Modern.az

ABŞ-ın dövlət katibi istefaya göndərildi

ABŞ-ın dövlət katibi istefaya göndərildi

Dünya

13 Mart 2018, 17:12

Donald Tramp Dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu posta Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo təyin olunub.

Donald Tramp Tillersona təşəkkürünü bildirib və Pompeonun yeni vəzifədə “fantastik işlər görəcəyinə” ümidvar olduğunu ifadə edib.

Xatırladaq ki, Reks Tillerson ötən ilin fevral ayından Dövlət Departamentinə rəhbərlik edirdi.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır