Modern.az

Əvvəllər məhkum olunmuş şəxslərdən heroin götürül

Əvvəllər məhkum olunmuş şəxslərdən heroin götürüldü

14 Mart 2018, 18:04

Bakı şəhər sakini A.Əkbərovdan heroin götürülüb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Əkbərovdan 605 qram heroin götürülüb.

Sumqayıt şəhər sakini A.Allahverdiyevdən isə marixuana götürülüb.

Belə ki, Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Allahverdiyevdə 480 qram marixuana aşkarlanıb.

 

Biləsuvarda isə şəhər sakini Ə.Ağayevdə marixuana və heroin aşkarlanıb.

Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Biləsuvar şəhər sakini, əvvəllər məhkum olunmuş Ənvər Ağayevdən 480 qram marixuana və 0,313 qram heroin götürülüb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi