Modern.az

Azərbaycanda daha bir FACİƏ: ana və körpəsi öldü 

Azərbaycanda daha bir FACİƏ: ana və körpəsi öldü 

Aktual

14 Mart 2018, 09:22

Tovuzda ana və uşaq ölümü baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Uşaq dünyaya gələn zaman ölüb. Ananın vəziyyəti isə bir müddətdən sonra pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Bu, A. Dadaşovanın ilk hamiləliyi olub.

 

Faktla bağlı araşdırma aparılır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?