Modern.az

“Anlaşılmazlıqlar problemlər yaradır” - Əbülfəs Qarayev  

“Anlaşılmazlıqlar problemlər yaradır” - Əbülfəs Qarayev    

Aktual

13 Mart 2018, 17:33

“Fobiyalar, anlaşılmazlıqlar dünyada problemlər yaradır. Bunun kökünü araşdırmaq lazımdır. Bu istiqamətdə əsasən təhsili, mədəniyyəti inkişaf etdirmək lazımdır”.

Modern.az saytının məlumatına görə, bunu Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı çərçivəsində etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği ilə bağlı keçirilən panel iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, Azərbaycan müxtəlif sivilizasiyaların mərkəzində yerləşir və bu da çox önəmlidir:

“Azərbaycanda bütün dinlərin nümayəndələrinə hörmətlərə yanaşılır. Azərbaycan tolerant ölkədir. Azərbaycanın Quba rayonunda Qırmızı qəsəbə var. Orada yəhudilər yaşayır. Bu da tolerantlığın sübutudur. Məqsədimiz hər bir kiçik xalqın mədəniyyətini qorumaqdır”.

Əbülfəs Qarayev əlavə edib ki, Azərbaycan multikultural, tolerant ölkədir və bütün etnik, milli azlıqlara hörmətlə yanaşılır.

Nazir qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib: “Oradakı mədəni miraslara nəzarət edə bilmirik. Bu da narahatlıq yaradır. Münaqişənin dinc yolla həllinə inanırıq. Azərbaycan turizm üçün ən təhlükəsiz ölkələrdən biridir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!