Modern.az

Diaspor nümayəndəmiz ABŞ-da Ermənistanı İFŞA ETDİ

Diaspor nümayəndəmiz ABŞ-da Ermənistanı İFŞA ETDİ

15 Mart 2018, 17:16

“Separatçı Dağlıq Qarabağ rejiminə dəstək adlı tədbirin keçirildiyi konqresin kiçik otağa girə bilməsək də, otaqdan çıxan amerikalı konqresmenlərə bunun yanlış olduğunu bildirdim”.

Modern.az xəbər verir ki, bu sözləri Amerikada yaşayan diaspor fəalı Vüqar Şahbazlı deyib.


“Bununla yanaşı, Amerika Konqresinin əsas “Kennedi” zalında keçirilən dünyanın ən böyük yəhudi lobbi təşkilatlarından olan “Aqudathın” təşkilatının tədbirində iştirak etdim. Amerikanın nüfuzlu senatorları, konqresmenləri ilə Azərbaycan və Dağlıq Qarabağ haqqında söhbət etmək imkanım oldu. Vaşinqtonda keçirilən tədbirlərin birində tanıdığım və Azərbaycanı dəstəkləyən konqresmen dostumuz Mr. A.G (onun adını müəyyən səbəblərdən açıqlamaq istəmirəm) və onun köməkçilərinə təşəkkür edirəm ki, bu tədbirdə iştirakıma şərait yaratdılar.
Tədbir vasitəsilə Ermənistan rejiminin Qarabağda törətdiyi soyqırımı siyasəti haqqında Amerikanın tanınmış siyasətçilərinə ətraflı məlumat verə bildim”.


V.Şahbazlı Bako Saakyanın tədbirinə dəstək verənlərə birbaşa məktub göndərdiyini söyləyib: “Dağlıq Qarabağdakı separatçı rejiminin “prezidenti”nin konqresdəki tədbirinə birbaşa kömək edən və video müraciətlə çıxış ederək rejimin qondarma “yubiley”ini təbrik edən konqresmənlərin ofislərində olduq və etiraz məktubunu birbaşa onların ofis rəhbərlərinə təqdim etdik”,- deyə Vüqar Şahbazlı vurğulayıb.


Elnur Eltürk

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...