Modern.az

İngiltərə 23 rus diplomatı ölkədən qovdu

İngiltərə 23 rus diplomatı ölkədən qovdu

Dünya

14 Mart 2018, 17:00

Böyük Britaniya 23 Rusiya diplomatını ölkədən çıxarır. Modern.az xəbər verir  ki, bu barədə Nümayəndələr Palatasında çıxışı zamanı baş nazir Tereza Mey qeyd edib.

 

“Biz Rusiyadan baş vermiş hadisəyə izahat verməsini istədik. Lakin, onlar bu ağır hadisəyə çox laqeydcəsinə yanaşdılar. Onlar bu maddənin Britaniyaya necə gəldiyini izah etmədilər”-deyə Mey çıxışında deyib.

Mey deyib ki, diplomatların ölkədən çıxması üçün 1 həftə vaxt verilir. 

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür