbul edildiyindən bu ölkələrin kişiləri də risk altındadır. Bir də genetik faktor var. Keçmişdə dədə-babalarımızda da bu xəstəliklər rast gəlindiyi üçün genlə ötürülür. 

 

Kirli ətraf mühit, su, təbii olmayan qidalar, istifadə etdiyimiz gündəlik əşyalar, hətta geyimlərimiz belə sağlam, təbii olmadığı üçün uroloji şişlər yayılıb.  Dədə-babamızın yaşadığı  təbii həyatı yaşamırıq.  Kimyəvi maddələri uzun müddət qəbul edən insanlar xərçəng xəstəliyinə bir addım da yaxınlaşır.

 

Uroloji problemlər və sidik kisəsi xərçəngində ən birinci səbəb – siqaret çəkməkdir. 100-də 65 % siqaret çəkən insanlarda yaranır.  Dünya hələ də siqaretlə mübarizə aparır, amma təəssüf ki, siqaret çəkənlər azalmır.

 

-Bəs siz özünüz siqaret çəkirsizmi? Həkim olaraq uroloji problemlərdən qorunmaq üçün nələr edirsiz?

 

-Xeyr, siqaret çəkmirəm. Mümkün olduğu qədər bitki, meyvə -tərəvəzlə qidalanmağa çalışıram. Hər gün protein, hər gün ət yemək olmaz. Həftədə 2-3 gün balıq, toyuq əti yeyilə bilir. İndi 40 günə böyüyən hormonlu boryler toyuqlarından fayda yoxdur. Amma təbii olaraq yetişən kənd toyuqlarından yemək lazımdır. Orqanik qidalar çox qəbul edin. Bol su içmək – böyrəklərdə daş olmasın deyə vacibdir. Su özü bir antioksidantdır. Su içdiyiniz zaman böyrəklərdə kristallar yuyulub gedir. Az su içdikdə kristallar bir araya gəlib daşa çevrilir. 

 

-Bir kişi prostat xərçəngi olduğunu ilk hansı əlamətlərlə bilə bilər?

 

-Öncə, prostatın böyüməsi ilə prostat xərçəngini qarışdırmamaq lazımdır. Hər ölçüsü böyümüş prostat xərçəng olmaz. 

 

Əgər prostat orqanını bir portağala bənzətsək, belə izah edim: bu portağalın iç qismində prostat böyüməsi, portağalın qabığında isə prostat xərçəngi olur. 

 

Prostat daxili şiş, böyümə olduqda sidiyə getmə çətinləşir, tez-tez tualetə gedir, sidik kisəsi tam boşalmır, ağrı, yanma hissi olur. Çünki sidik kanalı prostatın tam mərkəzindən keçdiyi üçün dərhal əlamətləri büruzə verir.  Amma xərçəng qabıq hissəsində, üstdən başladığından  sidiyə çətin getmə problemi özünü tez büruzə vermir, əlamətlər o zaman başlayır ki, artıq çox gecikmiş mərhələyə keçir. Ona görə prostat xərçəngini əlamətlərlə təsbit etmək çox yanlış olar.  

 

Xərçəngi vaxtında yaxalamaq üçün 45 yaşından sonra uroloq-androloqun əllə müayinəsi və PSA deyilən analizdən keçmək mütləqdir.  Bu analiz prostat iltihabı və xərçəngi göstərə bilən önəmli metoddur. Amma PSA- yüksək çıxarsa, qızdırması da varsa, sidiyə də çətin gedirsə, bunun iltihab və ya xərçəng olması diaqnozunu uroloq qoya bilər və bu zaman biopsiyaya gərək olur. 

 

PSA –nın yüksək olması ilk öncə prostatda iltihabi proseslərin dərinləşdiriyini göstərir. İltihabı da dərmanlarla müalicəyə başlayırıq. Əgər iltihabdırsa, müalicə ilə PSA göstəricisi enəcək. Amma bir çox insanlarda xroniki iltihab prosesi olduğundan çox zaman yüksək PSA göstəricisi qala bilir.  İndi Multiparametrik prostat MRT çəkimi adlı diaqnoz metodu var. Bu üsulla prostatda şiş və iltihab şübhəsi olan hissələri ayırd edirik.  Əgər nəticə 4-5-ci dərəcə olarsa, xərçəngə şübhə olur. O zaman hardan biopsi materialı götürəcəyimizə qərar veririk.  Son müasir metod isə MRT fuzyon adlı üsuldur: burda MRT çəkildikdə  xərçəng olmasına şübhə olan bölgələri işarələyirik, proqramın yaddaşına yazırıq, sonra CD-ni FÜZYON cihazına daxil edirik.  Bu zaman ultrasonla biopsi materialı alarkən, artıq hardan oldu yox, məhz həmin işarələnən konkret lazımı hissələrdən biopsi götürülür.  Biopsiyadan qorxmaq lazım deyil.  Lazım gələrsə ildə bir dəfə biopsi alına bilər. Yetər ki,vaxtında düzgün diaqnoz qoyulsun. Biopsinin xərçəng yaratması, şişi böyütməsi, insana zərəri barədə fikirlər yanlışdır.  Zatən problem vardı ki, bədəndə xərçəng hüceyrələri dolaşır, biopsi bunu vaxtında aşkarlamağa və əməliyyatla, müalicə ilə insanın həyatını qurtarmağa yardım edir.   Prostat xərçəngi uzun müddət davam edərsə digər toxumalara və sümüklərə yayılır. Erkən olunan hər müdaxilə həyat qurtarır. Əgər metastaz vermişsə, əməliyyat etməyə gərək yox, kimyaterapiya, radioterapiya, hormon terapiya təyin olunur. O xəstədən də məcburən biopsi alınmalıdır. Çünki biopsi nəticəsi olmadan kimsəyə xərçəng diaqnozu qoya bilmərik. 




-Daha gənc yaşda xərçəng diaqnozu qoyulan xəstələriniz olubmu?

 

- Ən gənc xəstəmin 14 yaşı vardı.  Prostat xərçəngi əslində, kişi cinsi hormonları ilə bağlıdır və onunla bəslənir. Məsələn, əvvəldən xayaları çıxarılan və ya anadangəlmə xayası  olmayan kişilərdə prostat xərçənginə rast gəlinməz. Çünki hormonları yoxdur. Bəzi xərçəng xəstələrinə hormonal müdaxilə edib,  cinsi hormonları azaldırıq ki, şiş hüceyrələri yayılmasın.    

 

Sidik kisəsinin xərçəngləri çox gənc yaşlarda, hətta uşaqlarda, yeniyetməlik dövründə rast gəlinir. Əlaməti xayalarda əllə hiss olunan şişlikdir. Necə ki, qadınlar özləri süd vəzilərini əllə yoxlayıb, bir düyün, şiş olub –olmadığını yoxlayırsa, kişilər də, xüsusən gənclər özləri xaya müayinəsini etməlidir.  Əgər basdıqda ağrı varsa, şiş, düyün hiss olunursa, dərhal uroloqa getməli, müalicə almalıdır.

 

Bu xəstəliyin bir özəlliyi var:  90% müalicəyə tabe olur , tam sağalır.  Əgər xayanın birində şiş varsa,  əməliyyatla tam alınır, patoloji analizin nəticəsinə görə  xəstəyə ya radioterapiya, ya da kimyaterapiya təyin olunur. Bu xərçəngdə vücuda metastaz olsa belə, 100-də 95 faiz 10 illik yaşama şansı verir. Əgər metastaz verməyibsə, 100% sağalma olur.

 

Böyük risk anadan gəlmə xayanın biri yuxarıda qalmış uşaqlardadır. Ona görə bu uşaqlarda 1 yaşa kimi xayanın aşağı endirilməsi vacibdir, yoxsa gələcəkdə xaya xərçəngi ola bilər. Bu xərçəngin səbəbi elə də məlum deyil. Genetik də ola bilər və ya ana bətnində xaya aşağı düşməlidir, amma enmir, uşağın qarın boşluğunda qalır. O zaman laporoskopik yolla daxil olub xayalığa endirilir, mümkün olmadıqda tamamilə çıxarılıb  atılır. Çünki yumurtalıq bədən içində qaldığı zaman ölür, funksiyasını itirir, onu saxlamağın anlamı qalmaz.  Bir xayası qalırsa, normal kişi kimi böyüyür, cinsi problemi olmur. Əgər hər iki xaya götürülürsə, ona hormon terapiya olunur, uşaq xarici quruluşca kişi kimi formalaşır, cinsi həyatı olur, sadəcə ata ola bilmir. 



-O zaman kişilər də risk olduğu halda xayalarını əvvəldən götürməklə, xərçəngə yoluxmaqdan qurtula bilər. Necə ki, Ancelina Coli illər öncədən süd vəzilərini aldırdı. Deməli, kişilərin də belə şansı var. 

 

-Kişilər üçün prostat sıradan bir orqan deyil, onun həyatında mühüm rolu var, özəllikləri var. Onu aldırırsa, cinsi yaşamında problemlər olacaq, intim münasibəti olmayacaq, sperması gəlməyə bilər. Kişilərə belə təklif olunanda, razılaşmırlar. Onlar xərçəng olmağa, ölməyə  razıdırlar, amma xayalıqların alınmasına yox.  Sidik kisəsi xərçəngi olan xəstəm bu təklifdən imtina etdi. 55 yaşlı kişi idi.  Dedi, cinsi funksiyamı itirib yaşamaqdansa ölsəm yaxşıdır. Və biz onu itirdik. Kişilər öz kişilik sevgisini həyatdan üstün tuturlar. Bunlar cahillikdən yaranır. Həkimin işi həyat qurtarmaqdır. Sonradan başqa problemləri həll etmək olar, amma cinsi funksiyaları həyatdan üstün tutmaq müasir insana yaraşmaz.

 

NECƏ Kİ, QADINLAR SÜZ VƏZİLƏRİNİ ƏLLƏ YOXLAYIB, DÜYÜN, ŞİŞ OLUB-OLMADIĞINI TƏYİN EDİRSƏ, KİŞİLƏR DƏ, XÜSUSƏN GƏNCLƏR ÖZLƏRİ XAYA MÜAYİNƏSİNİ ETMƏLİDİR. ƏGƏR BASDIQDA AĞRI VARSA, DÜYÜN, ŞİŞLKİNLİK HİSS OLUNURSA, MÜTLƏQ UROLOQA GETMƏLİDİR. 

 

-Eşitmişik ki, siz dünyada ən son texnologiya olan Robotik sistemlə əməliyyatlar edirsiz.  Amma bildiyim qədəri ilə Bakıda uroloji xəstəxanalarda robotik cərrahiyyə yoxdur. Nədir robotik cərrahiyyə? Əməliyyatı robot icra edir, ya cərrah?

 

-Robotik cərrahiyyə ilk dəfə 70-ci illərdə ABŞ-da NASA tərəfindən ortaya atılmış fikir idi. Məqsəd kosmosda olan astronovtların üzərində Yerdən müdaxilə etməklə, məsafədən idarə edilən texnika ilə əməliyyat keçirmək idi.  Bu fikir üzərində elmi çalışmalar başladı və 1996-cı ildə ilk prototip yaradılır. Əvvəl heyvanlar üzərində sınanır, 2000-ci illərdə ilk dəfə ABŞ-da insanlar üzərində tətbiq olunmağa başlanılır. Da Vinci Robotik sistemin yaradılması və  dövriyyəyə girməsi ilə cərrahiyyədə robotik cərrahiyyə dövrü başladı. Bu gün dünyada ən çox istifadə olunan, praqmatik və uğurlu sistem odur. Ondan sonra bir neçə robot yaradıldı, amma Da Vinçi qədər uğurlu, komfortlu olmadı. Biz də LİV Hospitalda robotik cərrahiyyəni tətbiq edirik və Da Vinçi robot sistemini istifadə edirik. Əslində, robotik sistem laporoskopik cərrahiyyənin bir növüdür., Necə olunur: xəstənin qarnı karbon bioksid qazı ilə şişirdilir,  sonra 8-5 mm-lik 5-6 ədəd port xəstənin qarnından kiçik dəliklərdən keçirilərək, daxilə yeridilir.  Görüntü 3 qat böyüdülmüş şəkildə verilir. O portlara robotun qolları taxılır. Robotun özəl cihazları, makasları vardir, o qollardan içəri yeridilir. Xəstənin başı üzərində bir həkim, bir tibb bacısı durur.  Əməliyyatı edən cərrah kənarda sistemin arxasında kreslosunda əyləşir, konsoldan baxaraq 3 dəfə böyüdülmüş şəkildə orqanı görür, barmaqlarına costikləri taxıb robotu idarə etməklə əməliyyatını edir.  Ayrıca lazım olduğunda içəridə 16-18 qat böyütmə, irəli, geri çəkilmə imkanları var. Robotun koterizasion sistemi çox üstün və qüvvətlidir. Bu sistemlə ən yaşlı cərrahlar da əməliyyat edə bilər, çünki yaşlandıqca əlləri titrəyə bilər. Bu zaman əl titrəyişləri içəri ötürülmür, həmçinin görmə də qat-qat yüksək olur. Cərrah robotun makasları ilə şişi, orqanı kəsir. Robotun beyni, proqramı yoxdur. Əməliyyat üçün yenə də bir cərrah əli, beyni, təcrübəsi lazımdır.  Robotik cərrahiyyə ilə güclü, uzun illərdir laporoskopik əməliyyatlar edən istənilən cərrah asanlıqla əməliyyat edə bilər.  Mən bunun təhsilini Belçikada, dünyaca məşhur professordan öyrəndim. Öncə donuzlar üzərində çalışdıq, sonra insana keçdik. ABŞ-da, Avropada indi çox əməliyyatlar robotik icra olunur.  Uroloji əməliyyatlarda xüsusilə önəmli və lazımlıdır. Çünki bildiyimiz kimi prostat çox dərində yerləşən bir orqandır. Prostat xərçəngi əməliyyatı da ya laporoskopik, ya da robotik olunur. Robot bu əməliyyatı çox asanlaşdırır, əməliyyatı və nəticəsini uğurlu sondarır, cərrahın işini çox asanlaşdırır, xəstə üçün də çox komfortludur, tez sağalır.  


Da Vinçi robotik sistemi imkan verir ki, əməliyyat zamanı vacib sinirlər daha aydın görünsün. Daha az zədələnsin.  Sinirləri rahatlıqla bir kənara çəkmək olur. Xüsusən prostat xərçəngi xəstəliyində sinirləri qorumağa çalışdığımızdan sonradan cinsi funksiya pozğunluq olmur. 1 il içində geri dönür. Amma biz buna zəmanət vermirik. Amma əksər hallarda bərpa olur. Prostat tam çıxarıldıqda sperma gəlməyə bilər, xəstə uşaq sahibi olmaya bilər, amma cinsi həyat yaşaya bilər. 

 


-Bəs böyrəklərin içində olan şişlər, kistalar aşkarlanarsa, əməliyyat mütləqdirmi?

 

-Böyrək içində USM ilə kistalar görünərsə, onları çıxarmağa gərək yoxdur.  Sadəcə ildə bir dəfə USM izləmədə olmaq lazımdır. Əgər kista 10 sm ölçüyə kimi boyüyübsə, böyrəyi sıxırsa, ağrı verirsə, onu laporoskopik olaraq çıxarmaq daha yaxşıdır. Kistlər elə də qorxulu deyil, xərçəngə çevrilməz. 

 

Xoşxassəli şişlər – tümor olarsa, MRT çəkilir, xoşxassəli və ya bədxassəli olmasını təyin edərik. Ölçüsü, yerləşməsinə görə o kütlənin ya özü, ya da böyrək çıxarılır. Əgər 7 sm-dən az kütlədirsə, şiş çıxarılır. Böyrəyin tam ortasında, damarlarına yapışmış kütlə olarsa, orqan çıxarılır. Mümkün olduğu qədər böyrək qoruyucu cərrahiyə edirik. Çünki biz orqanın saxlanmasına maraqlıyıq. İşimizi asanıaşdırmaq üçün böyrəyi çıxarmırıq.  Şişi çıxardığımız, böyrəyi qalan xəstələr daha uzun müddət yaşaya bilir. Məsələn, Türkmənistandan bir xəstənin illər öncə bir böyrəyi alınmışdı. Qalan böyrəyində çoxlu tümorlar aşkar olundu. Böyrək funksiyasını itirmək üzrə idi. Biz yeni metodlarla tümorlərın yerini, lokalizasiyasını təsbit etdik və əməliyyatla tümorləri götürdük, böyrəyi saxladıq. Düzdür, o böyrəyin funksiyasını bərpa edəcəyinə ümid az idi. Amma böyrək əməliyyatdan sonra davam gətirdi.  Yoxsa  xəstə dializə məhkum olacaqdı. 

 

Böyrəklərdə olan əməliyyatlar da açıq, laporoskopik və Da Vinçi robotik üsulu ilə aparılır.  

 

Ümumiyyətlə, LİV Hospitalda bütün uroloji xəstəliklər, ən kiçiyindən tutmuş xərçəngə kimi dəqiqliklə diaqnozu təsbit olunur, bunun üçün yeni metodlardan istifadə edirik, xəstənin də zamanı itmir. Və həm dərman müalicəsi, həm əməliyyatlarımız 100% həyat qurtarmağa hesablanıb. Robotik cərrahiyyə isə çox həyatlar xilas edib.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
7 BMT sülhməramlısı öldürüldü
16.11.2018, 00:46

7 BMT sülhməramlısı öldürüldü

Nazir Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin detallarını açıqlayıb
16.11.2018, 00:28

Nazir Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin detallarını açıqlayıb

Səfir Meksika şəhəri ilə Bərdənin qardaşlaşmasını təklif edir
16.11.2018, 00:09

Səfir Meksika şəhəri ilə Bərdənin qardaşlaşmasını təklif edir

Öldürülən Rusiya səfirinin istintaqı tamamlandı
15.11.2018, 23:56

Öldürülən Rusiya səfirinin istintaqı tamamlandı

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
15.11.2018, 23:38

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Sabahdan avtomobillərdə pərdə və jalüzlər qadağan olunacaq
15.11.2018, 23:24

Sabahdan avtomobillərdə pərdə və jalüzlər qadağan olunacaq

“Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur”- Mikayıl Cabbarov
15.11.2018, 23:10

“Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur”- Mikayıl Cabbarov

Maştağada qəbirqazan “iş başında” öldü
15.11.2018, 22:58

Maştağada qəbirqazan “iş başında” öldü

Trampdan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün göstəriş
15.11.2018, 22:41

Trampdan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün göstəriş

Azərbaycan komandası məğlub oldu
15.11.2018, 22:27

Azərbaycan komandası məğlub oldu

Sumqayıtda yaşlı kişi intihar edib
15.11.2018, 22:16

Sumqayıtda yaşlı kişi intihar edib

Azərbaycana iş üçün gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb
15.11.2018, 22:07

Azərbaycana iş üçün gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb

OPEC-in yeni prezidentinin adı açıqlandı
15.11.2018, 21:54

OPEC-in yeni prezidentinin adı açıqlandı

Agentlik Bakıdakı dəhşətli tıxaca görə bu qurumları GÜNAHKAR sayır
15.11.2018, 21:42

Agentlik Bakıdakı dəhşətli tıxaca görə bu qurumları GÜNAHKAR sayır

Yunanıstanda Gürcüstan vətəndaşına 290 il həbs cəzası verildi
15.11.2018, 21:30

Yunanıstanda Gürcüstan vətəndaşına 290 il həbs cəzası verildi

Əhali 10 ayda dərmana təqribən 400 milyon manat xərcləyib
15.11.2018, 21:16

Əhali 10 ayda dərmana təqribən 400 milyon manat xərcləyib

Qaşıqçı cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edildi
15.11.2018, 21:03

Qaşıqçı cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edildi

Avtobus qəzasında xeyli insan yaralandı
15.11.2018, 20:48

Avtobus qəzasında xeyli insan yaralandı

Baş nazir istefaya göndərilir
15.11.2018, 20:37

Baş nazir istefaya göndərilir

“Instagram” Prezidentin səhifəsini yenidən bağladı
15.11.2018, 20:28

“Instagram” Prezidentin səhifəsini yenidən bağladı

Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi ilə bağlı Dövlət Proqramı təsdiqlənib
15.11.2018, 20:15

Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi ilə bağlı Dövlət Proqramı təsdiqlənib

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir - FOTO
15.11.2018, 20:03

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir - FOTO

Bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir
15.11.2018, 19:39

Bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir

Universitetdə “Aprel şəhidləri”nin xatirəsi yad olundu - FOTO+VİDEO
15.11.2018, 19:35

Universitetdə “Aprel şəhidləri”nin xatirəsi yad olundu - FOTO+VİDEO

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib
15.11.2018, 19:02

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Sabah Lənkəranda su kəsiləcək
15.11.2018, 18:54

Sabah Lənkəranda su kəsiləcək

Qarabağ İcması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyib
15.11.2018, 18:38

Qarabağ İcması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyib

UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan konfrans - FOTO
15.11.2018, 18:24

UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan konfrans - FOTO

Peruda məhbuslar qiyam etdi - 4 nəfər girov götürülüb
15.11.2018, 18:19

Peruda məhbuslar qiyam etdi - 4 nəfər girov götürülüb

İlham Əliyev Əvəz Qocayevə fəxri ad verdi
15.11.2018, 17:49

İlham Əliyev Əvəz Qocayevə fəxri ad verdi

Nəsiminin 650 illik yubileyi qeyd ediləcək
15.11.2018, 17:44

Nəsiminin 650 illik yubileyi qeyd ediləcək

Eldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdi
15.11.2018, 17:34

Eldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdi

Şükür Astanova Prezidentin fərdi təqaüdü verilib
15.11.2018, 17:28

Şükür Astanova Prezidentin fərdi təqaüdü verilib

İlham Əliyev onları təltif etdi - SİYAHI
15.11.2018, 17:27

İlham Əliyev onları təltif etdi - SİYAHI

Azərbaycan Hotel Assosiasiyasının I Baş Assambleyası keçiriləcək
15.11.2018, 17:27

Azərbaycan Hotel Assosiasiyasının I Baş Assambleyası keçiriləcək

Dövlət başçısı yol tikintisinə 6,6 milyon ayırdı
15.11.2018, 17:24

Dövlət başçısı yol tikintisinə 6,6 milyon ayırdı

Prezident Əli Həsənova yeni vəzifə tapşırdı
15.11.2018, 17:21

Prezident Əli Həsənova yeni vəzifə tapşırdı

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
15.11.2018, 17:10

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Diplomatlar üçün ixtisasartırma kursları təşkil olundu
15.11.2018, 17:04

Diplomatlar üçün ixtisasartırma kursları təşkil olundu

Daha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRAR
15.11.2018, 16:52

Daha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRAR

Amerika Ordusunun azərbaycanlı polkovnikinə atası Əskər həkim nə demişdi?
15.11.2018, 16:34

Amerika Ordusunun azərbaycanlı polkovnikinə atası Əskər həkim nə demişdi?

Biləsuvarda qanunsuz ov edən 3 nəfər saxlanıldı
15.11.2018, 16:26

Biləsuvarda qanunsuz ov edən 3 nəfər saxlanıldı

QHT Şurası 2019-cu il üçün 1-ci qrant müsabiqəsi elan etdi - ŞƏRTLƏR   
15.11.2018, 16:25

QHT Şurası 2019-cu il üçün 1-ci qrant müsabiqəsi elan etdi - ŞƏRTLƏR  

Abel Məhərrəmov rektor vəzifəsindən AZAD EDİLDİ
15.11.2018, 16:02

Abel Məhərrəmov rektor vəzifəsindən AZAD EDİLDİ

Bakı kəndlərindən gələn avtobusların dayanacaq yeri dəyişdirilir - FOTO
15.11.2018, 15:59

Bakı kəndlərindən gələn avtobusların dayanacaq yeri dəyişdirilir - FOTO

Neftin ölkənin ümumi ixracındakı payı artıb
15.11.2018, 15:50

Neftin ölkənin ümumi ixracındakı payı artıb

Bakıda sərnişin avtobusu yandı
15.11.2018, 15:50

Bakıda sərnişin avtobusu yandı

Birgə Komissiyanın gələn il üzrə iş planı təsdiqləndi
15.11.2018, 15:39

Birgə Komissiyanın gələn il üzrə iş planı təsdiqləndi

Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”
15.11.2018, 15:38

Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”

Azərbaycana düz bağırsağında narkotik keçirmək istədi
15.11.2018, 15:22

Azərbaycana düz bağırsağında narkotik keçirmək istədi

ARXİV