Modern.az

“Qarabağ Vyana” futbol klubuna yeni baş məşqçi təyin olunub

“Qarabağ Vyana” futbol klubuna yeni baş məşqçi təyin olunub

14 Mart 2018, 20:47

Avstriyada fəaliyyət göstərən “Qarabağ Vyana” futbol klubuna yeni baş məşqçi təyin olunub.

Modern.az “Report”-a istinadən  xəbər verir ki, komandanın sükanı arxasına 48 yaşlı avstriyalı mütəxəssis Hans Kleer gətirilib.

O, sabahdan klubda işinə başlayacaq.

Qeyd edək ki, avstriyalı məşqçi bundan əvvəl 2018-ci il yanvarın 1-dək "First Vienna" futbol klubunu çalışdırıb.

Xatırladaq ki, “Qarabağ Vyana” futbol klubu 38 yaşlı mütəxəssis Volkan Kahramanla qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Avstriyanın III Liqasında çıxış edən "Qarabağ Vyana" XVII turda "Mannsdorf"a 1:2 hesabı ilə uduzub. Hazırda bu komanda 27 xalla 8-ci pillədə qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır