Modern.az

Türkiyənin Baş naziri Bakıya yola çıxdı  

Türkiyənin Baş naziri Bakıya yola çıxdı   

14 Mart 2018, 11:14

Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana rəsmi səfərə yola düşüb.

 

Modern.az Türkiyə  KİV-nə istinadən xəbər verir ki,  Binəli Yıldırım  səfər zamanı  Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və digər rəsmi şəxslərlə görüşəcək.

 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də VI Qlobal Bakı Forumu keçiriləcək. Forumda bir sıra dövlətlərin prezidentləri, baş nazirləri, nazirləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir