Modern.az

Pakistanda partlayış: 6 ölü, 10 yaralı

Pakistanda partlayış: 6 ölü, 10 yaralı

14 Mart 2018, 22:49

Pakistanın Laxor şəhərində partlayış baş verib.

Modern.az-ın məlumatına görə, partlayış nəticəsində 4-ü polis əməkdaşı olmaqla 6 nəfər həlak olub, azı 10 nəfər isə yaralanıb.

 

Hüquq-mühafizə orqanlarına baş vermiş partlayışın səbəbini tam olaraq müəyyənləşdirmək hələlik mümkün olmayıb. Ehtimal edilir ki, partlayış terrorçu-intiharçının özünü partlatması və ya əldəqayırma partlayıcı qurğunun partladılması səbəbindən baş verib. Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır