Modern.az

Seçkiləri izləmək üçün Azərbaycan Avropa Parlamentinə müraciət etməyib  - ÖZƏL

Seçkiləri izləmək üçün Azərbaycan Avropa Parlamentinə müraciət etməyib  - ÖZƏL

13 Mart 2018, 18:02

Bəzi media qurumlarında Avropa Parlamentinin Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə əlaqəli məlumatlar yayılıb.

Məlumatda bildirilir ki, guya, bu barədə Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb.

Yayılan məlumatlara əsasən, Avropa parlamentinin seçkilərdə iştirak etməyəcəyi ilə əlaqədar qurum nə prosesi, nə də onun nəticələrini şərh edəcək.


Bununla bağlı Modern.az saytı Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin rəhbəri,  Milli Məclisin  Gənclər və idman komitəsinin sədri Fuad Muradovla əlaqə saxlayıb. O bildirib ki,  qeyd edilən məlumatların  heç bir əsası yoxdur:



“İlk növbədə bu günə qədər Azərbaycan tərəfinin müraciət etdiyi beynəlxalq təşkilatların hər biri ölkəmizdə keçirilən istənilən seçkilərdə iştirak ediblər.  Lakin Azərbaycan növbədənkənar prezident seçkiləri ilə bağlı Avropa Parlamentinə müraciət etməyib.

Buna görə də məlumat yayanlar yanlışlığa yol verirlər.  Əgər  məsələni dəqiqləşdirmək istəyirlərsə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə  müraciət edə bilərlər. O zaman səhvə yol verdiklərini bir daha anlayacaqlar”.


Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər qismində ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar iştirak edəcəklər.


Azərbaycanda prezident seçkilərin aprelin 11-nə təyin olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir