24 iyun 2018, Bazar
Ana Səhifə - MƏDƏNİYYƏT - 21 bir əvvəl baş vermiş dəhşətli qətl! - Həsənağa Turabovun oğlu necə öldürülmüşdü - FOTOLAR
21 bir əvvəl baş vermiş dəhşətli qətl! - Həsənağa Turabovun oğlu necə öldürülmüşdü - FOTOLAR +
13.03.2018, 09:03

Azərbaycan polisinin ən cəsur, qorxmaz nümayəndələrindən olan Daşqın Həsənağa oğlu Turabovun həlak olmasından bu gün 21 il ötür. Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili olmuş Daşqın Turabov 1997-ci il mart ayının 11-dən 12-ə keçən gecə silahlı cinayətkarın gülləsinə tuş gələrkən həyatını itirib.

Siyəzən şəhər sakini Əlişir Tağıyevdə avtomat olması barədə əməliyyat məlumatı əsasında polis təcili əməliyyat keçirməli olub. Əməliyyat qruplarından birinin tərkibində olan Daşqın Turabov hamıdan əvvəl irəli atılaraq əvvəldən tanıdığı Əlişiri tutmaq istəyib, hətta: "Əlişir, mənəm, Kərbala" da deyib. Amma gözü qızmış cinayətkar silahındakı güllələrlə atəş açmağa başlayıb, atdığı 13 güllədən 6-sı Daşqına dəyib. Dərhal xəstəxanaya çatdırılan Daşqın hadisədən sonra cəmi 58 dəqiqə yaşayıb, "məni sağalt, həkim" də deyib. Amma öləcəyini hiss etdiyindən o, kəlmeyi-şəhadətini söyləyərək, gözlərini əbədi olaraq yumub.


Cəsur, xidməti vəzifəsini yerinə yetirərkən canını fəda etmiş Daşqın Turabovun ölümündən sonra Siyəzən polis şöbəsinin həyətində onun büstü qoyulub, şöbənin yerləşdiyi küçəyə adı verilib.

Daşqın unudulmaz xalq artistimiz, mərhum "Gəray bəy"imiz Həsənağa Turabovun böyük oğlu idi, onun büstü açılanda - 28 may 1998-ci ildə atası xəstə olduğundan gələ bilməsə də, Turabovun iş yoldaşları-mərhum xalq artistlərimiz Həsən Məmmədov, Yaşar Nuri, Səyavuş Aslan, Əliabbas Qədirov, Mikayıl Mirzə, hazırda yaşayan xalq artisti Əminə Yusifqızı, Azərpaşa Nemətov, tanınmış həmkarımız İlham Rəhimli büstün təntənəli açılışına qatılmışdılar.

1998-ci ilin dekabr ayında Heydər Əliyevin sərəncamı ilə Daşqın Turabov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub, ailəsindən öyrənirik ki, Heydər Əliyev həyətdə yas çadırı qurulanda telefonla Həsənağa Turabova başsağlığı da verib.

Amma Daşqın Turabovun büstü bir neçə ildən sonra hansı səbəbdənsə götürülərək anbara atılıb. “İstiPress”in işə qarışmasından sonra Siyəzən polis şöbəsinin yeni rəisi Valik Vəlimətov illərdir anbarda toz basmış büstü tapdıraraq xidməti otaqlardan birinə qoydurub, xatirəsinə guşə də hazırlatdırıb. Amma büstün yerinə təkrar qoyulması cənab Vəlimətovun səlahiyyətində olmadığından o, bu barədə heç bir açıqlama vermək istəmədi.

Siyəzən rayon icra hakimiyyətindən də analoji cavabı aldıq. Amma Daşqın Turabovun keçmiş iş yoldaşlarından biri, adının çəkilməsini istəməyən, hazırda DİN-də məsul vəzifə tutan bir polis rəsmisi məlumat verdi ki, Daşqın Turabovun büstü aprel ayının sonuna polis şöbəsinin yerləşdiyi küçəyə qoyulacaq, hazırda hazırlıq işləri gedir. Polis rəsmisi "adımı büstün yeni açılışında çəkərsiniz" dedi.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu il Həsənağa Turabovun anadan olmasının 80 illiyinin keçirilməsi barədə sərəncam imzalayıb. Buna görə prezidentə minnətdarlıq edən Turabovun qızı Sevinc Turabova deyir ki, qardaşımın büstünün yerinə qoyulmasını da cənab nazir Ramil Usubovdan xahiş edirik. Bu, hazırda evdə illərdir xəstə yatan anam Solmazın və bütün ailəmizin arzusudur.

Allah arzularınıza çatdırsın!

Aytəkin Alxaslı,
“Şimal xəbərləri” 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İtaliya baş nazirinin müavini Makronu həyasız adlandırıb
24.06.2018, 11:04

İtaliya baş nazirinin müavini Makronu həyasız adlandırıb

Bakıda xəbərdarlıq edilən icra başçıları kimlərdir...
24.06.2018, 10:40

Bakıda xəbərdarlıq edilən icra başçıları kimlərdir...

Azərbaycan Ordusu 100 - VİDEO
24.06.2018, 10:38

Azərbaycan Ordusu 100 - VİDEO

Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
24.06.2018, 10:33

Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir

“Türk ulduzları”nın Bakıda möhtəşəm şousunun vaxtı AÇIQLANDI
24.06.2018, 10:11

“Türk ulduzları”nın Bakıda möhtəşəm şousunun vaxtı AÇIQLANDI

Ermənilər atəşkəsi 92 dəfə pozdu
24.06.2018, 09:41

Ermənilər atəşkəsi 92 dəfə pozdu

İki gün əvvəl qəzada yaralanan sürücü öldü
24.06.2018, 09:34

İki gün əvvəl qəzada yaralanan sürücü öldü

Vəzifə başında ölən azərbaycanlı məmurlar...   
24.06.2018, 09:02

Vəzifə başında ölən azərbaycanlı məmurlar...  

Türkiyədə prezident və parlament seçkiləri başladı - VİDEO
24.06.2018, 09:00

Türkiyədə prezident və parlament seçkiləri başladı - VİDEO

Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib
24.06.2018, 08:52

Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib

Səudiyyə Ərəbistanında qadınlar maşın sürməyə başladılar  
24.06.2018, 08:47

Səudiyyə Ərəbistanında qadınlar maşın sürməyə başladılar  

Çində problem – Oğlanlar evlənməyə qız tapmırlar   
24.06.2018, 08:39

Çində problem – Oğlanlar evlənməyə qız tapmırlar  

Hacıqabulda DƏHŞƏTLİ QƏTL: xalası qızının boğazını kəsdi
24.06.2018, 08:22

Hacıqabulda DƏHŞƏTLİ QƏTL: xalası qızının boğazını kəsdi

Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM   
24.06.2018, 08:19

Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM  

“Sən xərçəngə qalib gəlmək gücdəsən”   - Millət vəkili
24.06.2018, 01:02

“Sən xərçəngə qalib gəlmək gücdəsən” - Millət vəkili

Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
24.06.2018, 00:52

Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür

Bu gün Türkiyədə xalq prezident və parlamenti seçir
24.06.2018, 00:29

Bu gün Türkiyədə xalq prezident və parlamenti seçir

“Polis” 20 qəpik ödəməmək üçün avtobusun açarını qırdı - VİDEO
24.06.2018, 00:16

“Polis” 20 qəpik ödəməmək üçün avtobusun açarını qırdı - VİDEO

Dünya Çempionatı-2018: Almaniya son anda  qrupdan çıxma sanşı qazandı
23.06.2018, 23:59

Dünya Çempionatı-2018: Almaniya son anda  qrupdan çıxma sanşı qazandı

Mərkəzi Elmi Kitabxana və BDU arasında Memorandum imzalandı-FOTOLAR
23.06.2018, 23:31

Mərkəzi Elmi Kitabxana və BDU arasında Memorandum imzalandı-FOTOLAR

45 İŞİD terrorçusu məhv edildi
23.06.2018, 23:17

45 İŞİD terrorçusu məhv edildi

Sarkisyanın qardaşına qarşı yeyinti ittihamı
23.06.2018, 22:54

Sarkisyanın qardaşına qarşı yeyinti ittihamı

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı sərgi - Fotolar
23.06.2018, 22:36

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı sərgi - Fotolar

İngiltərədə minlərlə insan referendum tələb edir
23.06.2018, 22:29

İngiltərədə minlərlə insan referendum tələb edir

Selcan Nəsiblinin UĞURLU PERFORMANSI
23.06.2018, 22:13

Selcan Nəsiblinin UĞURLU PERFORMANSI

OPEK-dən Rusiyaya təklif
23.06.2018, 21:56

OPEK-dən Rusiyaya təklif

Azərbaycanda tülküyə işgəncə verən gənc cəzalandırıldı - VİDEO
23.06.2018, 21:37

Azərbaycanda tülküyə işgəncə verən gənc cəzalandırıldı - VİDEO

Azərbaycan kəndində saxlanılan erməni əsgərin ETİRAFLARI
23.06.2018, 21:16

Azərbaycan kəndində saxlanılan erməni əsgərin ETİRAFLARI

Dünya Çempionatı-2018: Meksika Cənubi Koreyaya da Almaniyanın aqibətini yaşatdı
23.06.2018, 21:00

Dünya Çempionatı-2018: Meksika Cənubi Koreyaya da Almaniyanın aqibətini yaşatdı

Səfirin oğlu azadlığa buraxıldı
23.06.2018, 20:39

Səfirin oğlu azadlığa buraxıldı

Messi ölümdən son anda döndü
23.06.2018, 20:16

Messi ölümdən son anda döndü

Azərbaycan neft hasilatının artırılması qərarını dəstəkləyir
23.06.2018, 20:00

Azərbaycan neft hasilatının artırılması qərarını dəstəkləyir

Dünya Çempionatı-2018: 7 qol vurulan oyunda Belçika qalib oldu, Video
23.06.2018, 19:22

Dünya Çempionatı-2018: 7 qol vurulan oyunda Belçika qalib oldu, Video

Müdafiə sənayesi naziri Yavər Camalov vəfat etdi   
23.06.2018, 19:00

Müdafiə sənayesi naziri Yavər Camalov vəfat etdi  

Buraxılış imtahanlarının nəticələri elan olundu - 36 şagird qovuldu, 850-si imtahana gəlmədi
23.06.2018, 18:48

Buraxılış imtahanlarının nəticələri elan olundu - 36 şagird qovuldu, 850-si imtahana gəlmədi

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(12.3%)
Braziliya(23.7%)
Almaniya(10.3%)
İngiltərə(2.47%)
Portuqaliya(12.3%)
İspaniya(5.94%)
Fransa(4.95%)
Belçika(2.47%)
Seneqal(3.46%)
Rusiya(21.7%)