Modern.az

İlham Əliyev Binəli Yıldırımı qəbul etdi 

İlham Əliyev Binəli Yıldırımı qəbul etdi 

Aktual

14 Mart 2018, 14:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.

Qeyd edək ki, B.Yıldırım martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna da qatılacaq.

Modern.az-ın məlumatına görə, Binəli Yıldırım  səfər zamanı Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və digər rəsmi şəxslərlə də görüşəcək. 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də VI Qlobal Bakı Forumu keçiriləcək. Forumda bir sıra dövlətlərin prezidentləri, baş nazirləri, nazirləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır