Modern.az

Beynəlxalq tədbirdə Bakı Bəyannaməsi qəbul olundu

Beynəlxalq tədbirdə Bakı Bəyannaməsi qəbul olundu

13 Mart 2018, 18:47

ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransı başa çatıb.

 

Modern.az saytının məlumatına görə, konfransda ATƏT PA-nın sədri Georgi Tsereteli, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrini müavini Bahar Muradova, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Monqolustanın xarici işlər naziri Soqbatar Damdin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Miçea Çiopraqa, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinhua, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrpunun sədri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, Serbiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Stefana Miladinoviç və digər ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

 

Onlar çıxışlarında layihənin önəmindən danışıblar. Qeyd olunub ki, bu cür layihələr ölkələrarası əməkdaşlığa təkan verir.

 

Qeyd edək ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında Bakı Bəyannaməsi qəbul olunub.

 

Bəyannamədə bildirilib: 

 

"Biz, ATƏT-in Parlament Assambleyasında İpək Yoluna Dəstək Qrupununvə Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə 2018-ci ilmartın 13–14-də Bakı şəhərində keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlığın və mədəni əlaqələrin inkişafında parlament üzvlərinin rolu” mövzusunda Beynəlxalq Konfransın iştirakçıları,

 

Qədim İpək Yolunun yenidən işə salınmasınınəhəmiyyətini, mövcud nəqliyyat və enerji dəhlizlərinin səmərəli istismarının,eləcə də “Müasir İpək Yolu” vasitəsi ilə sərnişinlərin, malların və xidmətlərin sərbəst və təhlükəsiz hərəkətinin ATƏT regionu ölkələrinin milli maraqlarına və davamlı iqtisadi inkişafı məqsədlərinə uyğunluğunu  nəzərə alaraq,

 

Qədim İpək Yolu boyunca yerləşən və həmin yolun yenidən işə salınmasındanfaydalana bilən ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, sosial və mədəni əlaqələrin inkişafı və möhkəmlənməsi üçün hökumətlərin göstərdikləri səyləri dəstəkləməyin vacibliyiniqeyd edərək,

 

Helsinki Yekun Aktının prinsiplərinə, [eləcə də müvafiq qanuni çərçivələrə və ATƏT öhdəliklərinə (AZE)] uyğun olaraq ATƏT regionunda sülhün, təhlükəsizliyin və insan hüquqlarının qorunmasına, davamlı inkişafın və sosial rifahın  təmin edilməsinə yönələn layihələrin, o cümlədən ATƏT-in Nazirlər Şurasının 4/16 nömrəli “Yaxşı idarəetmənin gücləndirilməsi və əlaqələndirilmənin təbliği”nə dair Hamburq Qərarına uyğun olaraq Avropa və Asiya arasında əlaqələndirilmənin möhkəmlənməsi məqsədininhəyata keçirilməsində parlament üzvlərinin köməyinin əhəmiyyətinianlayaraq,

aşağıdakıları bəyan edirik:

 

Biz təhlükəsizliyin, sabitliyin və tərəqqinin inkişafı naminə Qədim İpək Yolunun bərpası üçün hökumətlərin göstərdikləri səyləri bütünlüklə dəstəkləyirik.

 

İpək Yoluna Dəstək Qrupunun üzvü olan deputatların təmsil etdikləri ölkələrin iqtisadi və biznes subyektləri arasında əməkdaşlığın genişlənməsinə və təşviqinə töhfə verməyə çalışacağıq.

 

Davamlı, təhlükəsiz və çevik nəqliyyat və enerji dəhlizlərinin inkişafı və funksionallığının artması üçün hökumətlərin göstərdikləri səyləri dəstəkləyəcək, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsinə və yayılmasına kömək edəcəyik.

 

Hökumətləri Avropa və Asiya qitələrini birləşdirən Qədim İpək Yolunun bərpası çərçivəsində effektiv nəqliyyat dəhlizlərinin, tranzit şəbəkələrininvə logistika infrastrukturlarınıninkişafına ümdə əhəmiyyət verməyə çağırırıq.

 

İpək Yolu ölkələrinin deputatlarınınarasında mədəni əlaqələrin, təhsil mübadiləsinin, dinlər arası dialoqun və tolerantlığın; qarşılıqlı anlaşmanın və dialoqun gücləndirilməsi sahəsində irəli sürülən təşəbbüsləri dəstəkləyirik.

Biz İpək Yolunun hədəflərinin əsasında olan kibertəhlükəsizlik, Qərb-Şərq özəl və dövlət sektorlarının təhlükəsiz məlumat mübadiləsinə və məlumat ticarət platformalarına dair təşəbbüsləri dəstəkləyirik.

 

Biz İpək Yolu boyunca sərbəst, ədalətli və şəffaf dövriyyənin asanlaşdırması, eləcə də 21-ci əsrin yeni İpək Yolunun əsaslı davamlı infrastruktur layihələrinin maliyyələşdirilməsini təmin etmək üçün maliyyə inteqrasiyasını gücləndirmək üçün bütün səyləri dəstəkləyirik.

 

Parlamentarilər olaraq biz yeni İpək Yolu layihəsinin həyata keçirilməsinə və qanunun aliliyinə riayət olunmasının, fundamental insan hüquqlarının və insanlarımızın mənafeyi naminə demokratik inkişafa dəstəyinhəyata keçirilməsinə, eləcə də qeyri-bərabərlik, radikallaşma, terrorçuluq və korrupsiya kimi mümkün təhdidlərə qarşı mübarizənin aparılmasına məqsədyönümlü şəkildə nəzarətin həyata keçirilməsini öhdəlik olaraq qəbul edirik

 

İpək Yoluna Dəstək Qrupunun növbəti tədbirlərinə ev sahibliyi etmək üçün müraciət edən Belarus, Gürcüstan və İsveçrə nümayəndə heyətlərinin təşəbbüslərini alqışlayırıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır