Modern.az

Xəzərlə bağlı konvensiya imzalanacaq - Lavrov nikbin DANIŞDI

Xəzərlə bağlı konvensiya imzalanacaq - Lavrov nikbin DANIŞDI

15 Mart 2018, 15:36

Xəzər dənizinin statusu haqqında konvensiya bu il imzalanacaq. Modern.az saytının Rusiya KİV-nə istinadən məlumatına görə, bu haqda ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib.

 

O əminliklə qeyd edib ki, Qazaxıstanda keçiriləcək beşinci zirvə görüşündə saziş imzalanması gözlənilir.

 

“Dekabr ayında Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirləri toplandı və bu konvensiyanın bütün maddələri razılaşdırıldı. Hazırda hər üzv ölkənin dilində olan mətnlərin tutuşdurulması prosesi gedir”.

 

Onun sözlərinə görə, Qazaxıstanda konvensiyanın imzalanacağına hələ ki, heç bir maneə yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub