Modern.az

Tillerson vəzifədən zəhərlənən keçmiş agentə görə çıxarılıb – Sensasion İDDİA

Tillerson vəzifədən zəhərlənən keçmiş agentə görə çıxarılıb – Sensasion İDDİA

14 Mart 2018, 09:53

ABŞ prezidenti Donald Trampın dövlət katibi Reks Tillersonu vəzifədən azad etməsi dünya mətbuatının əsas müzakirə mövzularından birinə çevrilib.

 

Modern.az saytının məlumatına görə, Amerikanın “New York Magazine” nəşri yazıb ki, Tillersonun işdən çıxarılması Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Skripalın zəhərlənməsi ilə bağlıdır.

 

Məlumata görə, Ağ Ev administrasiyası, o cümlədən Donald Tramp keçmiş casus və qızının Rusiya tərəfindən zəhərlənməsi iddiasını qəbul etmirdi.

 

Lakin Reks Tillerson bu mövqeni sərgiləməyib. Belə ki, o, "Skripalı zəhərləyənin Rusiya olduğu dəqiqdir" ifadəsini işlədib.

Trampın mövqeyi isə rəsmi Vaşinqtonun öz tarixi müttəfiqi Britaniyaya dəstəyini əsirgəməsi kimi iddiaların ortaya çıxmasına səbəb olub.

 

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey Sergey Skripalın Rusiya tərəfindən zəhərləndiyini deyib.

 

O, hadisəyə görə, Rusiyaya qarşı sanksiyaların tətbiq olunacağına işarə edib.

 

Kreml isə ittihamlarla razılaşmır.  

 

Onu da xatırladaq ki, Donald Tramp dövlət katibi postuna Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu  təyin edib.

Donald Tramp Tillersona təşəkkürünü bildirib və Pompeonun yeni vəzifədə “fantastik işlər görəcəyinə” ümidvar olduğunu ifadə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?