Modern.az

Akif Aşırlı Cümhuriyyət haqqında ilk tarixi kitabı latın qrafikasına çevirdi  

Akif Aşırlı Cümhuriyyət haqqında ilk tarixi kitabı latın qrafikasına çevirdi    

14 Mart 2018, 16:07

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Cümhuriyyət haqqında ilk tarixi kitabını ərəb qrafikasından latın qrafikasına çevirib.

Bununla bağlı Modern.az saytına danışan jurnalist kitabın tarixçəsindən söz açıb:


“Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu ilə bağlı ilk  kitab 1917-ci ildə Orucov qardaşlarının mətbəəsində çap olunub. Əslində kitabın konkret çap  olunma tarixi yoxdur. Bu kitab bir qrup  gənclər tərəfindən dərc edilib və onların məqsədi cümhuriyyətçiliyi cəmiyyətə çatdırmaqdan ibarət idi. Həmin gənclərin adları məlum deyil. Onlar kitabın əvvəlində “Dünyada xalqların öz dilində siyasətlə bağlı kitabları var. Onlar siyasətin , dövlət  və dövlətçiliyin nə olduğunu çox gözəl bilirlər. Təəssüf ki, Qafqaz müsəlmanlarının  öz dillərində siyasi kitabları yoxdur.  Bu baxımdan siyasi kitabların nəşrinə başlayırıq. Çünki bu maarifçilik işidir”-,deyə yazıblar”.

Akif Aşırlı qeyd edib ki, kitabda çox maraqlı məlumatlar var:

“1917-ci ilin ferval inqilabından sonra artıq Azərbaycanda siyasi elita, gənclər  fəallaşdı. Onlar Çar Rusiyasının devrildiyini və  onun ərazisində olan müstəmləkə xalqlarının nail ola biləcəyini görürdülər. Buna görə də qeyd etdiyim kitabçanı çap etdilər. Burada “Qafqaziyada Azərbaycan türkləri hansı dövləti qura bilərlər? Monarxiya, konstitutusiyalı monorxiya, yoxsa demokratik, parlamentli respublikamı? “-,deyə suallar öz əksini tapıb.  Qeyd edilib ki, bizim üçün ən münasibi xalq tərfindən seçilən parlamentin formalaşdırdığı hökumətin idarə etdiyi Cümhuriyyətdir.

Bu kitabı mən “İctimai hərəkatlar və  siyasi partiyalar” arxivindən, nadir fonddan götürmüşəm. Və kitabı ərəb qrafikasından latın qrafikasına çevirmişəm”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?