16 dekabr 2018, Bazar
Ana Səhifə - İQTİSADİYYAT - Beynəlxalq Bankın Müşahidə Şurasının tərkibi DƏYİŞDİRİLDİ
Beynəlxalq Bankın Müşahidə Şurasının tərkibi DƏYİŞDİRİLDİ
14.03.2018, 17:25

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

 

Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasa sədrlik edən maliyyə naziri Samir Şərifov bildirib ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Prezidentin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq bankın sağlamlaşdırılması və restrukturizasiyası proqramı praktik olaraq başa çatıb.

 

Nazir bildirib ki, bankın 2017-ci il üzrə maliyyə nəticələri müsbətdir:

 

“Şübhəsiz ki, bu müsbət nəticələrə dövlətin zəruri dəstəyi olmadan nail olmaq mümkün deyildi. ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutuna çevrilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib, bankın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürmüş, bankın əmanətçilərinin, bankda xidmət olunan hüquqi şəxslərin və digər qeyri-rezidentlərin maraqlarını dövlət qoruyub. Bunun nəticəsidir ki, bankın kredit reytinqləri yüksəlməyə başlayıb”.

Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb.

 

Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunub.

Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.

 

Səhmdarların ümumi yığıncağında Azərbaycan Beynəlxalq Bankının kənar auditor tərəfindən aparılmış müvafiq audit hesabatı da təsdiqlənib. Eyni zamanda, bankın bir sıra törəmə təşkilatlarının bağlanması barədə qərar qəbul olunub.

 

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının yeni sədri Şahmar Mövsümov 1972-ci ildə anadan olub. 1995-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib. 2004-cü ildə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. 1995-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2006-cı ilin mayından Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorudur.

 

Müşahidə Şurasının yeni üzvü Emin Hüseynov 1974-cü ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə, 2009-cu ildə isə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb. İqtisad üzrə fəlsəfə doktorudur. 1998-ci ildən etibarən Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəliyində, Azərbaycan Respublikasının Mərkəzi Bankında, ADA Universitetində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2016-cı ilin iyunundan Azərbaycan Respublikası Maliyyə nazirinin müavindir.

 

Müşahidə Şurasının yeni üzvü Sahil Babayev 1980-ci ildə anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetini "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. Hüquq üzrə fəlsəfə doktorudur. 1999-cu ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində, Azərbaycan Respublikası Milli Məclisində, İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ilin martından Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavinidir.

 

Müşahidə Şurasının yeni üzvü Xalid Əhədov 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini«Maliyyə və kredit» ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2011-2012-ci ildə Avropanın Instituto de Empresa (IE) biznes məktəbində (Madrid) MBA təhsili alıb. 1999-cu ildən müxtəlif kommersiya banklarında rəhbər vəzifələrdə çalışıb. 2016-cı ilin dekabrından son təyinata qədər “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri olub.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Baş nazir Qüdsü İsrailin paytaxtı kimi tanıyır ...
16.12.2018, 00:51

Baş nazir Qüdsü İsrailin paytaxtı kimi tanıyır ...

Yaponiyadan rekord büdcə: 891 milyard dollar
16.12.2018, 00:38

Yaponiyadan rekord büdcə: 891 milyard dollar

Sabiq nazir Lukaşenkonun Qarabağla bağlı açıqlamalarını şərh etdi - VİDEO
16.12.2018, 00:18

Sabiq nazir Lukaşenkonun Qarabağla bağlı açıqlamalarını şərh etdi - VİDEO

Fəhlə qum dolu maşının altında qaldı
15.12.2018, 23:53

Fəhlə qum dolu maşının altında qaldı

Daxili işlər naziri istefa verdi
15.12.2018, 23:44

Daxili işlər naziri istefa verdi

Türkiyə daha 13 terrorçunu məhv etdi
15.12.2018, 23:21

Türkiyə daha 13 terrorçunu məhv etdi

“Paşinyan zəng vurdu, dedim ki, heç vaxt səni...” - Lukaşenko
15.12.2018, 23:09

“Paşinyan zəng vurdu, dedim ki, heç vaxt səni...” - Lukaşenko

Daha bir məşhur üçün "Maşın" əldən getdi
15.12.2018, 22:46

Daha bir məşhur üçün "Maşın" əldən getdi

“Türkiyə bu məsələnin üstündən keçməyəcək” - Mövlud Çavuşoğlu
15.12.2018, 22:34

“Türkiyə bu məsələnin üstündən keçməyəcək” - Mövlud Çavuşoğlu

“Neftçi” “Sumqayıt”a uduzdu
15.12.2018, 22:14

“Neftçi” “Sumqayıt”a uduzdu

“Beşiktaş” Pepe ilə yollarını ayırdı
15.12.2018, 21:56

“Beşiktaş” Pepe ilə yollarını ayırdı

“Ruhani diplomatiyası” - Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan TARİXİ
15.12.2018, 21:48

“Ruhani diplomatiyası” - Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan TARİXİ

Fransada qarşıdurma: Daha 107 etirazçı saxlanıldı
15.12.2018, 21:37

Fransada qarşıdurma: Daha 107 etirazçı saxlanıldı

Qarabağda iki erməni əsgəri ağır yaralandı
15.12.2018, 21:27

Qarabağda iki erməni əsgəri ağır yaralandı

Tanımış prodüser-rejissor Minarə Əskərova yenidən beyin əməlliyatı olunmalıdır
15.12.2018, 21:13

Tanımış prodüser-rejissor Minarə Əskərova yenidən beyin əməlliyatı olunmalıdır

Başına 1,5 milyon mükafat qoyulan terrorçu saxlanıldı
15.12.2018, 20:57

Başına 1,5 milyon mükafat qoyulan terrorçu saxlanıldı

Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR
15.12.2018, 20:39

Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR

Ukraynada təyyarə qəzası
15.12.2018, 20:26

Ukraynada təyyarə qəzası

Dünyanın ən etibarlı avtomobillərinin adı açıqlandı
15.12.2018, 20:15

Dünyanın ən etibarlı avtomobillərinin adı açıqlandı

Mübarizə qarşı çıxan nadan və cahillər - Millət vəkili
15.12.2018, 20:02

Mübarizə qarşı çıxan nadan və cahillər - Millət vəkili

Heydər Əliyev Fondu internat uşaqları üçün əyləncə təşkil edib
15.12.2018, 18:56

Heydər Əliyev Fondu internat uşaqları üçün əyləncə təşkil edib

Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” kitabı çap olundu   
15.12.2018, 18:39

Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” kitabı çap olundu  

Tramp ABŞ-ı 1,9 trilyon ziyana salıb
15.12.2018, 18:00

Tramp ABŞ-ı 1,9 trilyon ziyana salıb

11 yaşlı Tramp soyadından imtina etmək istəyir
15.12.2018, 17:56

11 yaşlı Tramp soyadından imtina etmək istəyir

İran qonşu ölkələrlə idxal rüsumlarını ləğv edə bilər
15.12.2018, 17:49

İran qonşu ölkələrlə idxal rüsumlarını ləğv edə bilər

Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək
15.12.2018, 17:34

Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirilib
15.12.2018, 17:17

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirilib

Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı
15.12.2018, 17:05

Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı

Avstriya Azərbaycanlıları Cəmiyyəti Mehdi Hüseynzadəni andı - FOTOLAR
15.12.2018, 16:50

Avstriya Azərbaycanlıları Cəmiyyəti Mehdi Hüseynzadəni andı - FOTOLAR

Dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb
15.12.2018, 16:41

Dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb

İlham Əliyev Bəhreynin Kralını təbrik edib
15.12.2018, 16:40

İlham Əliyev Bəhreynin Kralını təbrik edib

"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib
15.12.2018, 16:34

"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib

Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib - SİYAHI
15.12.2018, 16:33

Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib - SİYAHI

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib
15.12.2018, 16:26

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib

Pentaqon Rusiya ilə danışıqlardan qaçır
15.12.2018, 16:17

Pentaqon Rusiya ilə danışıqlardan qaçır

Rusiyadan Azərbaycana qanunsuz valyuta keçirmək istəyən şəxs yaxalanıb
15.12.2018, 16:02

Rusiyadan Azərbaycana qanunsuz valyuta keçirmək istəyən şəxs yaxalanıb

Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır
15.12.2018, 15:41

Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır

UNESCO Ümumdünya İrs Komitəsinin sessiyası Bakıda təşkil olunacaq
15.12.2018, 15:32

UNESCO Ümumdünya İrs Komitəsinin sessiyası Bakıda təşkil olunacaq

Fransada etirazlar yenə başladı, polis gözyaşardıcı qaza əl atdı
15.12.2018, 15:18

Fransada etirazlar yenə başladı, polis gözyaşardıcı qaza əl atdı

Rusiya sərhədçiləri Ermənistana keçən azərbaycanlını saxladılar
15.12.2018, 15:06

Rusiya sərhədçiləri Ermənistana keçən azərbaycanlını saxladılar

İstanbulda  Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb
15.12.2018, 14:39

İstanbulda  Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb

DİN: 180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı
15.12.2018, 14:27

DİN: 180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı

2018-in səs-küylü hadisələri: Hökumətdə yenilik, enerji qəzası, Gəncə hadisələri, hərbi parad...
15.12.2018, 14:18

2018-in səs-küylü hadisələri: Hökumətdə yenilik, enerji qəzası, Gəncə hadisələri, hərbi parad...

“Azərişıq” kommunal xidmətlərin elektron ödənişlərinə görə birinci yerdədir
15.12.2018, 13:54

“Azərişıq” kommunal xidmətlərin elektron ödənişlərinə görə birinci yerdədir

Bu yolda rənglənmə işləri aparılacaq
15.12.2018, 13:38

Bu yolda rənglənmə işləri aparılacaq

ETSN-nin mətbuat katibi ilin ən yaxşı mətbuat katibi seçildi
15.12.2018, 13:27

ETSN-nin mətbuat katibi ilin ən yaxşı mətbuat katibi seçildi

Tolstoy olan yerdə Dostoyevski kim idi…   
15.12.2018, 13:11

Tolstoy olan yerdə Dostoyevski kim idi…  

Azərbaycanda hava PİSLƏŞƏCƏK – Yağış, qar yağacaq, güclü külək əsəcək
15.12.2018, 13:01

Azərbaycanda hava PİSLƏŞƏCƏK – Yağış, qar yağacaq, güclü külək əsəcək

Zahid Xəlil: “Nizaminin bu qədər böyük olduğunu bilmirdim” - MÜSAHİBƏ
15.12.2018, 12:56

Zahid Xəlil: “Nizaminin bu qədər böyük olduğunu bilmirdim” - MÜSAHİBƏ

“15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?”
15.12.2018, 12:52

“15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?”

ARXİV