Modern.az

Montoneqro parlamentinin sədri Bakıda çağırış etdi  

Montoneqro parlamentinin sədri Bakıda çağırış etdi    

13 Mart 2018, 11:28

“Tarix bizə öyrədir ki, insanlar öz daxilində körpüləri tikməlidir. Beyin və ürək arasında körpülər yaradılmalıdır. Bundan sonra icmalar, ölkələr arasında körpülər yaradıla bilər. Şəxs özündən başqa heç kimi tanımırsa, o, bütün sərvətinə rəğmən kasıb qalacaq və belə də öləcək. Bu, ölkələrə də aiddir. Ölkələr əlaqələr qurmasa, öləcək”. 


Modern.az xəbər verir ki, bunu Bakıda keçirlən beynəlxalq konfransda Monteneqro parlamentinin sədri İvan Brayoviç deyib.

O qeyd edib ki, təmsil etdiyi ölkə tərki-dünya dövlət deyil.

“Biz Şərq-Qərb arasında önəmli rol oynayan ölkəyik. Biz əcdadlarımızın yolundan - İpək Yolundan istifadə edirik. Çalışmalıyıq ki, iqtisadi, mədəni əlaqələrin inkişafı üçün daha da geniş imkanlar yaradaq. Biz ölkələri qlobal məqsədlərə yönəltməliyik”.

İvan Brayoviç qeyd edib ki, sosial-demokrat kimi sosial ədalətin bərqərar olunmasını istəyir.

“İpək Yolu böyük bir rabitədir. Bu konfransın məqsəd və hədəfləri də realdır, virtual deyil. Tərəf müqabilləri imkan verir ki, biz Şərqi və Qərbi daha da yaxınlaşdıraq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?