Modern.az

Rusiya telekanalında məşhurları “oynadan” azərbaycanlı - FOTOLAR

Rusiya telekanalında məşhurları “oynadan” azərbaycanlı - FOTOLAR

14 Mart 2018, 15:49

Rusiyanın Birinci Kanalında yayımlanan “Zvezdı pod Qipnozom” ("Ulduzlar hipnoz altında") verilişi ciddi tənqidlərə məruz qalmaqda davam edir.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, aparıcısı Maksim Qalkin olan verilişdə ölkə şou-biznesinin tanınmış simaları trans vəziyyətinə salınır. Bu proseduru isə verilişin baş hipnoz ustası olan həmyerlimiz İsa Bağırov həyata keçirir. Bir neçə buraxılışı efirə çıxan “Ulduzlar hipnoz altında” verilişi artıq indidən ciddi tənqidlərə məruz qalıb. Tənqidlərin əsas hədəfləri sırasında İsa Bağırovun fırıldaqçılıqda ittiham olunması ilə bağlıdır. Verilişdə qonaq olan müğənni Aleksandr Panayotov, Stas Peyxa, Sati Kazanova, reper Dominik Coker, aktrisa Anna Xilkeviç və s. isə özlərini hipnoz altında göstərərək reklam qazanmaq istəməkdə ittiham olunublar. 

Modern.az azərbaycanlı hipnoz ustası İsa Bağırov haqda informasiyanı təqdim edir.  

 

İsa Bağırov 1983-cü il dekabrın 19-da Bakıda anadan olub. Onun anası tanınmış öncəgörən Qalina Bağırova olub. Qalina Bağırova TNT telekanalında yayımlanan “Bitva ekstrasensov” ("Ekstrasenslərin döyüşü") verilişinin finalçılarından biri olub.

 

Rəsmi mənbələr İsa Bağırovun ilk ali təhsilini hüquqşünaslıq üzrə, ikinci ali təhsilini isə Bakı Slavyan Universitetində psixologiya ixtisası üzrə aldığını yazır. O 2000-ci ildə Rusiya vətəndaşlığı alıb.

2011-ci ildən başlayaraq fen-şuya elmini öyrənən azərbaycanlı Moskvaya köçsə də, vaxtının çox hissəsini İsraildə insanların müalicə olunmasına sərf edir. Bundan başqa, İsa Bağırov bacısı ilə birlikdə “6 hiss” mərkəzində hipnoz texnikasından dərs deyir.

 

İlk videolarını çəkən zaman İsa Bağırov sadəcə ustalığını artırmağı planlaşdırdığını, lakin internetdə həmin videolara olan marağın artmasından sonra qərarını dəyişdiyini yazır.
2016-cı ildə o, ilk dəfə televiziyaya çağırılır. “Anna Çapman ilə Dünya Sirləri” verilişinin çəkilişlərinə çağırılan İsa Bağırov küçənin ortasında insanın hipnoza daxil olmasını nümayiş etdirir. Bundan sonra İsa Bağırov Andrey Sokolovun aparıcısı olduğu “Ağ-qara” (Çernoe i beloe) verilişində 19 magiya ustası ilə mübarizə aparıb. Verilişdə populyarlıq qazanmış İsa Bağırov 2016-cı ilin payızında Aleksey Kravçenkonun NTV telekanalında yayımlanan “Ekstrasenslər detektivlərə qarşı” proqramına çağırılıb. Verilişdə Rusiyanın ən yaxşı müstəntiqləri ekstrasenslərlə mübarizəyə başlamışdılar.

Və bu proqram başa çatdıqdan sonra İsa Bağırov Birinci Kanalla əməkdaşlıq etməyə başladı. 34 yaşlı İsa Bağırovun şəxsi həyatı ilə bağlı informasiya yoxdur. Hipnoz ustası bu haqda mətbuata açıqlama vermir.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır