Modern.az

Mirşahin “Real”ın radiosunu da açır?..  

Mirşahin “Real”ın radiosunu da açır?..   

16 Mart 2018, 13:02

 Xəbər verdiyimiz kimi tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi  “Real” TV ixtisaslaşmış xəbər kanalı kimi artıq yayıma başlayıb. Kanal “Azerspace” tezlikdə 1135 Polarization Horizontal Symbol Rate 27500 yayımlanır.

Milli Televiziya və Radio Şurasının (MTRŞ)  qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Televiziyanın ardınca radionun da fəaliyyətə başlayacağı ilə bağlı fikirlər səsləndirilir. Bildirilir ki, telejurnalist Mirşahin Ağayev REAL TV ilə yanaşı, REAL radionun açılması üçün də  MTRŞ-ya müraciət edib.

Bununla bağlı Modern.az saytı MTRŞ ilə əlaqə yaradıb.  Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev saytımıza açıqlamasında bildirib ki, telejurnalist Mirşahin Ağayev yalnız peyk yayımı üçün şuraya müraciət edib:


““Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti  bizə peyk yayımı ilə bağlı müraciət etmişdi. Biz də bildiyiniz kimi, onların müraciətinə baxıb müddətsiz lisenziya verdik.  Lakin  radionun açılması ilə bağlı hələ ki heç bir müraciət daxil olmayıb”.

Qeyd edək ki, Mirşahin Ağayevin yeni komandasında fəaliyyəti dayandırılmış ANS telekanalının əməkdaşları - Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Eldəniz Vəliyev, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Ayşəm Rüstəmova, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailəoğlu və digərləri çalışır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi