19 iyun 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
14.03.2018, 18:36

Prezident İlham Əliyev elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

 

Dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biridir və bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülmüşdür. Ölkə üzrə internet şəbəkəsinin qurulması, açıq hökumətin təşviqi internet istifadəçisi sayının artmasına səbəb olmuş, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldə etmə azadlığı təmin edilmişdir.

Bununla belə, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq məqsədi ilə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zəruridir.

 

Bununla əlaqədar bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

1.1. elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirsin;

1.2. dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirsin;

1.3. “Elektron hökumət” portalının idarə olunmasını və fəaliyyətini təmin etsin və təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirlər görsün;

1.4. dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini və elektron xidmətlərin göstərilməsini “elektron hökumət” portalı vasitəsilə təşkil etsin;

1.5. elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) elektron xidmətlərinin inkişafı ilə bağlı tədbirlər görsün;

1.6. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və digər aidiyyəti qurumlarla birlikdə “Milli Məkan Məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. “Rəqəmsal hökumətə keçid üzrə Fəaliyyət Planı”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.9. bu Fərman ilə verilmiş tapşırıqların icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə hesabat versin.

2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılsın.

3. “Elektron hökumət” portalı texniki-texnoloji infrastrukturu ilə birlikdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilsin.

4. Müəyyən edilsin ki, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir.

5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

5.1. bu Fərmanın 3-cü hissəsində müəyyən edilən tapşırığın icrasını üç ay müddətində təmin etsin;

5.2. dövlət informasiya ehtiyatlarının və sistemlərinin data mərkəzdə saxlanılmasının effektiv təşkili üçün tədbirlər görsün;

5.3. “Rəqəmsal hökumət”ə keçid prosesinin sürətləndirilməsi məqsədilə mövcud kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə ölkədə informasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyəti, o cümlədən qanunvericiliyi təhlil edərək, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla müvafiq sahənin təkmilləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin fəaliyyətinin təşkili ilə bağlı maliyyə məsələlərini həll etsin.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

9.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanda qızıl mağazası qarət edildi
19.06.2018, 12:05

Azərbaycanda qızıl mağazası qarət edildi

BMT: “Azərbaycanla açıq və fəal əməkdaşlıq edirik”
19.06.2018, 11:48

BMT: “Azərbaycanla açıq və fəal əməkdaşlıq edirik”

Bakıda hərbi parada hazırlıq - Mərkəzi yollar bağlanacaq
19.06.2018, 11:38

Bakıda hərbi parada hazırlıq - Mərkəzi yollar bağlanacaq

Azərbaycanın Baş nazirinə qarşı xain sui-qəsdi...
19.06.2018, 11:24

Azərbaycanın Baş nazirinə qarşı xain sui-qəsdi...

Türkiyədə mina partlayışı: 1 ölü, 2 yaralı
19.06.2018, 11:19

Türkiyədə mina partlayışı: 1 ölü, 2 yaralı

Ərdoğanın populyarlığı azalır – Qərbdən XƏBƏRDARLIQ
19.06.2018, 11:01

Ərdoğanın populyarlığı azalır – Qərbdən XƏBƏRDARLIQ

Qusarda ana və 7 yaşlı qızı itkin düşüb
19.06.2018, 10:55

Qusarda ana və 7 yaşlı qızı itkin düşüb

Tailandda son 9 ildə ilk dəfə edam cəzası icra olundu
19.06.2018, 10:49

Tailandda son 9 ildə ilk dəfə edam cəzası icra olundu

Bakıdakı “Taxta bazarı”nda YANĞIN - YENİLƏNİB
19.06.2018, 10:34

Bakıdakı “Taxta bazarı”nda YANĞIN - YENİLƏNİB

Paytaxtda daha bir YANĞIN
19.06.2018, 10:25

Paytaxtda daha bir YANĞIN

Cəbhədə şiddətli ATIŞMA – Atəşkəs 95 dəfə pozuldu
19.06.2018, 10:14

Cəbhədə şiddətli ATIŞMA – Atəşkəs 95 dəfə pozuldu

Azərbaycanda rektor vəfat edib
19.06.2018, 10:10

Azərbaycanda rektor vəfat edib

Yol polisi reyd keçirdi – sərxoş sürücülər saxlanıldı
19.06.2018, 10:02

Yol polisi reyd keçirdi – sərxoş sürücülər saxlanıldı

1,8 kiloqram marixuana satarkən yaxalandı
19.06.2018, 10:02

1,8 kiloqram marixuana satarkən yaxalandı

Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli olacaq - PÜŞKATMA    
19.06.2018, 09:59

Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli olacaq - PÜŞKATMA  

Mübariz İbrahimovun anım günüdür
19.06.2018, 09:51

Mübariz İbrahimovun anım günüdür

Tramp Çini 200 milyard dollar ziyana salacaq
19.06.2018, 09:41

Tramp Çini 200 milyard dollar ziyana salacaq

Dünya Çempionatında bu gün daha 3 oyun keçiriləcək   
19.06.2018, 09:37

Dünya Çempionatında bu gün daha 3 oyun keçiriləcək  

Neft ucuzlaşır
19.06.2018, 09:21

Neft ucuzlaşır

Yevlaxda 16 yaşlı oğlan çayda batıb
19.06.2018, 09:08

Yevlaxda 16 yaşlı oğlan çayda batıb

Kim Çen In Çinə səfərə gəlib
19.06.2018, 08:57

Kim Çen In Çinə səfərə gəlib

Dünya Çempionatı-2018: Futbolçuları aparan təyyarə alışdı
19.06.2018, 01:00

Dünya Çempionatı-2018: Futbolçuları aparan təyyarə alışdı

Şamaxıda qohumlar arasında kütləvi dava ...
19.06.2018, 00:46

Şamaxıda qohumlar arasında kütləvi dava ...

Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində öldü
19.06.2018, 00:34

Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində öldü

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı
19.06.2018, 00:16

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı

Dünya Çempionatı-2018: İngiltərə son anda qələbə qazana bildi
18.06.2018, 23:56

Dünya Çempionatı-2018: İngiltərə son anda qələbə qazana bildi

İsveçdə silahlı insident
18.06.2018, 23:33

İsveçdə silahlı insident

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı
18.06.2018, 23:01

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı

Azərbaycan 144 ölkədən mal idxal edib
18.06.2018, 22:44

Azərbaycan 144 ölkədən mal idxal edib

Deputatın saxladığı pələngi müsadirə edib zooparka verdilər - VİDEO   
18.06.2018, 22:31

Deputatın saxladığı pələngi müsadirə edib zooparka verdilər - VİDEO  

Moskvada taksi sürücüsünün vurduğu azərbaycanlılar ...
18.06.2018, 22:14

Moskvada taksi sürücüsünün vurduğu azərbaycanlılar ...

Bakı metrosunda qısa geyinən qızı DÖYDÜLƏR - VİDEO
18.06.2018, 21:56

Bakı metrosunda qısa geyinən qızı DÖYDÜLƏR - VİDEO

Dünya Çempionatı - 2018: Nikola Kaliniç Xorvatiya yığmasından qovulub
18.06.2018, 21:42

Dünya Çempionatı - 2018: Nikola Kaliniç Xorvatiya yığmasından qovulub

Yeni icra başçısının DOSYESİ açıqlandı
18.06.2018, 21:42

Yeni icra başçısının DOSYESİ açıqlandı

Tramp müharibədən danışdı
18.06.2018, 21:27

Tramp müharibədən danışdı

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(17.3%)
Braziliya(18.4%)
Almaniya(14.1%)
İngiltərə(5.43%)
Portuqaliya(14.1%)
İspaniya(4.34%)
Fransa(4.34%)
Belçika(1.08%)
Seneqal(2.17%)
Rusiya(18.4%)