Modern.az

Ən nüfuzlu 10 sayt

Ən nüfuzlu 10 sayt

26 Noyabr 2009, 11:44
Wikipedia onlayn-ensiklopediyanın ingilisdilli versiyası (en.wikipedia.org) ReadWriteWeb nəşriyyatı tərəfindən tərtib olunmuş dünyanın ən nüfuzlu saytları reytinqində ikinci ildir ki birinci yerdədir. Reytinq saytları onların bloq və sosial medialarda adlarının çəkilməsi üzrə siyahıya alan ://URLFAN servisinin təqdim etdiyi məlumatlar əsasında hazırlanır. Servis ReadWriteWeb tərəfindən işlənib hazırlanıb.
Cədvəlin ikinci pilləsində YouTube video-servisi, üçüncü pilləsində isə Flickr foto-hostinq servisi yer alıblar. Reytinq cədvəlində ilk dəfədən siyahının yeddinci yerinə yüksələ bilən Facebook sosial şəbəkəsi də təqdim olunub. İl ərzində ən böyük yüksəliş Twitter mikrobloqqinq servisinə məxsusdur. Belə ki, servis 9-cu mövqedən 4-cü yerədək yüksələ bilib.
 
Siyahıda ilk 10 yer isə bu cür bölünüb: 
 
en.wikipedia.org
youtube.com
flickr.com
twitter.com
google.com
myspace.com
facebook.com
imdb.com
nytimes.com
apple.com
 
Qeyd edək ki, ://URLFAN servisi altı milyon bloqun 300 milyarddan çox ismarıcları əsasında təxminən 4 milyondan artıq saytın populyarlığını qiymətləndirir.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir