Modern.az

Meyxanaçı Kərim hələ də xəstədir: “Müalicələrim davam edir”  

Meyxanaçı Kərim hələ də xəstədir: “Müalicələrim davam edir”  

Mədəni̇yyət

13 Mart 2018, 14:14

Azərbaycanda üzdə olan sənət adamları - yazarlar, müğənnilər, aktyorlar arasında müxtəlif xəstəliklərdən əziyyət çəkənlər az deyil. Onlar digər məqamları ilə yanaşı, həm də xəstəlikləri ilə də ictimaiyyətin diqqət mərkəzinə düşürlər.

Belə tanınmışlardan biri də tanınmış meyxanaçı Kərimdir (Ağakərim Novruzov). Uzun müddətdir, meyxanaçı Kərimi nə efirlərdə, nə də mətbuatda görə bilirik.

Modern.az saytı meyxanaçının səhhətini öyrənmək üçün onunla əlaqə yaradıb. Kərim saytımıza bildirib ki, hazırda xəstəliyi davam edir:

“Hələ də xəstəyəm. Müalicələrim davam edir. Buna baxmayaraq  mütəmadi olaraq dostlarla görüşürük. O cümlədən işlərim də öz qaydasındadır. Belə demək mümkündüsə, salamatçılıqdı”.

Qeyd edək ki, meyxanaçı Kərim ötən il insult keçirib. Ondan öncə beyninə qan sızdığına görə, Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Yüksək qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkir. Həkimlər ona məsləhət görübər ki, şəkərli diabetə uyğun pəhriz saxlasın. Siqaretdən və içkidən uzaq olmalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi