Modern.az

ATƏT PA sədri: “Qarabağ münaqişənin həlli üçün başqa mexanizm yoxdur” - YENİLƏNİB  

ATƏT PA sədri: “Qarabağ münaqişənin həlli üçün başqa mexanizm yoxdur” - YENİLƏNİB   

13 Mart 2018, 10:58

Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda beynəlxalq konfransı başlayıb.

Modern.az xəbər verir ki, ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli konfransdan öncə jurnalistlərə bildirib ki, ATƏT bütün münaqişələrə aktiv cəlb olunub.

“ATƏT Parlament Assambleyası üçün əsas prioriterlərdən biri də münaqişələrdə vasitəçilik missiyası və onların sülh yolu ilə həllidir. Biz dəfələrlə açıq şəkildə bəyan etmişik ki, müəyyən məsələlərdə, o cümlədən həlli uzanan münaqişələrlə bağlı boşluqlar var. Bu, həmçinin Dağlıq Qarabağ münaqişəsinə də aiddir. Biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Bu münaqişənin həlli üçün başqa mexanizm yoxdur. Sülh yolu ilə həll yeganə yoldur”.

Georgi Tsereteli əlavə edib ki, Azərbaycan ATƏT-in ən önəmli üzlərindən biridir.

“Azərbaycan nümayəndə heyətinin qurumda bir sıra faydalı təşəbbüsləri var. Onlardan biri də İpək yolunun dəstəklənməsi üzrə xüsusi qrupun yaradılmasıdır. Bu layihə qurumun üzv ölkələri ilə tərəfindən rəğbətlə qarşılanıb. Artıq 22 ölkə bu qurupa üzvdür. Belə bir önəmli və faydalı layihələrin həyata keçirilməsi olduqca önəmlidir. Azərbaycan,Gürcüstan və Türkiyə ilə birgə bu Bakı-Tbilisi-Qars layihəsinə həyata keçirməklə İpək Yolunun bərpasında xüsusi rol oynayır. Bu dəmiryolu insanları, şəhərləri, biznesləri birləşdirir. Bu cür təşəbbüslər insanların insanların rifahına və regionun təhlükəsizliyinə öz töhfəsini verir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır