15 dekabr 2018, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Dil quruculuğuna qarşı Avropa diplomatiyası - III Yazı
Dil quruculuğuna qarşı Avropa diplomatiyası - III Yazı
16.03.2018, 10:50

Buludxan Xəlilov,
Dil Komissiyasının üzvü,
filologiya üzrə elmlər doktoru, professor 



Dil üçün niyə Müharibə - Sülhdür? “1984” adlı romandakı bir məqama diqqət yetirək, sonra bu sualın açımına keçək. Romanda yazılır: “Dünyanın üç fövqəldövlətə bölünməsi hələ XIX əsrin ortalarına doğru sezilən və zamanla gerçəkləşən hadisə idi. Rusiya Avropanı, Birləşmiş Ştatlar isə Britaniya İmperiyasını öz daxilində əritdikdən sonra fövqəldövlətlərin ikisi – Avrasiya və Okeaniya yaranmış oldu. Üçüncü fövqəldövlət – İstasiya isə yalnız aradan xaotik müharibələrlə dolu on il keçəndən sonra vahid ölkə kimi meydana çıxa bildi. Bu üç fövqəldövlət arasındakı sərhədlər bəzi yerlərdə hələ də mübahisəlidir, bəzi yerlərdə hərb Allahının istəyinə uyğun olaraq dəyişir. Lakin ümumilikdə onlar təbii coğrafi sərhədlərə uyğun gəlir” Təkcə dünya fövqəldövlətə, yaxud da fövqəldövlətlərə bölünmür, həm də dünyanın dilləri fövqəldil və fövqəldillərə bölünür. Fövqəldövlətlər arasında isti və soyuq müharibələr getdiyi kimi, fövqəldillər arasında da müharibələr gedir. Onlardan biri digərini üstələmək istəyir. Fövqəldillərdən biri digəri ilə müqayisədə işlənmə coğrafiyasını genişləndirməyə çalışır. Ancaq fövqəldillər arasındakı bu müharibələrin olmasına baxmayaraq, onların hər birinin öz işlənmə coğrafiyası var. Dünyanın coğrafi sərhədlərini, daha doğrusu, fövqəldövlətlərin sərhədini dəyişmək çətin olduğu kimi, fövqəldillərin işlənmə coğrafiyasını da dəyişmək çətindir. Ona görə də həmişə fövqəldövlətlərin arasında və fövqəldillərin arasında mübarizə getsə də, nələrin baş verəcəyi haqqında qəti fikir söyləmək mümkün deyildir. Ancaq fakt ondan ibarətdir ki, fövqəldövlətlərin də, fövqəldillərin də arasında gedən uzun mübarizəyə baxmayaraq, mövcud coğrafi sərhədlərin dəyişməzliyi, demək olar ki, öz yerində qalır. Yenə də “1984” adlı romana müraciət edək. Romanda yazılır: “Avrasiya Portuqaliyadan tutmuş Berinq boğazına qədər Avropanın bütün şimal hissəsini və Asiya torpaqlarını əhatə edir. Okeaniya Amerika, Britaniya da daxil olmaqla Atlantik adaları, Avstralaziya və Afrikanın cənubundan ibarətdir. Müqayisə baxımından fövqəldövlətlərin ən kiçiyi sayılan, qərb sərhədləri hələ tam müəyyənləşməyən İstasiyaya Çin və ondan cənubdakı ölkələr, Yapon adaları, Mancuriya, Monqolustan, habelə Tibetin böyük, lakin bəzən nəzarətdən çıxan hissələri daxildir”. Göründüyü kimi, dünyanın üç fövqəldövlətinin – Avrasiya, Okeaniya, İstasiya əraziləri barədə, torpaqları barədə coğrafi sərhəd göstərilir. Məhz fövqəldillər üçün də bu cür coğrafi sərhədi müəyyən etmək mümkündür.



“1984” adlı romandakı üç fövqəldövlət arasındakı mübarizəni, müharibəni fövqəldillər arasında da müşahidə etmək olur. Romandakı fövqəldövlətlər arasındakı müharibə ilə bağlı “Tərkibindəki ərazilərdən asılı olmayaraq, bu üç fövqəldövlət iyirmi beş ildən bəridir ki, aramsız müharibə aparır. Müharibə isə artıq XX əsrin ilk onilliklərində olduğu kimi, tam ümidsiz və ölümcül qarşıdurma deyildir. İndiki müharibə, əslində, biri digərini məğlub etməyə qadir olmayan, savaşdan maddi maraq güdməyən və aralarında ciddi ideoloji fərqlər nəzərə çarpmayan güclərin məhdud məqsədlərlə apardıqları hərbi əməliyyatlardır”. “Zorakılıq, soyğunçuluq, uşaqların öldürülməsi, əhalinin başdan-başa köləyə çevrilməsi, əsirlərə münsibətdə odda yandırmağa və diri-diri torpağa basdırmağa qədər gedib çıxan amansız rəftar üsulları, az qala, normal hal sayılır. Bütün bunlar düşmən tərəfdən deyil, müharibə aparan ölkənin özü tərəfindən həyata keçiriləndə isə hətta təqdir olunur” fikirləri fövqəldillər arasında da özünü göstərir. Bugünkü dünyanın dil mənzərəsinə diqqət yetirsək, görürük ki, dillərin arasındakı müharibə dövlətlərin arasındakı müharibəni xatırladır.



“1984” adlı romandakı Müharibə - Sülhdür şüarı ilə bağlı bir çox məqamları fövqəldillər arasındakı münasibətə tətbiq etmək olar. Onların bəzilərinə diqqət yetirək: “Üç fövqəldövlətdən heç birini hətta qalan ikisinin hərbi ittifaqı sayəsində də işğal etmək mümkün deyil. Onların qüvvələri, təxminən, bərabərdir, təbii müdafiə potensialları isə tükənməzdir. Avrasiya özünün intəhasız əraziləri ilə, İstasiya torpaqlarının məhsuldarlığı və əhalisinin işgüzarlığı ilə etibarlı mü­da­fiə olunur”. Bu qeyd olunanlar fövqəldillər üçün də eyni qayda­da­dır. Belə ki, fövqəldillərin bəzilərinin ittifaqı sayəsində başqa birini işğal etmək mümkün deyil. Sadəcə olaraq, fövqəldövlətlərin tam nəzarət edə bilmədiyi mü­ba­hi­səli əraziləri olduğu kimi, fövqəldillərin də boşluq olan hissəsində bu və ya digər manevrlərin baş verməsi təbiidir.



“1984” adlı romandakı başqa bir məqama diqqət yetirək: “Fövqəldöv­lət­lərin heç biri digəri ilə müqayisədə nəzərəçarpacaq üstünlük qazana bilməmişdir. Amma işin maraq doğuran tərəfi başqadır: bu dövlətlərin üçü də indiki axtarışlar nəticəsində əldə edə biləcəklərindən daha güclü, daha dağıdıcı silaha – atom bombasına malikdir”. Eynilə bu vəziyyəti fövqəldillərdə də müşahidə etmək olar: fövqəldillərin biri digəri ilə müqayisədə nəzərəçarpacaq üstünlük qazana bilməmiş, hər biri öz nüfuzunu qoruyub saxlamışdır. Başqa məqamlar da fövqəldillərə tətbiq olunma baxımından maraqlıdır. Məsələn, “Müharibə həmişə sağlam ağılın mühafizəçisi idi. Bu işlə, əsasən, hakim təbəqə məşğul olduğundan hərb də onların keşiyində daha möhkəm dayanırdı. Müharibəni ya udmaq, ya da uduzmaqdan başqa yol olmadığından heç bir hakim təbəqə özünü məsuliyyətsiz apara bilməzdi”. Fövqəldillər arasındakı müharibə də hansısa dilin udmasından, hansısa dilin uduzmasından başqa yol tapa bilmir. Ona görə də hər bir fövqəldil özünü məsuliyyətli aparır. Ancaq bununla belə, uzun müddət davam edən müharibə öz təhlükəliliyini itirir və sülhə çevrilir. Eyni zamanda daimi sülh də daimi müharibənin eyni olur.



Dil üçün niyə Azadlıq – Köləlikdir? Bu şüarın açımından əvvəl Azadlıq intellektuallıqdırmı? sualına cavab axtaraq. Doğrudan da, hər azad olan insan intellektual səviyyəyə malikdirmi? Yaxud da intellektual səviyyəsi olan hər bir insan azaddırmı? Bəzən azad olan insanın intellektaullığı olmaya bilər, bəzən də intellektual səviyyəsi olan insanın azadlığı olmaya bilər. Belə olanda intellektual səviyyəsi olmayan azad insanı heç kəs qəbul etməyəcək və ona bəzən dəli kimi baxacaqdır. Eyni zamanda intellektual səviyyəsi olan azad insanlara cəmiyyətin də birmənalı münasibətini gözləmək olmur. Bəzən intellektual səviyyəli azad insana cəmiyyət düzgün qiymət verməyə bilər. Bir sözlə, intellektual səviyyəsi olan, yaxud intellektual səviyyəsi olmayan insanın azadlığı ona nə verə bilər? Ola bilsin ki, xoşbəxtlik, ola bilsin ki, bədbəxtlik və köləlik. Yəni azadlığın intellektual və qeyri-intellektual insanlara nə verəcəyini birmənalı qəbul etmək mümkün deyil. Bu mənada dildən azad şəkildə, kim necə istəyirsə, o şəkildə istifadə etmək qaydası nəticə etibarilə dilin ziyanına işləyir. Bu, fövqəldillərə də, adi  dillərə də aid olan bir məsələdir. Bu gün fövqəldillərdən də, adi dillərdən də öz istədiyi şəkildə, azad şəkildə istifadə edib, onun qayda-qanunlarını, ruhunu, təbiətini pozanlar var. Belələri azadlıq bayrağı altında istifadə etdikləri dilin ruhunu incidir, təbiətini dəyişir, qayda-qanunlarını pozurlar. Belə olan təqdirdə azadlıq dili kölə vəziyyətinə salmağa xidmət edir. Bu zaman fövqəldillər öz nüfuzunu itirir (məsələn, ingilis dili və onun variantlarının yaranması buna sübutdur), adi dillər isə dil düşüncəsizliyi “xəstəliyi”nə tutulur. “1984” adlı romanından bircə məqamı xatırlamaqla fikrimizin daha da konkret olmasına önəm veririk. Bu məqam da odur ki, kobud məntiqi səhvlərə yol verməmək özünüdurdur adlanmışdır. Özünüdurdur sisteminə görə, təhlükəli fikirlərin qarşısını almaq üçün beyindəki kor nöqtə hərəkətə keçməlidir. Yanlış fikirlər, qeyri-dəqiq fikirlər, qeyri-düzgün fikirlər beyinə yol tapmamalıdır. Ancaq kobud məntiqi səhvlər, onları görməmək, hətta səfehliyin intellekt qədər zərurət olması, “İki üstəgəl iki beşə bərabərdir” tipli ifadələrin meydana çıxardığı riyazi problemlər, əqli kəndirbazlığın tələb olunması azadlığı köləliyə çevirməkdən başqa bir şey deyildir. Bu cür azadlığın dilə tətbiq olunması dil düşüncəsizliyini meydana çıxarır, ayrı-ayrı azad əqli kəndirbazların hesabına dilin öz azadlığını, dilin öz azad təbiətini, dilin öz azad qayda-qanunlarını əlindən alır. Nəticədə azadlıq köləliyə xidmət etmiş olur. Bu gün dünya dillərində belə bir hal narahat doğuran problem kimi mövcuddur. Bir daha qeyd edək ki, dünyanın fövqəldillərinin və hər bir dilinin başına oyun açan oyunbazlar ziyanlı işlərindən əl çəkmək barədə fikirləşmirlər.



Beləliklə, yeni dil konsepsiyası ilə dilləri yıxmaq, dil daşıyıcılarını kütlə halına salmaq əsas hədəflərdən biri kimi qarşıya məqsəd qoyulmuşdur. Bu proses totalitar rejimin mövcud olduğu cəmiyyətlərdə həyata keçirilmişdir. Milli sözləri, həm də dildə vətəndaşlıq hüququ qazanmış sözləri dəyişdirmək, onların əvəzində bir qisim anlaşılmayan sözlər icat etmək, dilə gətirmək dilin ruhuna, təbiətinə yad olan bir proses kimi mövcud olmuşdur. Bu prosesi dünyanın müxtəlif yerlərində yaşayan millətlər öz dillərinin taleyində necə hiss etdikləri barədə özləri düşünməlidirlər.



Dil quruculuğu  prosesi iki istiqamətdə daha çox diqqəti cəlb edir: totalitar rejimin maraqlarına uyğun istiqamətdə və dilin özünün zənginləşməsi istiqamətində. Təbii olaraq belə bir sual meydana çıxır: dil quruculuğu, yaxud dil inqilabı nə üçün lazımdır? Hər şeydən əvvəl, dil quruculuğu, dil inqilabı hər bir cəmiyyətdə olmalıdır. Ona görə ki, bu olmazsa, onda cəmiyyətdə həyata, dünyaya baxış düşüncə səviyyəsi baxımından geridə qala bilər. Cəmiyyətin səviyyəsinin yüksəlməsi üçün mövcud vasitələrdən, yollardan biri dil quruculuğunu, dil inqilabını düzgün həyata keçirməkdir. Buna cəmiyyətin özü inkişaf etmək naminə möhtacdır. Bəlkə də bu barədə çox vaxt fikirləşmirik, ancaq buna möhtac olduğumuzu qəbul etmək məcburiyyətindəyik. Dil quruculuğu, dil inqilabı dil mədəniyyətinin formalaşmasında cəmiyyətə və onun hər bir üzvünə su qədər, hava qədər, çörək qədər lazımdır. Bu lazımlı işin mahiyyəti cəmiyyətə və onun hər bir üzvünə nə qədər aydın olarsa, inkişaf, yüksəliş bir o qədər artar. Təbii ki, dil zəngin və milli dil halına gətirilər. Mədəniyyət, elm dili kimi formalaşar. Sözlərin, kəlmələrin başına heç kəs oyun aça bilməz. Onları yeri gəldi-gəlmədi dəyişdirməz, istədikləri şəkildə tələffüz etməz və işlətməzlər. Bəzən sözlərin, kəlmələrin üzərində kimlərsə oynayır, haqqı çatmayan işlərlə məşğul olurlar. Ancaq unudurlar ki, sözlər, kəlmələr millətindir və millət öz dühasının yaratdıqlarını dəyişdirməyə heç kəsə haqq vermir. Xalqın dühasının yaratdığı zəngin dilə, millətin dilinə hörmət etmək, bu dildən düzgün istifadə etmək hər bir kəsin borcudur.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bu yolda rənglənmə işləri aparılacaq
15.12.2018, 13:38

Bu yolda rənglənmə işləri aparılacaq

ETSN-nin mətbuat katibi ilin ən yaxşı mətbuat katibi seçildi
15.12.2018, 13:27

ETSN-nin mətbuat katibi ilin ən yaxşı mətbuat katibi seçildi

Tolstoy olan yerdə Dostoyevski kim idi…   
15.12.2018, 13:11

Tolstoy olan yerdə Dostoyevski kim idi…  

Azərbaycanda hava PİSLƏŞƏCƏK – Yağış, qar yağacaq, güclü külək əsəcək
15.12.2018, 13:01

Azərbaycanda hava PİSLƏŞƏCƏK – Yağış, qar yağacaq, güclü külək əsəcək

Zahid Xəlil: “Nizaminin bu qədər böyük olduğunu bilmirdim” - MÜSAHİBƏ
15.12.2018, 12:56

Zahid Xəlil: “Nizaminin bu qədər böyük olduğunu bilmirdim” - MÜSAHİBƏ

“15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?”
15.12.2018, 12:52

“15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?”

Qubada tingçiliyin inkişafı müzakirə olunub
15.12.2018, 12:47

Qubada tingçiliyin inkişafı müzakirə olunub

Azərbaycanlı deputat Sloveniya parlamentində - FOTO
15.12.2018, 12:44

Azərbaycanlı deputat Sloveniya parlamentində - FOTO

Amerika Birləşmiş Ştatları - geniş imkanlar ölkəsi və...   
15.12.2018, 12:34

Amerika Birləşmiş Ştatları - geniş imkanlar ölkəsi və...  

Əli Rza Xələfli xalqına 65 yaşın hesabatını verdi    
15.12.2018, 12:30

Əli Rza Xələfli xalqına 65 yaşın hesabatını verdi  

Vəlihəd Netanyahu ilə barışmağa hazırlaşır
15.12.2018, 12:29

Vəlihəd Netanyahu ilə barışmağa hazırlaşır

“Azərişıq”ın yenilənmiş saytı təqdim olundu
15.12.2018, 12:10

“Azərişıq”ın yenilənmiş saytı təqdim olundu

Fransada fövqəladə vəziyyət - 70 min polis səfərbər oldu
15.12.2018, 12:04

Fransada fövqəladə vəziyyət - 70 min polis səfərbər oldu

Azərbaycanda 126 cinayət törədilib, 45 nəfər saxlanılıb
15.12.2018, 11:51

Azərbaycanda 126 cinayət törədilib, 45 nəfər saxlanılıb

Mahir Abbaszadə Milli Məclisdə seçicilərlə görüşüb – FOTOLAR
15.12.2018, 11:42

Mahir Abbaszadə Milli Məclisdə seçicilərlə görüşüb – FOTOLAR

Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir
15.12.2018, 11:32

Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir

Astarada qonşusunun evindən pul, qızıl oğurlayan şəxs ələ keçdi 
15.12.2018, 11:29

Astarada qonşusunun evindən pul, qızıl oğurlayan şəxs ələ keçdi 

"Azərkosmos": “Milyonlarla insan iş yerini itirməli olacaq”
15.12.2018, 11:14

"Azərkosmos": “Milyonlarla insan iş yerini itirməli olacaq”

Çindən Azərbaycana karqo ilə mal gətirilməsi qaydaları dəyişib
15.12.2018, 10:59

Çindən Azərbaycana karqo ilə mal gətirilməsi qaydaları dəyişib

“Arsenal” təhlükəsizlik tədbirlərini gücləndirəcək
15.12.2018, 10:45

“Arsenal” təhlükəsizlik tədbirlərini gücləndirəcək

Səudiyyə Ərəbistanı ABŞ-ı cəzalandırmaq istəyir
15.12.2018, 10:23

Səudiyyə Ərəbistanı ABŞ-ı cəzalandırmaq istəyir

Tramp Ağ Evin aparatına yeni rəhbər təyin edib
15.12.2018, 10:11

Tramp Ağ Evin aparatına yeni rəhbər təyin edib

44 ölkədən 250 nümayəndə Bakıda qlobal konfrans üçün toplaşdı
15.12.2018, 10:02

44 ölkədən 250 nümayəndə Bakıda qlobal konfrans üçün toplaşdı

Düşmən atəşkəs rejimini 21 dəfə pozub
15.12.2018, 09:41

Düşmən atəşkəs rejimini 21 dəfə pozub

AMEA-nın işçilərinə torpaq veriləcək
15.12.2018, 09:24

AMEA-nın işçilərinə torpaq veriləcək

Sərnişin avtobusu avtomobillərə çırpılıb: 5 ölü, 38 yaralı
15.12.2018, 09:16

Sərnişin avtobusu avtomobillərə çırpılıb: 5 ölü, 38 yaralı

Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü
15.12.2018, 09:04

Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü

Tramp və Ərdoğan arasında telefon danışığı olub
15.12.2018, 08:57

Tramp və Ərdoğan arasında telefon danışığı olub

Tanınmış meyxanaçı
15.12.2018, 00:53

Tanınmış meyxanaçı "Maşın"dan getdi

İlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLAR
15.12.2018, 00:42

İlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLAR

“Milan” klubu cəzalandırıldı
15.12.2018, 00:25

“Milan” klubu cəzalandırıldı

Leyla Əliyeva Emin Ağalarovun konsertində - FOTO
15.12.2018, 00:09

Leyla Əliyeva Emin Ağalarovun konsertində - FOTO

Azərbaycan nefti ucuzlaşdı
14.12.2018, 23:56

Azərbaycan nefti ucuzlaşdı

İsraildə də aksiyalar başladı
14.12.2018, 23:46

İsraildə də aksiyalar başladı

“Şimali Koreyanın böyük iqtisadi uğur üçün möhtəşəm potensialı var” - Tramp
14.12.2018, 23:29

“Şimali Koreyanın böyük iqtisadi uğur üçün möhtəşəm potensialı var” - Tramp

Ermənistanda sonuncu rusdilli televiziya proqramı da bağlandı
14.12.2018, 23:14

Ermənistanda sonuncu rusdilli televiziya proqramı da bağlandı

Təhlükəsizlik qüvvələrinə hücumda 6 nəfər öldü
14.12.2018, 23:00

Təhlükəsizlik qüvvələrinə hücumda 6 nəfər öldü

“Möhtəşəm planlarım var”- Emin Ağalarov
14.12.2018, 22:51

“Möhtəşəm planlarım var”- Emin Ağalarov

Çin Amerika avtomobillərindən vergi almayacaq
14.12.2018, 22:38

Çin Amerika avtomobillərindən vergi almayacaq

Bakı sakini özünü 16-cı mərtəbədən atmaq istədi
14.12.2018, 22:26

Bakı sakini özünü 16-cı mərtəbədən atmaq istədi

Kanadada qiymətli almaz tapıldı
14.12.2018, 22:10

Kanadada qiymətli almaz tapıldı

Türkiyənin antiterror əməliyyatı qalmaqal yaratdı
14.12.2018, 21:56

Türkiyənin antiterror əməliyyatı qalmaqal yaratdı

Alimdən XƏBƏRDARLIQ:
14.12.2018, 21:42

Alimdən XƏBƏRDARLIQ: "Vulkanların yaxınlığında evlərin olması təhlükəlidir"

Yerevanda Rusiya səfirliyinin qarşısında aksiya başlayıb
14.12.2018, 21:27

Yerevanda Rusiya səfirliyinin qarşısında aksiya başlayıb

UEFA Ermənistan Futbol Federasiyasını cərimələndi
14.12.2018, 21:15

UEFA Ermənistan Futbol Federasiyasını cərimələndi

Bərdə və Ağcabədidə DOST mərkəzləri yaradılır
14.12.2018, 21:02

Bərdə və Ağcabədidə DOST mərkəzləri yaradılır

Zəhərlənmədə 12 nəfər öldü
14.12.2018, 20:46

Zəhərlənmədə 12 nəfər öldü

Parisin müdafiəsinə 8 min polis cəlb edildi
14.12.2018, 20:33

Parisin müdafiəsinə 8 min polis cəlb edildi

Ankarada qatarın qəza anının VİDEOSU yayıldı
14.12.2018, 20:16

Ankarada qatarın qəza anının VİDEOSU yayıldı

Rusiya ilə gömrük sahəsindəki əməkdaşlıq müzakirə edildi
14.12.2018, 20:03

Rusiya ilə gömrük sahəsindəki əməkdaşlıq müzakirə edildi

ARXİV