Modern.az

Londonla Moskva arasında “söz savaşı” – Lavrov məsələyə müdaxilə etdi

Londonla Moskva arasında “söz savaşı” – Lavrov məsələyə müdaxilə etdi

16 Mart 2018, 12:32

Rusiyaya “geri çəkilsin və səsini kəssin” məsləhətini verən İngiltərənin müdafiə naziri Qevin Vilyamsona xarici işlər naziri Sergey Lavrov cavab verib. Modern.az vəbər verir ki, bu barədə “Ria Novosti” məlumat verib.

 

“Göyçək, cavan bir oğlandı, yəqin ki, qalmaqallı bəyanatlarla tarixə düşmək istəyir. Bəlkə də savadı aşağıdır” – Lavrov bildirib.

Lavrov həmçinin cavab tədbiri kimi Rusiyadan Britaniya diplomatlarının çıxarılmasını da təsdiqləyib.

“Düzü belə bir şey xatırlamıram, əslinə qalanda biz artıq necə ki, Rusiyaya qarşı ardı-arası kəsilməyən sanksiyalara eyni zamanda buna da diqqət yetirmirik”- deyə Lavrov qeyd edib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir