Modern.az

Mikayıl Cabbarovun TƏLƏBLƏRİ 

Mikayıl Cabbarovun TƏLƏBLƏRİ 

14 Mart 2018, 11:43

"İdxalla məşğul olan bəzi karqo şirkətlərinin fəaliyyətlərində pozuntuların olduğu istisna edilmir".

 

Modern.az-ın məlumatına görə, bunu martın 7-də  Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin  müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov vergi ödəyicilərinin karqo ilə bağlı problemlərindən bəhs edərkən deyib.

 

S.Ələkbərov bildirib ki, vergi və gömrük sənədlərini düzgün tərtib etməyən karqo şirkətləri tərəfindən gömrük orqanına təqdim olunan sənədlərdə uyğunsuzluqlar mövcuddur:

 

“Bəzi hallarda isə saxta qaimələr təqdim edilir ki, bu da vergidən yayınmalara şərait yaradır. Ona görə də şəffaflığın təmin olunması məqsədilə bu sahədə yeni innovativ alətlərin tətbiqi üzərində iş aparılır.

 

Nazirlikdə karqo fəaliyyətilə məşğul olan vergi ödəyiciləri ilə işlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə xüsusi komissiya yaradılıb”.

 

Tədbir zamanı nağdsız hesablaşmaların tətbiq olunduğu sahələr, nağd əməliyyatlara qanunla icazə verilən limitin həddi, icra müqaviləsi zamanı vergi hesablanması, turizm agentləri tərəfindən qaimə-fakturanın tətbiqi mexanizmləri,, obyektə kodun açılması, vergi inzibatçılığının avtomatlaşdırılması və bu sahədə maarifləndirmə işlərinin aparılması, uçot və digər məsələlərlə bağlı sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.

 

S.Ələkbərov sahibkarlarla görüşdən sonra Bakı şəhəri Kiçik Sahibkarlarla İş Departamentinin işçilərilə müşavirə keçirərək vergilər naziri Mikayıl Cabbarovun vergi orqanlarının əməkdaşları qarşısında qoyduğu vəzifələrin məqsədlərini və mahiyyətini onlara çatdırıb, ölkənin vergi sisteminin qabaqcıl dünya standartları səviyyəsində fəaliyyət göstərə bilməsi üçün vergi müfəttişindən tutmuş yüksək məmura qədər ayrı-ayrılıqda hər bir əməkdaşın zərində ciddi öhdəlik və məsuliyyət düşdüyünü vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu