Modern.az

Azərbaycanlı kişi ögey qızını boğub öldürdü - DƏHŞƏT

Azərbaycanlı kişi ögey qızını boğub öldürdü - DƏHŞƏT

Dünya

15 Mart 2018, 10:41

Rusiyanın kurort şəhəri Soçidə 28 yaşlı azərbaycanlı öz qızlığını qətlə yetirib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Murad Mirzə oğlu Şahmirzəyev 5 yaşlı qızlığı Veronika Trişkinanı qətlə yetirdiyi etiraf edib.

 

İstintaq materiallarına görə, Soçinin Adler rayonunun Bestujevs kəndində itkin düşən qızcığazın axtarışında 1000 xilasedici iştirak edib.

Murad Şahmirzəyev ilkin ifadəsində bankomatdan pul çıxarmaq üçün qızlığı ilə küçəyə çıxdıqlarını, pulu çıxardıqdan sonra onu gözdən itirdiyini demişdi. Sonradan polisin çağırışlarına məhəl qoymayaraq, telefonunu söndürən Azərbaycan vətəndaşı Abxaziya ilə sərhəddə yaxalanıb. Onun Rusiya ərazisində qeyri-qanuni yaşadığı aydın olub. O, qızı qısqanclıq zəmnində öldürərək meşədə basdırdığını etiraf edib.

Murad Şahmirzəyevin həyat yoldaşının isə cinayət zamanı doğum evində olduğu və ailənin 4-cü övladını dünyaya gətirdiyi bildirilir.

 

Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə barəsində cinayət işi açılan Şahmirzəyevin ailəsinin kommunal borcu olduğu, lakin cinayətlərdə adı hallanmadığı bildirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı