Modern.az

Ölkədə qızıl-gümüş  bahalaşır - SON QİYMƏTLƏR

Ölkədə qızıl-gümüş  bahalaşır - SON QİYMƏTLƏR

İqtisadiyyat

14 Mart 2018, 21:43

Azərbaycanda martın 14-də əsas qiymətli metalların qiyməti bahalaşıb.

Qızılın qiyməti təxminən 14,88 manat (0,7 faiz) artaraq 1 troy unsiyası üçün 2 257,25 manat təşkil edib.

Modern.az xəbər verir ki, son 30 gün ərzində (14 fevral - 14 mart) Azərbaycanda qızılın qiyməti 2 268,97 manatdan 2 257,25 manatadək azalıb. Bu müddət ərzində ən yüksək göstəriciyə qızıl fevralın 19-u nail olub - 2 291,45, ən aşağı göstərici isə martın 1-i qeydə alınıb - 2 234,94 manat

2018-ci ilin fevralın 14-dən martın 14-dək qızıl qiymətlərinin dəyişiklik qrafiki (faktiki qiymətlər, manatla):

Mənbə: Azərbaycan Mərkəzi Bankı

Bununla belə, 30 günlük müddətdə qızılın ucuzlaşmasına baxmayaraq ilin əvvəlindən qiymətlər 33,47 manat (1,5 faiz) artıb.

Trend-ə görə, gümüş 0,9 faiz bahalaşaraq 1 unsiya üçün 28,2536 manata çatıb.

Platinin qiyməti 1 646,773 manatadək (0,7 faiz artıb), palladiumun qiyməti isə 1 668,219 manatadək (1,44 faiz artım) artıb.

Ad

 

14.03.18

13.03.18

Qızıl

XAU

 

2257,2515

2242.3765

Gümüş

XAG

28,2536

28.0018

Platin

XPT

1646,773

1635.434

Palladium

XPD

1688,219

1664.283

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır